Qoşuldun mərdlərə, oldunsa mərdan,Yetər, əl çək təkəbbürdən, vüqardan.

İçib şövqün meyin ər süfrəsindənTamam ayrıl bu varlıqdan, bu vardan.

Yolunda gözləmə heç kəsdən imdad,Umub küssən, qapın bir gün qaparsan.

İnan, dostdan mədəd ummaq - zülümdür,Özün dosta mədəd qıl, gər bacarsan.

Basıb keçmə qarışqanı, amandır,Hər Allah bəndəsin dost bil, hayan san.

Tamam heçsən, yüz il qan-yaş da töksən,Tamam zaysan, əgər bir qəlbi qırsan.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bütü, bütxanəni qır, ey Nizami,Çətin iş qeyrətinlə olsun asan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri