Yarğan başındakıboz qaya üstdən,Vüqarla yüksəlir qoca bir palıd.Ayağı altından axır duman, çən,Başıyla göylərə dirənir palıd.

Onun toxumunu hansı bir səhər,Qartallar gətirib buraya salmış.O həyat aşiqi,görən kim deyər,Neçə vaxt daşların qoynunda qalmış?

Ancaq təbiətə yaz gələndə o,Oyanmış yuxudan dağlarla birgə.Dağlardan ucalan qatı çəndə o,Boylanmış qayadan baharla birgə.

Qoy gəlib mən onayaxından baxım,Şahidi neçə yaz, neçə də qışdır.Bəli, hikmətə bax, kiçik bir toxum,Böyük bir qayanı parçalamışdır!

Qalxmış məhəbbətlə günəşə doğru,Üstündən heç zaman nur əskilməmiş.İti əsən külək, coşğun axan su,Onun vüqarını əyə bilməmiş!..

Bu gün çiçək açmış yalçın qayada,Onun dağ ürəyi, onun dağ eşqi.Nə ilə ölçülər görən dünyada,Həyat məhəbbəti, yaşamaq eşqi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq