Sirlər xəzinəsi, fəsil 2
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
ای همه هستی ز تو پیدا شدهخاک ضعیف از تو توانا شده
زیرنشین عَلَمت کائناتما به تو قائم چو تو قائم به ذات
هستیِ تو صورتِ پیوند نیتو بِه کَس و کَس بهتو مانندْ نی
آنچه تَغَیُّر نپذیرد توییوانکه نمردهست و نمیرد تویی
ما همه فانی و بقا بس تو راستملک تعالی و تقدُّس تو راست
خاک به فرمان تو دارد سکونقُبّهٔ خَضرا تو کنی بیستون
جز تو فلک را خَمِ چوگان که داد؟دیگِ جسد را نمکِ جان که داد؟
چون قدمت بانگ بر ابلق زندجز تو که یارد که اناالحق زند؟
رفتی اگر نامدی آرام توطاقت عشق از کشش نام تو
تا کَرَمت راه جهان برگرفتپشت زمین بار گران برگرفت
گر نه ز پشتِ کرمت زاده بودناف زمین از شکم افتاده بود
عقدِ پرستش ز تو گیرد نظامجز به تو بر هست پرستش حرام
هر که نه گویای تو خاموشْ بِهْهر چه نه یاد تو فراموشْ بِهْ
ساقیِ شب دستکش جام تستمرغ سحر دستخوش نام تست
پرده برانداز و برون آی فردگر منم آن پرده بههم درنورد
عجزِ فلک را به فلک وانمایعقدِ جهان را ز جهان واگشای
نَسْخ کن این آیت ایّام رامَسخ کن این صورتِ اجرام را
حرف زبان را به قلم بازدهوام زمین را به عدم بازده
ظلمتیان را بُنه بینور کنجوهریان را ز عَرَض دور کن
کرسی ششگوشه بههم درشکنمنبرِ نُهپایه به هم در فِکَن
حُقّهٔ مَه بر گِل این مهره زنسنگ زُحَل بر قَدَح زُهره زن
دانهکن این عِقدِ شبافروز راپَر بشکن مرغ شب و روز را
از زمی این پُشتهٔ گِل بر تراشقالب یک خشت زمین گو مباش
گَرد شب از جِبْههٔ گردون بریزجبهه بیفت اخبیه گو بَر مَخیز
تا کی ازین راه نو روزگار؟پردهای از راه قدیمی بیار
طرحْ برانداز و بُرون کَش برونگردن چرخ از حرکات و سکون
آب بریز آتش بیداد رازیرتر از خاک نشان باد را
دفتر افلاکشناسان بسوزدیدهٔ خورشید پرستان بدوز
صفر کن این بُرج ز طوق هِلالباز کن این پرده ز مُشتی خیال
تا به تو اِقرار خدایی دهندبر عدم خویش گواهی دهند
غنچه کمر بسته که ما بندهایمگُل همه تَن جان که به تو زندهایم
بی دیَتَست آنکه تو خون ریزیاشبی بَدَلست آنکه تو آویزیاش
منزل شب را تو دراز آوریروزِ فرو رفته تو باز آوری
گرچه کنی قهر بسی را ز ماروی شکایت نه کسی را ز ما
روشنی عقل به جان دادهایچاشنی دل به زبان دادهای
چرخْ رَوِشْ قُطب ثَبات از تو یافتباغِ وجود آب حیات از تو یافت
غمزهی نسرین نه ز باد صباستکز اثرِ خاکِ تواش توتیاست
پردهٔ سوسن که مَصابیحِ تُستجمله زبان از پی تسبیحِ تُست
بنده نظامی که یکی گوی تستدر دو جهان خاک سر کوی تست
خاطرش از معرفت آباد کنگردنش از دام غم آزاد کن
Ey bütün varlıqları xəlq edən pərvərdikar!Aciz torpaq da almış səndən qüvvət, iqtidar,
Bayrağının altında yaşayır bütün cahan.Bizlər səninlə varıq, sənsə özünlə varsan.
Kim deyir ki, varlığın bir surət qəbul edər?Nə bir kəsə bənzərsən, nə bir kəs sənə bənzər.
Dəyişməyən bir sənsən bu sonsuz kainatda,Ölməmiş, ölməyəcək tək sənsən bu həyatda.
Biz hamımız faniyik, həmişəlik bir sənsən,Ucalıq, paklıq mülkü ayrı deyildir səndən.
Çokan əyriliyini səndən aldı bu fələk,Bu dəyərsiz bədənə sən verdin canı bəzək.
Qədimliyin əbləgə qıy vurduqda nəhayət,„Mən haqqam“ söyləməyə bir səndə vardır cür’ət.
Adından almasaydı təskinliyi, rahəti,Bil ki, əldən gedərdi eşqin belə taqəti.
Kərəmin bu dünyanı tutub gələndən bəriÇəkər Yerin arxası bunca ağır yükləri,
Gəlməsəydi Yer sənin kərəminin belindən,Göbəyi məhv olardı, düşərdi təməlindən.
İbadətin muncuğu düzülməkdə əlinlə,Başqasına ibadət etmək haramdır elə.
Adını çəkməyənlər sükut etsə yaxşıdır,Səndən başqa söz yaddan çıxıb getsə yaxşıdır.
Camının gədasıdır gecə saqisi gerçək,Səhər quşu adını çağırır xoş ötərək.
Təklikdə zahir ol sən, yubanma, aç pərdəni,O pərdə mən olsam da tez parçala at məni.
Fələkə göstər, odur varlıqda bacarıqsız,Dünyanın düyününü bu dünyadan aç, yalnız.
Poz belə zəmanənin nəqşini, surətini,Yox elə ulduzları, seyrini, sür’ətini.
Qələm elə dilləri, oxşadaraq qələmə,Yoxluqdan doğan yeri yenə qaytar ədəmə.
Qaranlıq sevənlərin evini nursuz et sən,Bütün gövhərçikləri uzaqlaşdır ərəzdən.
Altı cəhəti sındır əlinlə şüşə təki,Dağıt doqquzayaqlı mənbəri — o fələki.
Vur ayın hoqqasını yerin palçığına sal,Züheylinsə daşını Zöhrənin camına çal!
Gecəyə işıq saçan boyunbağını qır, at,Gecənin və gündüzün quşunda qoyma qanat.
Yerdən qaldır bu palçıq təpəsini—torpağı,Yerin kərpic qəlibinin qalmasın qoy sorağı,
Zəmanənin alnından gecənin tozunu al,Ucalmağa tapmasın Cəbhə, Əxbiyə macal.
Yetər, dünyanın yeni yolundan çalmaq, yetər,Bir pərdə də o qədim yoldan çalıb iş göstər,
Başqa bir əsas yarat bu darlıqda, indi var,Durmaqdan, tərpənməkdən çarxın boynunu qurtar.
Söndür odunu zülmün, üstünə axıt seli,Oturt aşağı başda gəl bu torpaqdan eli.
Yandır münəccimlərin kitabını, sözünü,Tik günəşə sitayiş edənlərin gözünü.
Boşa çıxart bu bürcü göylərdəki hilaldan,Durma, götür pərdəni bu bir ovuc xəyaldan.
Sənin allahlığına taki etsinlər iqrar,Bilsinlər ki, yoxdurlar, yalnız bircə sənsən var.
Çoxumuza etsən də qəhrlə qəzəb, düzü,Bizlərdən şikayətə olmaz heç kimin üzü.
Kimin qanını töksən, yox qanının bahası,Hər kimi assan onun olmaz bir e’tirazı.
Ağıl işıqlığını cana vermisən, dinlə,Ürək nümunəsini sən bəxş etmisən dilə.
Gecənin mənzilini çəkib uzadan sənsən,Batıb gedən gündüzü yenə oyadan sənsən.
Qönçə kəmər bağlayıb dillənir:—kölənik biz,Ruhdan yaranmış gülsə deyir:—gülmərik sənsiz.
Qütüb əlinlə tapdı sükut, çarxsa hərəkət,Varlıq bağı suyundan aldı həyat, bərəkət.
Nəstərəndəki qəmzə səba yelindən deyil,Onun tutiyasına torpağındır bir dəlil.
Nizami təkliyini hər zaman salar yada,Yolunun torpağıdır o hər iki dünyada.
Gəl onun qəlbini sən mə’rifətlə abad et,Boynunu bu qəmlərin şələsindən azad et!
Kitabxana.az · https://kitabxana.az/works/nizami-sirler-xezinesi-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dürlər peyvənd edən ləlin bağına,Gövhərlər düzəndə yer qulağına,
Yeddi gözəl, fəsil 38Tam əks-əyarlı nəqdi GəncədənRumi çeşnisiylə parladınca mən,
Leyli və Məcnun, fəsil 1Ey adı ən gözəl başlanğıc olan,Adınla başlanır yazdığım dastan.
Leyli və Məcnun, fəsil 2Sonuncu Peyğəmbərin tərifiEy varlıq mülkünə böyük şahsüvar,