Adıgözəlov Hafiz Ramiz oğlu1990-cı ilin yanvarında Qazax rayonunun Bağanis Ayrım kəndində anadanolub, 1990-cı il martın 24-də ermənilərbələyinə benzin töküb yandırıblar.Dünyada cəmi iki ay yarım yaşayıb.Gənc anası köməyə gələndə onun daüstünə benzin töküb yandırıblar.Kənddə danışırdılar.Müəllif

İki aylıq bir çağahəsrət qaldı qucağa,atdılar bir ocağa,qıydılar bir qundağa,silahlıbeş-on dığa!Təzə androniklər,drolar və zorilər.İyrənc imiş nə qədər!Çağanı yox, millətiyandırmaq istərdilər.

Günahı, cinayətinəydi bəs?!Milliyyəti, –bir Məhəmməd hümməti,bələkdə bir müsəlman,Azəri türk balası.Yarımçıq qaldı gülüm,çalınmadı laylası.Yellənmədi yürgəyi,yandı könül dünyası.Təbəssümü, gülüşü,qığıltısı...hamısı.

Dünya xəbər tutmadınaləsindən ananın.Ən uzaq guşəsidirQazax – Azərbaycanın.Taleyinə bax onun,qismətinə bax onun, –millət vətən yolundahəlak olan çağanın.O, qundaqda döyüşdü,ocağı – odlu səngər.Dahilərə bərabər,şəhidlərə bərabər.Yaşa mənim millətim,həyatım, heysiyyətim!Sən qundaqdan, beşikdəntəhlükəsən ey Vətən!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən