Gürcü Politikaçıları
Bəradərim doktor Xosrov bəy Sultanovun gürcü politikaçıları xüsusunda “Açıq söz”də yazdıqları məktubu oxuyanlardan bəziləri ola bilər ki, doktorun özünü günahsız çıxartmaq üçün yazılarında, düşüncələrində ifrata getdiyini sanarlar. Çünki bizdə, bizim xasiyyətimizdə özgələrlə olan dostluğun davamı üçün özümüzün mənfəətini, özümüzün təhlükədə olduğunu düşünməmək adəti var, həm də çoxdan var. Bu xasiyyət yalnız tək-tək kişilərin beyinlərində deyil, millətimizin ruhunda, əxlaqi-ictimaiyyətimizdə köklənmiş, möhkəmlənmişdir.
Dostluq xəncəri ilə yaralanmaq və o yaranın acısını duymamaq igidliyi (?) bizdə çoxdan milli əxlaq yerini tutmuşdur.
İştə bu yaman adət və xasiyyətimizin zərəri bu gün öylə ərimiş dostluq yolu ilə milli mənfəətimizə endirilən baltanın acısı bu gün öylə şiddətlənmişdir ki, artıq onu duymamaq, anlamamaq aşikar bizim qabalığımızı, qəvi cahilliyimizi bildirir.
Milli vücudumuzda açılan bu yaranı sağaltmaq isə yalnız bir “doktor”un hünəri deyil.
Bu gün gürcülərin müsəlman gürcülərini islamlıqdan tamamilə uzaqlaşdırmaq, gürcü yerlərindəki türkləri gürcüləşdirmək azarı öylə bir yolda atmaqdadır ki, ona bir deyil, beş-on doktor da olsa çarə eləməz. Bu işdə hamımızın, bütün millətin əlbirliyi ilə yardımı, çalışması lazımdır. Çünki bu iş yalnız beş-on gürcü politikaçısının işi olsaydı, bəlkə bu qədər rahatsız olmazdıq. Lakin bu politika uğrunda sərf edilən pulların çoxluğunda, çalışanların sabitəsindən, dairənin genişliyindən anlaşılır ki, bu iş beş-onun karı deyil, bəlkə cəmiyyətlərin çoxu tərəfdarlarının köməkləri ilə görülən böyük fikir və ideyanın nəticəsidir.
Gürcülər qəzetləri ilə apaydın çağırırlar ki, müsəlman gürcü mollalarının ürəklərindən türklük duyğusunu, ağızlarından türk dilini gərək nə cür olsa çıxaraq və hər yol ilə qoymayaq ki, Gürcüstanda türklük nişanəsi qala.
Keçəndə Batumdakı gürcü yetimlər yurdundan hekayət edilərdi. Bu şikayətdən anlaşılır ki, hələ bir çoxlarımızın Axalsixdə, türk və gürcülər arasındakı yetimlər yurdlarından, Axalkələkdə türk kəndlərində Palavandovların ianə və təşviqi ilə açılan gürcü məktəbindən xəbərləri yox. Uzağa getməyə nə hacət: Bakıda öz yanınızdakı gürcü yetimləri yurdunda kimlərin olduqlarına və hansı gün tətil etdiklərinə baxınız!
Çoxdan deyil, bir gün bir gürcü keşişi Axalsix müsəlmanlarından kimin evi yanmış, malı qırılmış, toxumu əskik isə onları bilib cəmiyyəti-xeyriyyələrindən ianə gətirtmək istəyirdi. Danışıq arasında:
– Keşiş baba! Məlo, Artvin, Çorux səmtlərində minlərcə insanlar, həm də gürcü aclarından ölürlər. Onları buraxıb da bu rahat və tox yerlərdə ac və yoxsulları aramağınızı, Acardakı müsəlmanlar içində gecəli-gündüzlü çalışıb, böyük pullar xərc edib məktəblər açmaqdakı tələsmənizi qanmıram, – dedim.
Keşiş baba qəsdimi qanıb güldü. Mən onunla bərabər güldümsə də, onun niyyəti, qanacağı beynimi dəlməyə, ürəyimi didməyə başladı.
Bu kimi həqiqətlər çoxdur. Böylə misallar çox söyləmək olar. Fəqət mən indi ancaq millətin qanacaqlılarına, türklük, müsəlmanlıq qeyrəti çəkənlərə, millət möhnətini, hər dürlü hiss və xüsusi mənfəətlərə müraciət edib demək istəyirəm ki, dəxi bəsdir, gürcü politikaçılarının ağzınca rəftarlarına gərək yol vermiyək.
Yol vermiyək ki, gürcü müsəlmanlarını islamlıqdan uzaqlaşdıralar.
Yol verməyək ki, türk balalarını birər fəndlə yığıb bəsləmək bəhanəsi ilə gürcüləşdirələr.
Yol vermiyək ki, dumanlı havadan istifadə edib millətimizin quzularını tələf edələr.
Yol vermiyək ki, Ərdəhan və başqa yerlərin türk və kürd balaları üçün Axalsixdə və ya özgə yerlərdə yetimlər yurdu açıb və onu da keşişlərin idarəsinə verib balalarımızın dinlərini, millətlərini çevirələr.
Sanmayasınız ki, bunun üçün çox şey lazımdır. Xeyr, xeyr, iki zad bəsdir: həmiyyət və kömək.
Yada gəlməsin ki, bunun üçün qonşumuz və dostumuz gürcülər ilə pozuşmaq lazım.
Niyə bu fikirlərə düşək! Üsulu və yolu ilə öz din və cinsdaşımıza edəcəyimiz yaxşılığa kimin nə deməyə haqqı vardır.
Əgər bizim də, Rusiyada otuz milyonluq biz türklərin də milli varlıq, dini borc, mədəni həyat, həqiqi tərəqqi nişanəsi olan “köməkləşmək” xasiyyətimizi itirməyib bu gün cəmiyyəti-xeyriyyəmizibir-iki milyonu, on-on beş doktoru olsaydı, əlbəttə, Ərdəhanlı türk oğlu türk olan Əli oğlu, beş-on manat üçün özlüyünü – familiyasını “Alidze” etməyə məcbur olmazdı.
Əgər bizim axundlarımız, əfəndilərimiz hər cümə xütbəsində oxuduqları: “İnnəl-lahə yəmuru bilədli vəl-ihsani lil-yətəmə vəlməstkini’” əmrini, əmri-ilahisini quru ərəbcə olsun deyə boş-boşuna məxrici ilə, təcəvvidi ilə oxumaqla kifayətlənib mənasını, hikmətini və vaxta görə olan ehtiyac və köməkliyi anlatsaydılar, əlbət ki, bu gün yüz illərdə bir düşən bu qədər böyük milli fəlakət və ehtiyac üçün yığılan ianə beş-on minlikdə, yəni ehtiyacın mində birində dayanıb qalmazdı.
Əgər bizdə də doğrudan dini-imanı, möminlik əsəri, millət qeyrəti, türklük hissi, ehtiyacın şiddəti, möhtac olanların hal və mövqələri qanılsaydı, əlbət ki, məsələn, Ağdaş və Şəki kimi şəhərlərin dövlətliləri öz qanacaqlılarının, qazılarının hümməti ilə özləri üçün ianə yığdıqları vaxt bu gün aclıqdan tələf olan, əldən gedən din və millət qardaşlarını da yaddan çıxarmazlardı.
Əgər bizdə də ədalət, düşüncə, insaf olsaydı, “bizim öz fəqirlərimiz varkən uzağa nə hacət” cəfəngi ilə avam fəlsəfəsi ilə bu gün suda boğulan millət balalarını, millət analarını öz başlarına buraxıb ölümə məhkum etməz, qurtarıb sağ qalan yancanlı biçarələri də yadların pəncəsinə buraxmazdı. Ümid edirəm ki, bu gündən sonra olsun, ayılaq, bugünkü Cahan müharibəsinin “nə üçün” və “nə demək” olduğunu qanaq! İanələrimizi tezliklə kəsməyək, öz balalarımızı bundan sonra olsun yadların tor və tələlərinə buraxmayaq. Biz də lazım olan yerlərdə yetimlər yurdları açaq, balalarımızı dinlərindən, millətlərindən çevirməyə qoymuyaq. Analarımızın yadların, səfehlərin ayaqları altına düşməsinə imkan vermiyək. Bacılarımızın bir loğma ətmək üçün namuslarını satmağa razı olmuyaq və razı olmuyaq ki, gələcək nəslimiz millətimizin bu ağır günlərindəki qansızlığımızı, həmiyyətsizliyimizi, imansızlığımızı, yalançılığımızı mühakimə edib bizə lənət oxuyalar.
Dostluq və səmimiyyət qara günlərdə bəlli olar. Bir millətin yaşamağa istedadı fəlakətli günlərində anlaşılar. Bir millətin qələbəsi haldakı çıxışından, tərpənişindən aşkar olar. Bir millətin, xüsusilə məhkum bir millətin, insanca yaşaya bilməsi tərəqqi edə biləcəyi, mədəni bir ünsür halına keçinə biləcəyi, “köməkləşməsinin” az və çoxluğu ilə ölçülür. Bir millətin bəqası o millətdən olanların öz millətini tanıması ilə, onu öz anası kimi sevməsi ilə, onun şanını, namusunu, diriliyini, mənfəətini öz namusu, öz mənfəəti kimi bilməsi ilə olar.
Bir din və əqidənin doğruluğu ona iman edənlərin rəftarı ilə, mərhəməti ilə, insanlığı ilə qiyas edilir.
Vaxtdır ki, biz də bu həqiqətləri qanıb yaşamağa layiq olduğumuzu, millətimizin şərəfini dilimizin səlamətliyini – quru söz və lovğalıqla yox, əməlimizlə, köməyimizlə göstərək.
Ömər Faiq
“Açıq söz” qəzeti, 18 yanvar 1917, № 380
Kitabxana.az · https://kitabxana.az/works/nemanzade-gurcu-politikacilari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu günlər hər kəsin qulağı Peterburq tərəfindədir. Bu günlər zülm və cəfadan cana doyan milyonlarca məxluğun zəif nəzərləri millət məclisinin tərəfindədir. Bu günlər əsiri-istibdad olan milyonlarca acizin, minlərcə fədakarani-hürriyyatin ümidi-nicatı o qibləgahi-hürriyyət tərəfindədir. Bu günlər ürəyində bir cüzi insanlıq məhəbbəti olan hər nəfər o ümidgahı-müqəddəs tərəfindən gələn səsləri dörd qulaq ilə dinləyir, vəkillərin cəsarətlərini qüvvətləndirmək üçün Peterburqa razılıq teleqramları yağdırır. Bu günlər camaat tərəfindən Peterburqa gedən teleqramlar camaatın hürriyyət və müsavat yolunda fədaya hazır olduqlarını çox açıq bir dil ilə anladır. Bu günlər hərkəs əlindən gəldiyi qədər millət məclisinə kömək etməkdə müzafiqə etməyir: kimi teleqraf ilə, kimi qəzet sütunlarında atəşli məqalələr ilə, kimi hürriyyətamiz, bəsirətəngiz məcmuələr ilə öz insanlıq borclarını əda edirlər. Bu günlər advokatların, müəllimlərin və mühərrirlərin yazdıqlarından sərfi-nəzər, gürcü, rus rəhbərlərinin, ruhanilərinin yazdıqları odlu yazılar, sazişli sözlər insaniyyət yolunda axıdılan qanlar ilə bərabərdir. Bu günlər rus keşişi fəzilətli cənab İvan Brixniçevin on altı səhifədən ibarət həftəlik çıxardığı “Dur, ey yatmış” qəzeti oxunub ibrət götürülməli qiymətli bir əsərdi, bu günlərə məxsus rusca yazılar bir bəsirətnümadır. İştə bu günlər hər kəs öz qüvvəsincə, öz həmiyyət və qeyrətincə, öz istiqbalı nöqteyi nəzərincə Allah rizası üçün səy və hümmət göstərirlər. Əlbət, belə dar, lazımlı günlərdə bizim rəhbərlərimiz də hümmət və qeyrətdən geri durmazlar. Əlbət, “islam” hamıdan artıq hürriyyət və müsavat, ədl və mərhəmət tərəfdarıdır. Xeyr, nəinki tərəfdarı, bəlkə hürriyyət və müsavatın anası, mənbəyidir. Əlbət ki, müsəlmanların rəhbərlərində hamıdan ziyadə öz dinlərinə layiq olan yolu tutub vaxtdan, təqazadan istifadə edəcəklər, əlbət ki, əfradi-millətin indiyə qədər ruhanilər barəsində olan bədgüman ve sui-təfhəmlerini dəf üçün idareyi-ruhaniler fürsəti fövt etməyəcəkdirlər. Xüsusilə Qafqazda müsəlman dəxi insanlar cərgəsində haqq və ixtiyar sahibi bir camaat olduğunu hökümətə göstərəcəkdirlər.Həmd olsun bu ümidlər boşa çıxmadı. Bizim rəhbərlər də özlərini göstərdilər. Mayın 7-de idareyi-ruhaniyyə rəisləri, üzvləri və qeyri qulluqçuları cənab müfti əfəndinin rəyasət xanələrinə cəm oldular, bu günlər müsəlmanların hər tərəfdən sıxılıb əzilməklərinə, zülm və cövr görməklərinə, bir sözlə zəmanənin təqazasına görə fürsəti qənimət bilib müşavirəyə başladılar. Müşavirənin əvvəli idareyi-ruhanilərin qərardadlarını təğyir ve islah oldu. Mayın 24-də təyin olunan ümumi məclisin görəcəyi vəzifəni bunların qabaqca yığışıb müşavir etməklərində əlbəttə ki, böyük bir tədbir, ali bir niyyət gözlənir. Əlbət ki, ümumi məclisdən əvvəl əcəli cəm olub rahat fikirlə müşavirə etməklə böyük bir fayda, uca bir məqsəd var. Əlbət ki, ümumi məclisin bəlkə birdən qəbul edə bilməyəcəyi hürriyyət ve müsavat cəhətlərini vaxtından əvvəl müzakirə edib məclisi qəbula məcbur edəcək yollar, sözlər hazırlamaq vacibdir. Budur ki, vaxt fövtə verilməyib şiddətli xahişlər ilə müşavirə başlandı. Bəli başlandı…
Qəbahət sizdə və bizdə“İrşad”ın 112-ci nömrəsində “Hadi” imzası ilə en bəsirətli bir alimimiz tərəfindən yazılan məqaləni diqqətlə oxudum. Məqalənin ibtidası xeyli bəsirət və həqiqətnümadır, fəna filillah bir alimi-rəbanın ürəyindən qopan avazi-qüdsi və ruhanidir. Çox az alim tərəfindən izhar edilə bilən mütəvazehanə, lakin alicənabanə, doğrudan hadi-yanə etiraflardır. Bu zamanda çox nadir eşidilən münsifanə, fəzlanə, xudapəsəndanə kəlimatdır. Cənabi həqq belə həqiqət bin, şikəsteyi-nəfs, fədakarani-millət fazilləri öz elmi-hürriyyəti ilə aramızda artıq eləsin.Fəzilətli cənab Hadi əfəndi həzrətlərinin məqalələri ümumiyyətlə, gözəl yazılmışdır. Ancaq məqalələrin axırlarını eyni ilə qəbul etməkdə fikir və vicdanıma nə qədər dedim ki, “hər nə yazılmış isə çox əla, sənin xoşuna gəlmirsə, gəlməsin. Bəlkə həqiqət elədir. Hər sözü çəkib uzadıb peşindən düşmək “hüsn-zənnin” xilafıdır. Xüsusilə bu cür fazil rəbbatnilərin qabağında dinmək sənin həddin deyil…” Lakin nə çarə ki, belə zəif sözlər ilə məhkəmeyi-vicdanımı aldadıb rahat ola bilmədim. Zira hər yandan müddəi qüvvələr vicdanımın üstünə tökülüb dedilər: “Nədən öz fikrini, doğru zənn etdiyin sözü açıq deməyəsən? Bu nə yaman adətdir ki, alim Hadiləri də müdara və yalançılıq ilə aldadasan? Halbuki bilmədiyini öyrənmək eyib deyil, bəlkə fəzilətdir…” İştə bu tövr bir mühakimə ilə vicdanıma məğlub olub aşağıdakı fikri-qasiranəmi ərzə cəsarət eləyirəm:
Tiflis, 22 iyun, Sübh Saat SəkkizŞəhərdə hər tərəf qapalı.Heç bir tərəfdə tüccari, şəxsi bir hərəkət yox.
Dəvət və TəvəqqəHamıya məlumdur ki, hökuməti-hazıra camaatın elm və ittihadsızlığına arxayın olub Dumam dağıtdı. Dağıdandan sonra da boş oturmayb onun dağıntısı üzərində təzə islahat, təzə qanun adı ilə təzə bir idarə bina etməyə çalışır.Nədən bu neçə milyon camaat bir cüzi heyətin əlində əsir və aciz olub? Ondan ötrü ki, camaatın çoxu bielm və xəbərsizdir, cəhalət səbəbinə öz xeyir və zərərini bilmir. Çox vaxt özünü öz əlilə kəsirdə, səbəbini özgədən bilir. Adət etdiyi həqiranə məişətini, boynuna vurulan zülm boyunduruğunu haşa – Allah tərəfindən təqdir olunmuş zənn edir.