Ağacı qurd içindən yeyər (2)
Bakının şöhrət tapan şəxsi düşmənçiliyi, dəstə davası, o murdar və alçaq xasiyyəti yavaş-yavaş özgə müsəlman şəhərlərinə də keçməkdədir.
Ağıllı qonşularımız özgə qonşuların hünər və mərifətlərini görüb-götürdükləri halda, biz müsəlmanlar harda zərərli və cəhalət əsəri bir şey varsa, onu öyrənməyə can atırıq. Budur ki, Tiflis müsəlmanları da qoçaq Bakı dəstələrini yamsılamağa çıxıb, avqustun 6-cı axşamı saat 9-da müsəlman məhəlləsində, yəni Şeytanbazarda güllə-bazlığa başladılar. İyirmiyə qədər atılan güllələrdən bir adam yaralanmaqdan səvayi, həmd olsun, tələfat və böyük ziyan olmadı. Bəli, mala, cana zərər olmadı. Amma görək məna da beləmi? Görək hər cür dəstəbazlıqların vücudi-ittihadımıza, tərəqqeyi-milliyyəmizə vurduqları zərərlər bir neçə sözlə anladıla bilərmi? Bax, burası çətin. Burası çətin ki, müsəlmanların dəstə-dəstə bölünüb bir-birilərini yox etməyə çalışmalarının nəticəsini yazmağa qüvvətli qələm, polad ürək, əyyubi-səbir istər. Məndə isə o hünər yox. Ancaq zəif qəlblə burasını bildirmək istəyirəm ki, müsəlmanların öz-özlərinin vurduqları zərərləri, öz-özlərinin başına gətirdikləri müsibət və bəlaları heç bir xarici düşmən gətirə bilməz. Tariximizin bir çox səhifələrini ləkədar edən, siyasi, şəri dəstəbazlığımıza, öz içimizdən özümüzü yeyib xarab və pərişan etməyimizə keçmişlərdən misal axtarmağa hacət yoxdur. Qafqazımızın hansı müsəlman şəhərinə, hansı bucağına baxsaq orda müsəlmanlığın adını rüsvay etməyə, müsəlmanları həqir və rəzil buraxmağa amadə bir fitnə və cəhalət “mikrobu” gözümüzə sataşar.
Kimdir Bakıda günün günorta çağında dəstə-dəstə bulunub bir-birlərinin qarnını yırtmağa çalışan? – Müsəlmanlar!.
Kimdir Gəncə quberniyasında müsəlman kəndlərini soyub soğana çevirənlər? — Müsəlmanlar!
Kimdir müsəlman-erməni davasının qarışıqlığında müsəlman igidlərini daldan vurub öldürənlər? – Müsəlmanlar!
Kimdir Ağdamda axırıncı kilimini satıb nəvələrinə azuqə xərcliyi aparan beli bükük qoca müsəlman arvadını soyanlar? Müsəlmanlar!
Kimdir Şəki, Şamaxı, Gəncə və qeyri yerlərdə, üsuli-cədid məktəblərinə mane olub bizi cəhalətdə qoyanlar? — Müsəlmanlar!
Kimdir öz rəyasət və nəflərindən ötrü millətin qoyun yerində qalmasına çalışan sahibi-mənsəblər? – Müsəlmanlar!
Kimdir Qarabağ, Tiflis, Bakı və qeyri yerlərdə aramızda çıxan tək-tük ərbabi-həmiyyəti min cür alçaqlıq və şeytanlıqla hökumətə zidd və müzur göstərib qələbənd və nəfy etdirənlər? – Müsəlmanlar!..
Kimdir əsasən, bir qardaş olan bir millətin arasına cürbəcür avam və axmaq pəsdanə adları ilə nifaq salıb öz xeyrindən ötrü iki qardaşı bir-birinə savaşdıranlar? – Müsəlmanlar!
Ah!.. Hansı dərdimizi açsam, altından müsəlman fitnəsi, müsəlman barmağı çıxır.
Hayana baxırsaq halımızdan lənət və nifrət yağır, hər nəyə ümid bağlayarsaq, axırı puç və pərişanlıq çıxır.
Hər yanda cəhalət əjdahası bir hakim olub. Hər səmtdə nəfsani-qərəz, mənfəəti-şəxsiyyə, təbiəti-heyvaniyyə, cahilanə inad, bixəbəranə qürur ətrafımızı sarıb gözlərimizi qapamış. Beş-on müsəlmanın olduğu yerdə belə nifaq araya girib şəxsi düşmənçilik gözlərimizi kor etmiş.
Aman yarəbbi, nədir bizi bədbəxt və pərişan edən bu tükənməz cəhalət! Belə yaşamaqdan isə…
Zillətə, ömrə mürəccəhdir şərəfli bir məmat Ümmətə lazım deyildir böylə əfsürdə həyat.
Hər yerdə bir-birimizin ayağından çəkirik. İgidlik və gücümüzü öz qardaşlarımızın başında sınayırıq. Öz-özümüzün arasında aslan, əjdaha oluruq, özgələrin yanında pişik və qoyundan da aşağı düşürük, özgələrin bizə zülm və həqarət etməyinə hamıdan artıq öz qanacaq-sızlığımız ilə köməkçi oluruq…
Of!.. Daha nə yazım?! Halımıza, cəhalətimizə baxdıqca ürəklər parçalanır!
Amma yarəbbi, bu daha nə idi?
Xarici od və güllələrin arasında çaşıb qaldığımız belə həngamələrdə öz-özümüzü heyvanlar təki yeyib tələf etməyimizə daha nə ad verək! Yox, xəta etdim: nədən ötrü bizim təki vəhşiləri ağıllı və tərbiyəli heyvanlara oxşadıram. Xeyr, heyvanlar heç vaxt öz cinslərinin arasında bizim kimi bədrəftar, bədsənət deyildir.
Kəndli olanlar əlbət bilirlər ki, at və öküz kimi heyvanlar çöldə düşmən hücum edəcəyi vaxt bunlar tez-tez arxa-arxaya verib öz tədbir və güclərilə özlərini həmişə mühafizə edirlər. Halbuki həqiqətdə biz o nifaq və qanacaqsızlığımızla bir-birimizin ayağından çəkib düşmənə bir növ köməkçi oluruq…
Tfu, cəhalətin üzünə. Tfu, müsəlmanlığı xarab edən, müsəlmanları sərgərdan edən şəxsi-qərəzin kökünə. Bu günlər, bu dəmlər şəhərlərimizi, kəndlərimizi alt-üst edən xarici zülm və istibdad az olub kimi bir də özümüz öz əlimizlə öz vücudi-milliyyəmizdə qanlı yaralar açırıq. Halbuki belə bir vaxtda öz aramızda olan xüsusi ədavət və nifaqı buraxıb ittihad və iqtifaq gücü ilə aciz və pərişan olan müsəlman qardaşlarınızın köməyinə çatmaq bizə nəinki lazım, bəlkə də fərzeyindir, bəli!
Cümlə gülzari-vətən məhv oldu istibdad ilə, Bizdən istimdad edər hər zərrə bir fəryad ilə, Keçməsin əyyamımız bühudə istimdad ilə, Pəncələşmək müqtəza qəddar ilə, bidad ilə.
Zülmü istibdad dövrü, dərdü yas əyyamıdır, Arkadaşlar, can verək, can vermənin həngamıdır.
Hər tərəfdə bir ənini-daimi cuşan ikən
Adəmin övladına layiqmi qeydü hifzi-tən.
Heyhat! Biz də şairin zənn etdyi hifzi-bədən qeydi ilə yox, öz-özlərimizi, bilməm nə deyim, nələr kimi tələf edirik, öz qanımızı yenə özümüz içirik.
Uf… Bugünkü hər cür xarici, daxili müsibət və fəlakətimizi nəzərə alınca insanın beyni pozulur, ağlı çaşır, qələmi əlindən düşür…
Ah, ay biçarə məzlum millət Nifaq və qərəz səni nə vaxta qədər bu pərişanlıqda saxlayacaq?
Bir zəlami-kəsif ilə məstur
ağlayır qarşısında vəchi-əməl,
İnləyir sinəsində qəlbi hüzur
münqəlib bir ənisi-yasə nəfəs
Dəmidəm inləməkdədir ruhi.
tən deyil, sanki bir şikəstə qəfəs
Çırpınır onda ruhi-məcruhi,
üzərində libası səd parə.
Şərh edər qəlbi parə-parəsini,
aralıqda fəqət o biçarə.
Göstərər kainatə yarəsini,
kimsəsiz bir yetimdir məzlum
Ağlamaqda kəmali-yasindən.
Ümid
“İrşad” qəzeti, 13 sentyabr 1906. №215
Kitabxana.az · https://kitabxana.az/works/nemanzade-agaci-qurd-icinden-yeyer-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bakı cəmiyyəti-xeyriyyəsi öz bəyannaməsində Qars və Ərdəhan tərəflərində qalan arvad-uşaqların Bakı və Gəncəyə gətirilməsi fikrində olduğunu bildirir və oralardan gətirilən yetim uşaqların birər, ikişər bəzi ərbabi-həmiyyənin himayəsinə veriləcəyini də əlavə edir. Bu bəyannaməsindən anlaşılır ki, Bakı cəmiyyəti-xeyriyyəsi bu günə qədər olan durğunluqdan daha açıq bir fəaliyyətə keçmək, bədbəxtliyin, ehtiyacın böyüklüyünə, əcələliyinə nisbət iş görmək istəyir.Şükür, buna da şükür!
Eşq və məhəbbətHörmətli oxucular, bəlkə “Nə eşq və məhəbbət vaxtıdır, qiyamət qopur, aləm bir-birinə dəyir, millətlər can çəkişir. Biz indi də eşq və məhəbbət itəmi oynayacağıq” – deyəcəklər.Doğru, doğru!
Çox utandıqUtanıram, inanmaq istəmirəm ki, Bakı kimi bir şəhr, Qars tərəfindən göndərilən 40-45 yetim uşağı saxlaya bilmiyə. Saxlaya bilmiyə də qazimat ilə aləmə elan edə ki, “cəmiyyətin işi çoxdur, yetim uşaqlara, eylə xırda işlərə baxmağa vaxtı yoxdur. Hər kim nökərliyənə qədər uşaq istəyirsə, gəlsin aparsın!”Cəmiyyət burda bir şeyi yaddan çıxarmış: əgər gözə gələn qız və oğlanları pul ilə nökərliyə versəydi və ya bir kərəlik satsaydı, cəmiyyət sandığına xeyli pul yığışardı və bu vasitə ilə cəmiyyət üzvlərini ianə yığmaqdan qurtarardı.
Fürsət az, ehtiyac böyükİki-üç ay əvvələ qədər hər kəsin ürəyində müfti və şeyxülislam cənablarına qarşı bir narazılıq, hətta bir hiddət vardı. Camaat deyirdi ki, 6-7 milyon böyük bir kütlənin rəisləri millətlər fəlakətinə qarşı göz yumurlar. Daha doğrusu, yalnız düşüncələrindən, qorxaqlıqlarından, ürəksizliklərindən qəsdlə görməməzlik, eşitməməzlik edirlər. Deyirlərdi ki, müfti və şeyxülislam Tatyana ianə cəmiyyətinin Tiflisdəki şöbəsinin üzvləri olub hər həftə sərdar sarayındakı məclisdə bulunduqları halda müsəlmanlara bir xeyirləri toxunmur.Deyirlərdi ki, bu qədər böyük bir camaatın rəisləri əgər istəsələr nələr eləməzlər, nələr tapmazlar?
Başqa şairlərin şeirləri
بدان که اول چیزی که حق سبحانه و تعالی بیافرید عقل بود کقوله علیه السلام: «اول ماخلق اللّه تعالی العقل». و عقل را سه معرفت داد: اول معرفت خود، دوم معرفت حق، سوم معرفت احتیاج او به حق. و از هر معرفتی چیزی در وجود آمد: از معرفت خود نفسی و از معرفت حق عقلی و از معرفت احتیاج او به حق جسمی پیدا شد. و در عقل دوم همین سه معرفت پیدا شد و از آن سه معرفت او هم بر این طریق عقلی دیگر و نفسی دیگر و جسمی دیگر پیدا شد. همچنین تا نُه مرتبه، نُه عقل و نُه نفس و نُه جسم پیدا شد و آن نُه جسم، نُه فلک است و نُه نفس، نفوس فلکی و نُه عقل، عقول افلاک. پس هر فلکی را نفسی و عقلی و جسمی باشد.فلک اول را عرش خوانند و فلک اطلس و فلک الافلاک و جسم کل هم گویند. و فلک دوم را کرسی خوانند و فلک البروج و فلک الثوابت نیز خوانند و فلک دیگر را که زیر اوست فلک زحل خوانند و فلک دیگر را فلک مشتری و دیگر فلک مریخ و دیگر فلک آفتاب و دیگر فلک زهره و دیگر فلک عطارد و دیگر فلک قمر و عقل فلک قمر را عقل فعال خوانند و نفس او را واهب الصور گویند.
Yurd qayğusuUcundadır dilimin,Həqiqətin əzəmi;
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
KimdiBir ağlamaq sədası gəldi guşuma,Aman ana, dur gör ağlayan kimdi,