Unutmaq istəyirəm xatirələri,Dənizin səsi gəlir...Unutmaq istəyirəmQəlbimin sınıq məhəbbətini,İztirablı bir eşqin hekayətini.Unutmaq istəyirəmAcı-şirin xatirələri,Dənizin səsi gəlir.Dəniz, sevdalı dəniz,Əfsanələr kimi şirin, xəyali dəniz,Sevmişəm dalğalarında,Günəşində yanmışam.Qumlu sahilləriniYalınayaq gəzib dolanmışam.Məhəbbətim sənə bağlı, dəniz.Sinəsi sinəm kimiHicran dağlı dəniz.Unutmaq istəyirəmSahilində şirin yuxular kimi keçənHəzin axşamları,Günəşli səhəri,Unutmaq istəyirəmYandırıb-yaxan xatirələri,Dənizin səsi gəlir...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar