ای به زمین بر چو فلک نازنینناز کِشَت هم فلک و هم زمین

Ey göylərin əzizi, aləm sənə göz dikir.Nazını həm yer çəkir, həm də ki, fələk çəkir.

کار تو ز‌آنجا که خبر داشتیبرتر از آن شد که تو پنداشتی

Sənin bütün hər işin sənin öz bildiyindən,Düşündüyündən daha yüksək oldu, düşün sən.

اول از آن دایه که پرورده‌ایشیر نخوردی که شکر خورده‌ای

Özünü ta əvvəldə bəsləyən dayədən, bil,Şəkər yedin, əmdiyin bəllidir ki, süd deyil.

نیکویی‌ات باید که‌افزون بودنیکویی افزون‌تر ازین چون بود‌؟

Yaxşıdır, yaxşılığın çox olsa hər nə qədər,Yaxşılıq et ki, sənə çox yaxşılıq ediblər...

کز سر آن خامه که خاریده‌اندنغز نگار‌یت نگاریده‌اند

Yonduqları qələmin ucuyla gərək səniYaratmışlar, baxsana, nə gözəl-göyçək səni,

رشتهٔ جان بر جگر‌ت بسته‌اندگوهر تن بر کمر‌ت بسته‌اند

Bağladılar canının ipini ciyərinə,Bədən gövhərini də düzdülər kəmərinə.

به که ضعیفی که درین مرغزارآهوی فربه ندود با نزار

Arıq olsan yaxşıdır, düşün, bir nəzərə al,Qaça bilməz bir arıq maralla, bir kök maral.

جانور‌انی که غلام تواندمرغ علف‌خوارهٔ دام تواند

Sənin qulun sayılan bütün heyvanlar ki var,Ot yeyən quşlarıdır torunun ancaq onlar.

چون تو همایی شرف کار باشکم خور و کم گوی و کم‌آزار باش

Sən ki, hüma quşusan şərəfli iş gör, əlbət,Az ye, az danış, vermə bir kimsəyə əziyyət.

هر که تو بینی ز سپید و سیاهبر سر کاری است در این کارگاه

Nə dəyərsə qaradan, ağdan sənin gözünə,Bu dünyada hərəsi bir iş tapmış özünə.

جغد که شوم است به افسانه دربلبل گنج است به ویرانه در

Uğursuz adlansa da əfsanələrdə bayquş,Xəzinə bülbülüdür viranələrdə bayquş.

هر که در این پرده نشانیش هستدر خور تن قیمت جانیش هست

Bu pərdədə hər şeyin, bəlli, əlaməti var,Bədəninə görə də canın öz qiyməti var.

گرچه ز بحرِ تو به گوهر کمندچون تو همه گوهریِ عالَمند

Dənizində onların olmasa da dəyəriSənin kimi aləmin sayılırlar gövhəri.

بیش و کمی را که کشی در شماررنج به قدر دیَتَش چشم دار

Artıq-əksik bir şeyi nəzərə aldıqda sən,Gücün nəyə çatırsa onu götürməlisən.

نیک و بد ملک به کار توانددر بد و نیک آینه‌دار تواند

Sənin işinlə məşğul dünya yaxşı yamanı,Könlün yaxşı-yamanda odur güzgü tutanı.

کفش دهی‌، باز دهندت کلاهپرده دری‌، پرده درندت چو ماه

Başmaq versən, verərlər yerinə sənə papaq,Pərdə yırtsan pərdəni yırtarlar ay tək ancaq.

خیز و مکن پرده‌دری صبح‌وارتا چو شبت نام بود پرده‌دار

Qoyma adın səhər tək bir pərdəyırtan olsun,Qoy adın gecə kimi bir pərdətutan olsun.

پردهٔ زنبور گل سوری استو‌آنِ تو این پردهٔ زنبوری است

Arının pərdəsi bir suri gülüdür bütöy,Sənin pərdənsə — arı pərdəsi adlanan göy.

چند پری چون مگس از بهر قوت‌؟در دهن این تنهٔ عنکبوت

Sən hörümçək torunun ağzında nə vaxtadəkRuziçin uçacaqsan sağa-sola milçək tək?

پردگیانی که جهان داشتندراز تو در پرده نهان داشتند

Bu dünyanı idarə edən pərdədəkilərSirrini gizlətdilər pərdədə, tut bir xəbər.

از ره این پرده فزون آمدیلاجرم از پرده برون آمدی

O pərdənin yolundan sən gəldiyinçün ağır,Sən o pərdəni yırtıb çıxdın düz yoldan axır.

دل که نه در پرده‌، وداعش مکنهر چه نه در پرده‌، سماعش مکن

Pərdəsiz bir könülə salamat qal demə sən,Pərdədən xaric olan bir şeyi eşitmə sən.

شعبده‌بازی که در این پرده هستبر سرت این پرده به بازی نبست

Bu pərdə dalındakı oyunbaz, ol aşinaOyuncaqçün çəkmədi bu pərdəni başına.

دست جز این پرده به جایی مزنخارج از این پرده نوایی مزن

Əlini bu pərdədən başqa bir yerə vurma,Bu pərdə xaricində bir hava çalıb durma,

بشنو از این پرده و بیدار شوخلوتی‌ِ پردهٔ اسرار شو

Ayıl, bir bu pərdədə nə varsa eşit, ayıl,Sirrlər pərdəsinə məhrəm ol, məhrəm sayıl,

جسمت را پاک‌تر از جان کنیچونکه چهل روز به زندان کنی

Öz bədənini qırx gün zindana saldığından,Candan da pak edərsən onu bu işlə, inan,

مرد به زندان شرف آرد به دستیوسف ازین روی به زندان نشست

Zindanda oturan kəs qazanar ad, şan, şərəf,Odur ki, Yusifə də verdi bu zindan şərəf.

قدر دل و پایهٔ جان یافتنجز به ریاضت نتوان یافتن

Canın mərtəbəsini, könülün dəyəriniRiyazətsiz tapmazsan, bilməzsən heç yerini.

سیم طبایع به ریاضت سپارزر طبیعت به ریاضت برآر

Təbiət gümüşünü gəl zəhmətlə yoxla sən,Təbiət qızılını riyazətə bağla sən.

تا ز ریاضت به مقامی رسیکه‌ت به کسی درکشد این ناکسی

Ta ki, sən riyazətlə bir məqama çatasan;İnsaniyyətsizliyin qart daşını atasan.

توسنی طبع چو رامت شودسکهٔ اخلاص به نامت شود

Təb’inin köhlən atı sənə ram olan zaman,İxlasın sikkəsi də olar adınla hər an.

عقل و طبیعت که تو‌را یار شدقصهٔ آهنگر و عطار شد

Ağıl, təbiət sənə dost olunca dünyada,Dəmirçiylə, əttarın nağılı düşər yada.

کاین ز تبش آینه‌روی‌ت کندو‌آن ز نفس غالیه بویت کند

Ki, bu hərarətilə üzünü çopur edər,O isə nəfəsilə səni ətirləndirər.

در بُنهِ طبع نجات اندکی استدر قفس مرغ حیات اندکی است

Təbiət əsasında, unutma, nicat yoxdur,Ölüm qəfəsindəsə hərəkət, həyat yoxdur.

هر چه خلاف‌آمدِ عادت بوَدقافله‌سالارِ سعادت بود

Hər bir şey ki, görürsən sən bu adətdən kənarXoşbəxtlik karvanına odur başçı və salar.

سر ز هوا تافتن از سروری استترک هوا قوت پیغمبر‌ی است

Peyğəmbər qüvvəti var o alicənab kəsdəKi, ömrün mə’nasını görməz hava-həvəsdə.

گر نفسی نفس به فرمان توستکفش بیاور که بهشت آن توست

Bircə an tabe olsa sənə öz nəfsin əgər,Başmağını gey, çünki cənnət yolunu gözlər.

از جرس نفس برآور غریوبندهٔ ‌دین باش نه مزدور دیو

Durma nəfsin zəngindən fəryad qopar, təbil vur,Dinə qul ol hər zaman, şeytana olma muzdur.

در حرم دین به حمایت گریزتا رهی از کش مکش رستخیز

Məhşər vurhavurundan qurtulmaqçün düşün bir,Sığın dinin evinə, ona sən pənah gətir.

ز‌آتش دوزخ که چنان غالب استبوی نبی شحنهٔ بوطالب است

Cəhənnəmin alovu yandırıcı olsa da,Peyğəmbərin ətridir Əbutalibə darğa.

هست حقیقت نظر مقبلاندرع پناهنده روشن‌دلان

Bu bir həqiqətdir ki, xoşbəxtlərin nəzəriAydın ürəklilərin sipəridir, sipəri.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri