Mənim həyatımın nə mənası var,sizin üzünüzdə gülüş olmasa.Babamın yadigar bir misrası var:səngər nəyə gərək döyüş olmasa.

Həyatın əzəli qanunu budur,bağı dolaşırlar bağ bağ olanda.Hər torpaq dünyada məmləkət olmur,parça var – yaşayır bayraq olanda.

İnsanlar olubdu dünyada bir vaxt,kimidən ad qalıb, kimidən əsər.Dibçəkdə bəslənən palıdlara yox,çöldə – ağaclara meşə deyiblər.

Çətindir keçilən ömür yolları,yaşamaq özü də istəyir hünər.Məni bayraq kimi tutun yuxarı,sizə lazım olsam... o parça qədər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri