Heç zaman, heç kəsə paxıllıq etmə, qəlbim!Heç zaman, heç bir zamanpaxıllıq damğasınıvurmasın sənə heç kim.Yoxsa öz qürurunu, ürəyim, itirərsən.Dönərsən külqabına,zibil dolan qablara.Ey möhtəşəm ürəyim, sən hara,çirkab hara!Sən yüksək bir qülləsən,möhtəşəm bir qalasan.Sən bütün aynalara,sən bütün ürəklərəBaxıb bir səs salasan,Sən büllur kimi təmiz,əzəmətli ürəksən.Çirklənsən öz eşqini, duyğunu itirəcəksən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri