Öz ağrım ömürlük özümə bəsdi,özgəyə yamanlıq gəlmir əlimdən.Amma bu çarx ki, var – əvəz-əvəzdiyıxanlar yıxılır o mərtəbədən.

Yerdə bəndəsini Göylər unudub,Diz yerə dirənir, əl də yuxarı.Qarğanı bülbülə bərabər tutub,sən də yanılırsan ey ulu Tanrı!

Sənin dərgahına yazılmaq olmur,sən təksən, biz yerdə saysız-hesabsız.Adın arxamıza bir dayaq olmur,nə qədər desək də sənsən arxamız.

Çəkir qılıncını qisas alanlar,dərddi biri bilir, beşi də bilmir.Mığmığa səsinə həssas olanlar,şahin naləsini eşidə bilmir.

14.03.98

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri