Leyli və Məcnun, fəsil 3
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
در نوبت بار عام دادنباید همه شهر جام دادن
فیاضهٔ ابر جود گشتنریحان همه وجود گشتن
باریدن بیدریغ چون مُلخندیدن بینقاب چون گل
هرجای چو آفتاب راندندر راه به بدره زر فشاندن
دادن همه را به بخشش عاموامی و حلال کردن آن وام
پرسیدنِ هر که در جهان هستکز فاقهٔ روزگار چون رست
گفتن سخنی که کار بنددزان قطره چو غنچه باز خندد
من کاین شکرم در آستین استریزم که حریف نازنین است
بر جمله جهان فشانم این نوشفرزند عزیز خود کند گوش
من بر همه تن شوم غذاسازخود قِسم جگر بدو رسد باز
ای ناظر نقش آفرینشبردار خلل ز راه بینش
در راه تو هر کهرا وجودی استمشغول پرستش و سجودی است
بر طبل تهی مزن جرس رابیکار مدان نوای کس را
هر ذره که هست اگر غباری استدر پردهٔ مملکت به کاری است
این هفت حصارِ برکشیدهبر هزل نباشد آفریده
وین هفت رواقِ زیرِ پردهآخر به گزاف نیست کرده
کار من و تو بدین درازیکوتاه کنم که نیست بازی
دیباچهٔ ما که در نورد استنز بهر هوی و خواب و خورد است
از خواب و خورش به ار بتابیکاین در همه گاو و خر بیابی
زان مایه که طبعها سرشتندما را ورقی دگر نوشتند
تا در نگریم و راز جوییمسررشتهٔ کار باز جوییم
بینیم زمین و آسمان راجوییم یکایک این و آن را
کاین کار و کیایی از پی چیستاو کیست کیای کار او کیست
هر خط که بر این ورق کشیدهستشک نیست در آنکه آفریدهست
بر هرچه نشانهٔ طرازی استترتیبِ گواهِ کارسازی است
سوگند دهم بدان خدایتکاین نکته بدوست رهنمایت
کان آینه در جهان که دیدهستکاول نه به صیقلی رسیده است؟
بیصیقلی آینه محال استهردم که جز این زنی وبال است
در هر چه نظر کنی به تحقیقآراستهکن نظر به توفیق
منگر که چگونه آفریده استکان دیدهوری، ورای دیده است
بنگر که ز خود چگونه برخاستوآن وضع به خود چگونه شد راست
تا بر تو به قطع لازم آیدکان از دگری ملازم آید
چون رسم حواله شد به رَسّامرستی تو ز جهل و من ز دشنام
هر نقش بدیع کایدت پیشجز مبدع او در او میندیش
زین هفتپرندِ پرنیانرنگگر پای برون نهی خوری سنگ
پنداشتی این پرند پوشیمعلوم تو گردد ار بکوشی
سررشتهٔ راز آفرینشدیدن نتوان به چشم بینش
این رشته قضا نه آنچنان تافتکاو را سرِ رشته وا توان یافت
سررشتهٔ قدرت خداییبر کس نکند گرهگشایی
عاجز همه عاقلان و شیداکاین رقعه چگونه کرد پیدا
گر داند کس که چون جهان کردممکن که تواند آنچنان کرد
چون وضع جهان ز ما محال استچونیش برونتر از خیال است
در پردهٔ راز آسمانیسرّی است ز چشم ما نهانی
چندانکه جنیبه رانم آنجاپیبرد نمیتوانم آنجا
در تختهٔ هیکل رقومیخواندم همه نسخهٔ نجومی
بر هرچه از آن برون کشیدمآرامگهی درون ندیدم
دانم که هر آنچه ساز کردندبر تعبیهایش باز کردند
هرچ آن نظری در او توان بستپوشیده خزینهای در آن هست
آن کن که کلید آن خزینهپولاد بود نه آبگینه
تا چون به خزینه در شتابیشربت طلبی نه زهر یابی
پیرامن هرچه ناپدیده استجدولکش خود خطی کشیده است
وآن خط که ز اوج بر گذشتهعطفی است به میل بازگشته
کاندیشه چو سر به خط رسانَدجز باز پس آمدن نداند
پرگار چو طوفساز گردددر گام نخست باز گردد
این حلقه که گرد خانه بستنداز بهر چنین بهانه بستند
تا هرکه ز حلقه بر کند سرسرگشته شود چو حلقه بر در
در سلسلهٔ فلک مزن دستکاین سلسله را هم آخری هست
گر حکم طبایع است بگذارکاو نیز رسد به آخر کار
بیرونتر ازین حوالهگاهی استکانجا به طریق عجز راهی است
زان پرده نسیم دِه نفس راکاو پردهٔ کژ نداد کس را
این هفت فلک به پردهسازیهست از جهت خیالبازی
زین پرده ترانه ساخت نتوانواین پرده به خود شناخت نتوان
گر پردهشناس ازین قیاسیهم پردهٔ خود نمیشناسی
گر باربدی به لحن و آوازبیپرده مزن دمی بر این ساز
با پردهدریدگانِ خودبیندر خلوت هیچ پرده منشین
آن پرده طلب که چون نظامیمعروف شوی به نیکنامی
تا چند زمین نهاد بودن؟سیلیخورِ خاک و باد بودن؟
چون باد دویدن از پی خاکمشغول شدن به خار و خاشاک
بادی که وکیل خرج خاک استفراش گریوهٔ مغاک است
بستانَد ازین بدان سپاردگه مایه برد گهی بیارد
چندان که زمی است مرز بر مرزخاکی است نهاده درز بر درز
گه زلزله گاه سیل خیزدزین ساید خاک و زان بریزد
چون زلزله ریزد آب سایددرزی ز خریطه واگشاید
وان درز به صدمههای ایاموادی کدهای شود سرانجام
جویی که دراین گل خراب استخاریدهٔ باد و چاک آب است
از گوی زمین چو بگذری بازابر و فلک است در تک و تاز
هر یک به میانهٔ دگر شرطافتاده به شکل گوی در خرط
این شکل کری نه در زمین استهر خط که به گرد او چنین است
هر دود کزین مغاک خیزدتا یک دو سه نیزه بر ستیزد
وآنگه به طریق میلناکیگردد به طواف دیر خاکی
ابری که برآید از بیابانتا مصعد خود شود شتابان
بر اوج صعود خود بکوشداز حد صعود بر نجوشد
او نیز طواف دیر گیرداز دایره میل میپذیرد
بینیش چو خیمه ایستادهسر بر افق زمین نهاده
تا درنگری به کوچ و خیلشدانی که به دایره است میلش
هر جوهر فرد کو بسیط استمیلش به ولایت محیط است
گردون که محیط هفت موج استچندان که همیرود در اوج است
گر در افق است و گر در اعلاستهرجا که رود به سوی بالاست
زآنجا که جهان خرامی اوستبالایی او تمامی اوست
بالا طلبان که اوج جویندبالای فلک جز این نگویند
نز علم فلک گرهگشایی استخود در همه علم روشنایی است
گر مایه جوی است ور پشیزیاز چار گهر در اوست چیزی
اما نتوان نهفت آن جستکاین دانه در آب و خاک چون رست
گر مایه زمین بدو رساندبخشیدن صورتش چه داند
وآنجا که زمین به زیر پی بوددر دانه جمال خوشه کی بود
گیرم که ز دانه خوشه خیزددر قالب صورتش که ریزد
در پردهٔ این خیال گردانآخر سببی است حالگردان
نزدیک تو آن سبب چه چیز استبنمای که این سخن عزیز است
داننده هر آن سبب که بیندداند که مسبب آفریند
زنهار نظامیا در این سیرپابست مشو به دام این دیر
Ellik məclisinə verəndə ehsan,Şəhərdə badəsiz qalmasın insan.
Səxavət buludu yağsın aləmə,Bütün vücudları gətirsin dəmə.
Mey kimi tökülsün müzayiqəsiz.Gül kimi açılıb gülsün pərdəsiz.
Parlasın aləmdə bir günəş qədər.Ondan işıq alsın sonsuz üfüqlər.
Hər şeyi elliyə bağışla, gerçək,El borclu qalsa da, bu borcdan əl çək.
Bütün insanlara sual ver bu dəm:Nə yolla yarandı boşluqdan aləm?
Bir söz lazımdır ki, bağlı sirrlərAçılsın qönçə tək, şadlansın səhər.
Baxın əlimdəki şirin şəkərə,Onu paylayıram nazəninlərə.
Dünyaya səpirəm bu şirnini mən,Oğlum qulaq assın buna ürəkdən.
Mən bütün bədənə yem verən zamanÖz ciyər param da pay alar ondan.
Ey varlıq nəqşinin naziri olan,Qaldır əngəlləri idrak yolundan.
Yolunda nə qədər canlılar vardır,Sənin varlığına pərəstişkardır.
Boş təbli döyərək, hay-haray salma,Heç kəsin səsinə biganə qalma.
Bir toz görünsə də hər zərrə əgər,Dünya pərdəsində o da iş görər.
Göylərə yüksələn bu yeddi hasarZarafat deyildir, öz mənası var.
Pərdə altındakı bu yeddi rəvaqLovğalıq deyildir, hekmətə bir bax.
Qısa söz, dünyada nə sən, nə də mənOyuncaq deyilik xilqətimizdən.
Nə şəhvət, nə yuxu, nə də ki, yeməkHəyatın mənası olmasın gərək.
Yatmağı, yeməyi bu aləmdə sən,Eşşək, öküzdə də görə bilərsən.
Təbiət quranda xilqətimizi,Başqa səhifədə yazmışdır bizi.
Anlayıb, düşünək hər şeyi gərək,Hər sirri açmaqla hünər göstərək.
Yerləri, göyləri öyrənək bir-bir,Qalmasın bizimçin açılmamış sirr.
Görək, kim yaratmış bu təbiəti,O kimdir, işinin nədir hikməti?
Bu varaq üstündə çəkilən hər xəttSənətkar əliylə yaranmış, əlbət.
Qurğusu düz olan bu şeylər bir-birMahir bir ustada canlı şahiddir.
Səni, öz adıyla düz yol göstərənO böyük allaha and verirəm mən,
De, görüm, dünyada bir aynamı varKi, seyqəl verməsin ona sənətkar?
Seyqəlsiz bir ayna olmaz dünyada,Hər sənət bir ustad gətirir yada.
Həqiqət gözüylə xəyala varsan,Hər şeydə qüdrətdən nişan taparsan.
Baxma ki, nə yolla yaranmış onlar,Sənin gözlərində bu qüdrətmi var?!
Hər şey öz-özünə necə düzəldi,Bax, nə cür kainat əmələ gəldi?
Qoy, sənə şübhəsiz olsun aşikar,Onun başqasına ehtiyacı var.
Rəsm işi rəssama düşdüyü zamanMən qaxıncdan çıxdım, sən avamlıqdan.
Dünyada gördüyün hər incə sənətAllah əsəridir, ondadır qüdrət.
Bax, bu ipək rəngli yeddi pərdədənÜzsən ayağını, daş yeyəcəksən.
Bu pərdə dalında o sirrlər ki, var,Zənn etmə, çalışsan məlumun olar.
Xilqətin sirrini az ara, az gəz,O, adi gözlərlə görünə bilməz.
Elə toxunmamış bu ip əzəldənKi, onun ucunu tapa biləsən.
Tanrı qüdrətiylə düyüm bağlayanBu ipi açmamış, açammaz insan.
Bu tanrı dastanı necə dastandır?Ağıl sahibləri ona heyrandır.
Xilqətin sirrini bilsə bir nəfər,Bu qoca dünyanı o da xəlq edər.
Acizik aləmi yaratmağa biz,Onun əslini də tapmaz əqlimiz.
Göyün sirr pərdəsi ki, bərqərardır,Gözə görünməyən bir sirri vardır.
Nə qədər oraya at çapsam da mən,Bir xəbər öyrənmək gəlmir əlimdən.
Göyün lövhəsində yanır rəqəmlər,O saf ulduzları mən birər-birər
Nə qədər oxuyub öyrəndim, heyhat,Yenə də qəlbimi görmədim rahat.
Bilirəm, yaranmış hər böyük əsərOnun qüdrətiylə açıla bilər.
O şey ki, bizlərə lap aşikardır,Orda da gizli bir xəzinə vardır.
Çalış, xəzinənin böyük açarıŞüşə yox, poladdan qayrılsın barı,
Taki xəzinəyə çatdığın zamanSən orda zəhər yox, şərbət tapasan.
Bilirsən, harda ki, bir xəzinə var,Qoynunda zəhər də, dərman da saxlar.
Musa gövhər tapdı xəzinələrdə,Qarun da boğuldu ləli-gövhərdə.
Arada ixtilaf, dava oldusa,Yenə Qarun öldü, qazandı Musa.
Varlıq cədvəlini quran sənətkarBilinməz şeylərə çəkmişdir hasar.
Ən uca nöqtəni aşarsa bir xətt,Öz əski halına meyl edər fəqət.
Fikir nə zaman ki, son xəttə çatar,Dayana bilməyib geri qayıdar.
Pərgar dolansa da öz dövrəsinə,Birinci nöqtəyə qayıdar yenə.
Dünya dövrəsində bu həlqə ki var,Onu bu məqsədlə bağlamışdırlar.
Ki, hər kəs başını çıxartsa ondan,Qapı həlqəsi tək qala sərgərdan,
Əl vurma fələyin bu zəncirinə,Bil ki, bu zəncirin sonu var yenə.
Baxma ki, nə höküm vermiş təbiət,Onun da bir sonu olacaq, əlbət.
Bundan xaricdə də bir dərgah durur,Ağlayıb sızlamaq onun yoludur.
Elə bir pərdədən nəfəs al ki, sən,Hər şey düz qurulmuş haman pərdədən.
Bu yeddi fələyə nəzər yetir bir,Xəyalın rəqsinə pərdə düzəldir.
Olmaz o pərdəylə səsləşmək bir az,Onu öz-özünə tanımaq olmaz.
Sən haman pərdəni axtarsan əgər,Bil ki, öz pərdən də yadından gedər.
Çalıb oxumaqda Barbüd olsan da,Pərdəsiz bu saza toxunma əsla
Pərdəsi yırtılmış xudbinlə yəqin,Dalında durma sən heç bir pərdənin.
Sən də Nizami tək bir pərdə axtar,O vaxt yaxşılıqla şöhrətin artar.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-leyli-ve-mecnun-3
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xosrov əvvəl sordu: "Hardansan, cavan?"Fərhad cavab verdi: "Dost diyarından."
Xosrov və Şirin, fəsil 58Bisütunda şəkli qurtardı Fərhad,Könlündə bir həsrət, dilində fəryad
Xosrov və Şirin, fəsil 59Şirin əyləşmişdi bir gün qəlbi şad,Dostlar arasında qüssədən azad.
Xosrov və Şirin, fəsil 60O dünya başçısı Xosrov birtəhərHər zaman Şirindən tutardı xəbər.
Başqa şairlərin şeirləri
Dərd əlindən şan- şan oldu ürəyim,Yeri könül, yeri Qarsa gedəlim.
Eşq atəşi can yıxıyorEşq atəşi can yıxıyor,Ürəkdən qanlar axıyor.
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
Həyatda ümidÜmid əgər bu qaranlıq cahanda olmazsa,Kim axtarardı həyatın şəfəqli çeşməsini?