Yenə tövbə evimi eşq xərab etmədədir
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Yenə tövbə evimi eşq xərab etmədədir,Aşiq iftarını sevda meyi-nab etmədədir.
Könlümə bir mələyin sevgisi od saldı, adı,Günü də, Zöhrəni də göydə sərab etmədədir.
Onun eşq atəşi hər qəlbə girər, amma nədən,Tək mənim qəlbimi atəşdə kəbab etmədədir?
Gözlərin baxdı mənə, söylədi: səbr et, səninəm,Doğrusu, səbr edərəm, ömr şitab etmədədir.
Ahu gözlüləri yatmış zaman ovlar ovçu,Ömr röyadə şikar olmağa tab etmədədir.
Məsləhətdir, məni qovmaqdan isə versin əzab,Yar bunu yaxşı düşünmüşdür, əzab etmədədir.
Məqtə — şairin təxəllüsü olan son beyt. Gər Nizamini xəta isə həlak etdirmək,Aşiqəm, yar məni öldürsə səvab etmədədir.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-yene-tovbe-evimi-esq-xerab-etmededir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çərxin şəhsüvarı atlandı birdən,Meydanı zəbt etdi həriflərindən.
Leyli və Məcnun, fəsil 40Leyli qəfəsdəki o gözəl deyil,Tikilən qələlər xanımıdır, bil.
Leyli və Məcnun, fəsil 41"Canan, hardayıq biz, de hardasan sən?Biz ki, səninkiyik, sən kiminkisən?
Leyli və Məcnun, fəsil 42Bağdadlı Səlamın Məcnunun görüşünə getməsiDeyir söz ustası, onu dinlə sən: