Onlar görüşdülər... Aylı gecəydi...Oğlan pıçıldayır: "Sevirəm — dedi,— Əhdindən dönənin gözü oyulsun!Ay da sevgimizə qoy şahid olsun.

Onlar ayrıldılar... Aylı gecəydi...Oğlan başqasına: "Sevirəm" — dedi.Ay girdi buluda üzündə kədər,Qorxdu, bir də onu şahid çəkərlər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq