Başımın üstündə toplanmış yenə
Başımın üstündə toplanmış yenəSükuta qərq olmuş yığın buludlar,Qəza fəlakətlər düzəldir mənə,Hazırlayır yenə müdhiş bir qərar.Etinasız qalıb taleyimə mənBu çətin sınaqdan çıxacağammı?Məğrur gəncliyimin mətanətiyləQəzanın hökmünü yıxacağammı?Fırtınalı keçən coşqun ömürdənYorğun, gözləyirəm yeni bir tufan.Bəlkə xilas olub qaldım yenə də,Sakit bir sahildə dincəldim bir an.Lakin hicranımı duyub əzəldənBu acı saatda, bircə mələyim,O zərif əlini bir an olsa da,Son dəfə sıxmaqdır yalnız diləyim.Sakit təbiətli, mülayim mələk,Söylə yavaşcadan mənə əlvida.Qüssələnən, kədərli nəzərləriniQaldırıb son dəfə bax sən bir daha...Gənclik qürurilə çırpınır ürək,Həzin xəyalınla hər yanda olsam.Cəsarət, mətanət duyar ürəyim,Məhəbbətin verər könlümə ilham.
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-basimin-ustunde-toplanmis-yene
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Fələk və tale
Aman fələk mürüvvət, fələk dad fələk,Bidad zülmün nümayan oldu,
Ey səba, bu ərzimi ərz etgilən cananımaEy səba, bu ərzimi ərz etgilən cananıma,Bəlkə dərman eyləyə bu dərdi-bidərmanıma.
GetdiBir gül bitirmişdi ilk bahar mənə,Axşamdan sabaha durmadı, getdi.
Yada düşdüGördüm üzünü, bağçada laləm yada düşdü;Əmdim dodağın bal kimi, ağzım dada düşdü.