Ömür çeşməsi
Soyuyar canımın odu bir zaman,Bu bir həqiqətdir, salıram yada.O vaxt gözlərimdə sönən çıraqdan,Bir ulduz alışıb yansın səmada.
Günlər dolandıqca əriyər bədən,Qaçma arxasınca dəva-dərmanın.Qolumun gücü də istərəm ki, mən,Gücünə çevrilsin neçə insanın.
Axsın ürəklərdə qəlbimin səsi,Sözüm də ellərin sözündə qalsın.Biz gəlib getsək də, ömür çeşməsi,Əbədi həyatın özündə qalsın.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-omur-cesmesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Görən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
Eşq zor eyləsə, ey dil sana, məğlub olsanEşq zor eyləsə, ey dil sana, məğlub olsan,Söyləmə batiləm əsla, de ki, həqqəm, həqqəm.
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Rübabıyam ülviyyətinKönlümün tərlanı qalxmış cövlana,Çıxmışam qoynunda yenə seyrana.