Nə oddan, nə sudan, nə fırtınadan,Nə vurub-çatandan qoruyun məni.Nə zəhər dilini işə salandan,Nə güllə atandan qoruyun məni.

Nə yolundan azıb, izindən çıxan,Saxta əməllərin yüzündən çıxan.Nə özgə sözünə özündən çıxan,Nə ara çatandan qoruyun məni.

Sınadım gücümü daşda, qayada,Hüseyni zirvələr gətirər yada.Mən xalqın oğluyam, bircə dünyada,Xalqını satandan qoruyun məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən