Dünya, bir sirrini aşkar et mənə,Nədən parlayırsan, nədən sönürsən?Bu qədər siqləti alıb arxana,Sən öz mehvərində necə dönürsən?

Kaş güllər, çiçəklər olaydı yükün,Ağır mərmiləri daşımayaydın.Şəfəqlər öpəydi alnından hər gün,Sis-duman içində yaşamayaydın.

Üfüqlərin təmiz, səhərin aydın,Əbədi baharla gözlərin aydın!Dünyam, gözəl dünyam, işıqlı dünyam,Həmişə aydınlıq içrə olaydın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar