Əqrəb və qurbağa
Meşə yanırdı,Kol-kos alovlanırdı,Qurbağa canınıqurtarmaq üçünyanğındanyaxınlaşdı çaya.Üzüb keçmək istəyirdi o taya.Əqrəb qaranəfəs yetirdiözünü sahilə.Tutdu qurbağanı dilə:– Can qardaş,yanır meşə,Əlac elə sən bu işə.Məni dalına götür,Qarşı sahilə ötür.Qurtar məni bu yanğından,Yaxsa məhv olaram, aman!
Qurbağanın rəhmə gəldi ürəyi.O hələ incitməmişdiHə bir qarışqanı,nə bir milçəyi.İnandı əqrəbə, əqrəbin dilinə,Mindirdi onu öz belinə.Yükü ağır olsa da qurbağanınBirtəhər üzüb keçdi çayı.Sahilə az qalmışdı,yaxın idi suyun o tayı,Əqrəb: – Qurbağa qardaş,Gərək mən səni sancam, – dedi, – bu an!Qurbağa inanmadı bu nankorluğa.– Nə yamanlıq etdim ki, sənəməni sancasan?Səni yanğından, bəladanqurtardım,Dalıma mindirib sahiləçıxardım.– Bilirəm, bilirəm, – dedi əqrəb, – bunları,Mənim xislətim budur,sən incimə barı.Zəhərimi tökməsəm,özüm tələf olaram,Həmişə əqrəb olmuşam,yenə də əqrəb varam.
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-eqreb-ve-qurbaga
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əlvida, otağım, mavi dənizim,Əlvida, qumlarda görünən izim.
Dar gündə başımın üstünü aldınDar gündə başımın üstünü aldın,Əzəldən tanıyıb bilmədiyim dost.
Səninlə xoş keçən o görüşləriSəninlə xoş keçən o görüşləriÖmrümün ən şirin yuxusu sandım.
Ömrümü güllərə məftun yaşadımÖmrümü güllərə məftun yaşadım,Gülü, bənövşəni, nərgizi sevdim...
Başqa şairlərin şeirləri
Ol qoçaq iranlılar,Ol igit osmanlılar,
Qan ağla, ey gözüm, yenə fəsli-bahar olurQan ağla, ey gözüm, yenə fəsli-bahar olur,Bülbül bahar olanda işi ahü zar olur.
Nə vaxta kimiDərdin karvanıyam, qəmin suvarı,Üzüm gülməyəcək nə vaxta kimi?!
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd