Xosrov və Şirin, fəsil 14
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
چنین گفت آن سخنگوی کهنزادکه بودش داستانهای کهن، یاد
Köhnə dastanların qoca ustadıÖz hekayətinə belə başladı:
که چون شد ماهِ کسری در سیاهیبه هرمز داد تخت پادشاهی
Zaval gələn zaman Kəsra bəxtinə.Hürmüz sahib oldu şahlıq təxtinə.
جهانافروز، هرمز داد میکردبه داد خود جهان آباد میکرد
O, tez məşhur oldu ədalətiylə,Dolaşırdı adı hey dildən-dilə.
همان رسم پدر بر جای میداشتدَهش بر دست و دین بر پای میداشت
Öz ata yolunu tuturdu mətin,Əl üstə - səxavət, ayaq üstə - din.
نسب را در جهان پیوند میخواستبه قربان از خدا فرزند میخواست
Nəsli ta itməsin qoca dünyadan,Bir övlad istədi böyük xudadan.
به چندین نذر و قربانش خداوندنرینه داد فرزندی، چه فرزند!
Xeyli nəzir verdi, bir xeyli qurban,Nəhayət lütf etdi allah bir oğlan.
گرامی دُری از دریای شاهیچراغی روشن از نور الهی
Övlad nə övladdı, - dəniz incisi.Nurlu çıraqların ən birincisi.
مبارکطالعی فرخسریریبه طالع، تاجداری تختگیری
Xoşbəxt doğulmuşdu, gözəldi bəxti,Yaraşırdı ona tacı və təxti.
پدر در خسروی دیده تمامشنهاده خسروِ پرویز نامش
Atası görəndə istedadını,Xosrov Pərviz qoydu onun adını.
از آن شد نام آن شهزاده، پرویزکه بودی دائم از هر کس پَر آویز
Kimi görsə sarılırdı boynuna,Bu səbəbdən Pərviz dedilər ona.
گرفته در حریرش دایه چون مشکچو مروارید تَر در پنبهٔ خشک
Səhərdən gözəldi onun gülüşü,Günəşdən qəşəngdi hər görünüşü.
رُخی از آفتاب اندوهکشترشکر خندیدنی از صبح خوشتر
Dayəsi müşktək ipəkdə saxlar,İncitək olmuşdu yeri pambıqlar.
چو میلِ شِکّرش در شیر دیدندبه شیر و شِکّرش میپروریدند
Dodağında südə həvəs duyaraq,Bəslədilər şəkər və südlə ancaq.
به بزم شاهش آوردند پیوستبسان دستهٔ گل، دست بر دست
Şah yanına hər gün gətirərdilər,Gültək əldən-ələ, ötürərdilər.
چو کار از مهد با میدان فتادشجهان از دوستی در جان نهادش
Beşiyi tərk edib yeriyən zamanOna öz canında yer verdi cahan.
به هر سالی که دولت میفزودشخرد تعلیم دیگر مینمودش
Elə ki, beş yaşa çatdı, nə görsəİbrət götürərdi, baxıb hər kəsə.
چو سالش پنج شد در هر شگفتیتماشا کردی و عبرت گرفتی
Bəxti artırdıqca hər il yaşınıBiliklə doldurdu o gənc başını.
چو سال آمد به شش چون سرو میرُسترسوم شش جهت را باز میجست
Ayaq qoyan zaman yeddinci iləGüllərə müşk saçdı gözəlliyilə.
چنان مشهور شد در خوبروییکه مطلق یوسفِ مصر است گویی
Elə məşhur oldu gözəllikdə o,Misirli Yusifdi sanki bu Xosrov.
پدر ترتیب کرد آموزگارشکه تا ضایع نگردد روزگارش
Günləri boş, bekar keçməsin deyə,Şah tapşırdı onu bir mürəbbiyə.
بر این گفتار بر بگذشت یک چندکه شد در هر هنر خسرو هنرمند
Bu söhbətdən keçdi bir neçə zaman,Xosrov hər hünərdə oldu qəhrəman.
چنان قادر سخن شد در معانیکه بحری گشت در گوهرفشانی
Sözünün şöhrəti düşdü cahana.Dəniz kimi səpdi dürrü hər yana.
فصیحی کاو سخن چون آب گفتیسخن با او به اصطرلاب گفتی
Su kimi söz deyən hər aqil, huşyarOna ehtiyatla yanaşırdılar.
چو از باریکبینی موی میسفتبه باریکی سخن چون موی میگفت
Hər an tükü tükdən seçirdi gözü,Tük kimi zərifdi onun hər sözü.
پس از نه سالگی مکتب رها کردحساب جنگِ شیر و اژدها کرد
Doqquzda tərk etdi oyun yolunu,Şir üstə sınadı güclü qolunu.
چو بر ده سالگی افکند بنیادسَرِ سیسالگان میداد بر باد
On yaşa girəndə bu nadir cavanOtuz yaşlıları qoyurdu heyran.
به سرپنجه شدی با پنجهٔ شیرستونی را قلم کردی به شمشیر
Şirlər pəncəsinə pəncə verərdi,Qılıncla sütunu yerə sərərdi.
به تیر از موی بگشادی گره رابه نیزه حلقه بربودی زره را
Oxuyla, o, tükdən düyün açardı,Nizəylə zirehdən halqa alardı.
در آن آماج کاو کردی کمان بازز طبلِ زُهره کردی طبلک باز
Ox atsa hədəfə sərrast dəyərdi,Zöhrə haləsini silkələyərdi.
