Əlvida, ömrümdən ötüşən bir il,Gözəl önündəki, heyrət, əlvida!Əlvida, dalğalar, əlvida, sahil,Çəkdiyim əzablı həsrət, əlvida!

Əlvida, ey yaşıl çinar kölgəsi,Çinarın sehirgar səsi, əlvida!Əlvida durnanın uzaq nəğməsi,Qəlblərin sükutu, sözü, əlvida!

Əlvida, qumlarda sirli naxışlar,Sahillərə düşən izlər, əlvida!Əlvida, mehriban, nurlu baxışlar,Hərdən o süzülən gözlər, əlvida!

Əlvida, göy meşə, çal-çarpaz budaq,Vaxtsız doğulmusan, ey baxt, əlvida!Əlvida hər şeyə, hər şeyə, ancaq,Sevgimə demərəm heç vaxt: əlvida!

6 yanvar 1993

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri