Mən sükut istəmirəm
Mən sükut istəmirəm,sükutun dili laldır.Hələ məni yaşadanbir qanadlı xəyaldır.İstəyirəm quş kimiqurum hər yerdə yuva,Uçum kəpənək kimiruzgarı qova-qovaAxıb gedən çaylardaləpələrə qoşulum,Ruzgar olum,çöllərə, düzlərə düşsün yolum.Şaxta dəysin,qar dəysin,çovğun dəysin canıma,Dağlarda axan şimşəkgirsin mənim qanıma.Canlı insan xəyalıiti ruzgar kimidir.Mən sükut istəmirəm,sükut məzar kimidir.
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-men-sukut-istemirem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dostluğun nazik telləriQırılmasın, qırılmasın.
Şair arzusu, ana istəyi1Sevgi bayramı elan edin
Bir kəlmə sözDeyirəm vətənim unutmaz məni,Xalqın ürəyində döyünərəm mən.
Məhsəti(Dramatik poemadan bir parça)Məhsəti xanım öz otağında təkcə oturub şeir yazır. Bir az sonra başını qaldırıb yazdığı şeri oxuyur.