کسی کاو دَه کمان حالی کشیدیکمانش را به حمالی کشیدی
On kamanı birdən dartan bir insanAcizdi Xosrovun bir kamanından.
ز دَه دشمن کمندش خامتر بودز نُه قبضه خدنگش تامتر بود
Kəməndlə on düşmən birdən tutardı,Doqquz qarış boyda oxları vardı.
بُدی گر خود بُدی دیو سپیدیبه پیش بیدبرگش برگِ بیدی
Ağ div olsa belə, onun oxundanSöyüd yarpağıtək əsərdi, inan
چو برق نیزه را بر سنگ راندیسنان در سینهٔ خارا نشاندی
Şimşək nizəsini çalsa daşlara,Daşın ürəyində açardı yara.
چو عمر آمد به حد چارده سالبر آمد مرغ دانش را پر و بال
O gündən ki, yaşı on dördü aşdı,Biliyinin quşu qol-qanad açdı.
نظر در جستنیهای نهان کردحساب نیک و بدهای جهان کرد
Könlündə hər şeyə maraq oyandı,Dünyada yaxşını, yamanı qandı.
بزرگامّید نامی بود دانابزرگامّید از عقل و توانا
Büzürgümid adlı bir alim vardı,Ağlı, istedadı güntək parlardı.
زمین جوجو شده در زیر پایشفلک را جو به جو پیموده رایش
Yeri qarış-qarış dolaşmışdı o,Fikriylə göylərə ucalmışdı o.
به دست آورده اسرار نهانیکلید گنجهای آسمانی
Göyün xəznələri açıqdı ona,"Sirlər evi" desəm, haqdır, qoynuna.
طلب کردش به خلوت شاهزادهزبان چون تیغ هندی برگشاده
Şahzadə xəlvətdə ona yanaşdı,Hindi qılınc kimi dilini açdı.
جواهر جست از آن دریای فرهنگبه چنگ آورد و زد بر دامنش چنگ
Bilik dəryasına əl uzadaraq,Cavahir istədi və aldı qoçaq.
دل روشن به تعلیمش برافروختوزو بسیار حکمتها در آموخت
Onun təlimindən könlü nurlandı,Ondan bir çox hikmət öyrənib qandı.
ز پرگار زحل تا مرکز خاکفرو خواند آفرینشهای افلاک
Zühəl pərgarından yer mərkəzinəNə varsa öyrəndi, doymadı yenə.
به اندک عمر شد دریا درونیبه هر فنی که گفتی ذو فنونی
Az müddətdə dərya bilik qazandı,Hər fənni düşündü, hər elmi qandı.
دل از غفلت به آگاهی رسیدشقدم بر پایهٔ شاهی رسیدش
Qafil ürəyinə bilik yol açdı,Şahlıq rütbəsinə gəlib yanaşdı.
چو پیدا شد بر آن جاسوس، اسرارنهانیهای این گردنده پرگار
Hərlənən pərgahın gizli işləriXosrova aşikar olandan bəri
ز خدمت خوشترش نآمد جهانینبودی فارغ از خدمت زمانی
Şahına xidmətdi işi hər zaman,Heç əskik olmazdı şah qulluğundan.
جهاندار از جهانش دوستر داشتجهان چبوَد ز جانش دوستر داشت
Şah sevərdi onu cahandan artıq,Cahan nə, öz şirin canından artıq.
ز بهر جان درازیش از جهان شاهز هر دستی درازی کرد کوتاه
Çox ömr etsin deyə əziz övladı,Zalımın qolunu tutub bağladı.
منادی را ندا فرمود در شهرکه وای آن کس که او بر کس کند قهر
Dedi: "Carçı, çağır! Eşitsin aləm,Hər kim zülm eləsə görəcək sitəm.
اگر اسبی چرد در کشتزاریو گر غصبی رود بر میوهداری
Əgər bir at gedib girsə tarlaya,Biri bağdan meyvə, gül oğurlaya,
و گر کس روی نامحرم ببیندهمان در خانهٔ ترکی نشیند
Birisi naməhrəm qadına baxsa,Bir gözəl evinə yadı buraxsa,
سیاست را ز من گردد سزاواربر این سوگندهایی خورد بسیار
Ən ağır cəzama olacaq düçar!"Şah and içdi, dedi, sınmaz bu ilqar.
چو شه در عدل خود ننمود سستیپدید آمد جهان را تندرستی
Ədalətdə onun qüsuru yoxdu,Gözlər kədərsizdi, könüllər toxdu.
خرابی داشت از کار جهان دستجهان از دستکار این جهان رست
Oldu ədalətlə yer üzü abad,İnsanlar oldular zülmdən azad.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-xosrov-ve-sirin-14
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Saqi, bu zülmətə bənzər torpağıAraşdır, ver mənə həyat bulağı!
Şərəfnamə, fəsil 61Saqi, ver ürəyə yatımlı meydən!Ver ki, mey xoş gəlir ömür gənc ikən!
Şərəfnamə, fəsil 62Ey saqi, dayanma, qədəhi gətir!Qədəhsiz şənlənmək mümkün deyildir.
Şərəfnamə, fəsil 63Saqi, ay işıqlı camı ver mana!Padşahın taxtını öpmək adına,
Başqa şairlərin şeirləri
Dəst pədərəm babat,Bürid və kərdə mat,
Candan keçmişux!Dilbəra! Mümkün deyil gülşəndə gül bixar ola,Bülbül aşiqdir, gərək eşq əhlinə azar ola!
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Könlüm səni istərYüz mah münəvvər ola, könlüm səni istər,Yüz şəms müdəvvər ola, könlüm səni istər,