Ümid ana heç zaman gəzintiyə çıxmayır
Vitezslav Nezval
Ümid ana heç zamaninsanlar tər tökdüyütarlalaragəzintiyə çıxmayır.O yerdə ki, bacarmayır kömək etsin.Qərar verir çıxıb getsin.O yerdə ki, kömək edə bilməyir o,Heç olmasa suyu sərin bulaq olub,Şırıltılı bir çay olub,Heç olmasa kölgəli bir budaq olub,Nəğmələri torağay olub,Heç olmasa adi yel dəyirmanıƏfsanələr deyə-deyəTəsəlliyə qovuşdursun bir insanı.Əgər mümkün deyildirsə bunlar ona,Çıxıb gedir Ümid ana.Ya da qalar pərdələrin arxasındaGizlənərək,Heç olmasa ordan qaynar baxışlarlaKömək etsin böyük işə.Qalxıb enən biləklərə,Yuxusundan tez oyanan çiçəklərə,Səhər-səhər, göydən yerəDurna kimi qanadlananBuludların karvanına.
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-umid-ana-hec-zaman-gezintiye-cixmayir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər nəğmədən, hər avazdan xoş olurÜrəklərdən qopan insan gülüşü.
Günəşdən qorxmaDeyirsən qorxuram rəngim qaralar,Həyat mənbəyidir, günəşdən qorxma!
Nərgiz gülüMən dağlardan nərgiz gülü gətirdim,Şaxta vurdu nərgizlərim dondular.
Ağ çiçəklərÖmrümün, günümün yar-yaraşığı,Al-əlvan geyimli dağ çiçəkləri,
Başqa şairlərin şeirləri
İki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Mürəbbe: Qanlı fələk, səndən şikayətim varQanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
BülbülBahar oldu düşdü ahu-fəryada,Həsrətsən lalətək yüzə sən, bülbül.