Pəncərədən ay baxır,Yenə gözlərin axır.Göylər atlas köksünəSarı ulduzlar taxır.Layla, ceyranım, layla,Körpə tərlanım, layla.

Ömrün-günün şad olsun,Qüssə sənə yad olsun.Yaxşı adlar içindəAdın yaxşı ad olsun.Layla, ceyranım, layla,Körpə tərlanım, layla.

Xoşbəxt ol, xoşbəxt yaşa,Vəfalı ol yoldaşa.Yaxşı işlərlə dolsunQoy ömrün başdan-başa.Layla, ceyranım, layla,Körpə tərlanım, layla.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri