Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!
Sənin ol cəlb eləyən vəslinə and içdim, inan,Hicrinə yandı canım, yox daha taqət sənsiz!
Başqa bir yarı necə axtarım, ey nazlı mələk,Bilirəm, sən də dedin: “Yox yara hacət sənsiz!”
Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz!
Nə gözüm var - arayım mən səni, bəxtim də ki yox,Nə də bir qaçmağa var məndə cəsarət, sənsiz!
Məqtə — şairin təxəllüsü olan son beyt. Sən Nizamidən əgər arxayın olsan da gülüm,Gecə-gündüz arayıb, olmadı rahət sənsiz!
Kitabxana.az · https://kitabxana.az/works/nizami-her-gecem-oldu-keder-qusse-felaket-sensiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nikisa, necə ki, demişdi Şirin,Bir qəzəl oxudu rast üstə həzin:
Xosrov və Şirin, fəsil 81Bitdi Nikisanın cənglə nəğməsi,Barbədin setarı qaldırdı səsi.
Xosrov və Şirin, fəsil 82Barbəd nəğməsini bitirdi, durdu,Nikisa mizrabı tellərə vurdu.
Xosrov və Şirin, fəsil 83Nikisa dayandı, susdu avazı,O yandan səsləndi Barbədin sazı.
Başqa şairlərin şeirləri · Hicran
Ey nazənin, bu gen, geniş dünyada,Namusu əğyara satmaq nədəndi?
Yavaş-yavaşDəli könlüm xəyal etmə, gəlirəm yavaş-yavaş,Cismim hicranın bölürəm yavaş-yavaş.
نه وصلت دیده بودم کاشکی ای گل نه هجرانتکه جانم در جوانی سوخت ای جانم به قربانت
Yan İndiKönül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi