Süni nəvazişlər, soyuq busələr,Təlxəklər, rəqqasələr,Pəhləvanlar, ilanoynadanlarYorub usandırmışdı hökmdarı...

– Yeni bir əyləncə verin mənə barı. –Əmr etmişdi xidmətçilərə,Onu xoşhal etməyə çalışırdı hərə.Tapıb bir nəfərigətirdilər bir gün.Yığıldı tamaşayasaray əhli bütün.Təzə adam bir çuvaldızçıxarıb taxdı yerə.Uzaq məsafədən kiçik iynələriAtıb keçirdi çuvaldızındeşiyindən yüz kərə.İynələr çuvaldız gözündənkeçib yerə düşdü dalbadal,Güldürdü, əyləndirdi hökmdarıİndiyə qədər görmədiyieşitmədiyi bu qəribə əhval,Sənətini böyük məharətləişlədir deyə,Hökmdar əmr etdiyüz qızıl versinlərxəzinədən bu bəndəyə.Sonra da əmr elədi:divan qursunlar,Bu adama yüz zopa vursunlar, –Belə boş yerə sərf etdiyiüçün vaxtını,Neyləsin zavallı,qınamasın baxtını?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri