Dəyişir ev-eşik, dəyişir otaq,Görürsən dəyişir mərtəbələr də.Ünvanlar dəyişdi dəyişdikcə vaxt,Gah bu şəhərdəsən, gah o şəhərdə.

Dərələr, təpələr çıxmır başımdan,Varmı zirvələri unutduğum gün?!Vətən torpağıdır yaranışımdanƏbədi ünvanı vurğun könlümün.

Son bahar,yenə də səfər üstəyəm,Könüldə yüz həvəs, başda yüz fikir.Gəzməyin qədrini bilən insana,Yaz da, yay da birdir, payız da birdir.

Ürəkdir sınaqdan çıxaran bizi,Dağlarda, daşlarda mətinləşirik,Vətəndən saz tutub, söz deyə-deyə,Dönüb özümüz də vətənləşirik.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar