Xosrov və Şirin, fəsil 13
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
در آن مدت که من در بسته بودمسخن با آسمان پیوسته بودم
Qapayan zamanda qapıları mənGözüm ayrılmırdı mavi göylərdən.
گهی برج کواکب میبریدمگهی ستر ملایک میدریدم
Ulduzlar bürcünə gah ucalırdım,Mələklər üzündən örtük alırdım.
یگانه دوستی بودم خداییبه صد دل کرده با جان آشنایی
Bir allah bəndəsi dostum var idi,Xeyli mehribandı, vəfadar idi.
تعصب را کمر در بسته چون شیرشده بر من سپر، بر خصمْ شمشیر
Şir kimi arxaydı mənə hər zaman,Düşmənə qılıncdı, mənəsə qalxan.
درِ دنیا به دانش بند کردهز دنیا دل بدین خرسند کرده
Aləmdə biliklə qazanmışdı ad,Onunla yaşardı dünyada dilşad.
شبی در هم شده چون حلقهٔ زربه نُقره نَقره زد بر حلقهٔ در
Bir gecə qəzəbli, pörtmüş, qızıltəkQapımı o gümüş əllə döyərək
درآمد سر گرفته سرگرفتهعتابی سخت با من درگرفته
Gəldi, danlamağa başladı məni,Acıqla söylədi: "Çox sağ ol səni,
که «احسنت ای جهاندار معانیکه در ملک سخن صاحبقرانی
Mənalar mülkünün bir sultanısan,Sözlər ölkəsinin hökmranısan.
پس از پنجاه چله در چهل سالمزن پنجه در این حرفِ ورقمال
Qırx ildə keçirdin əlli çilləni,Boş-boş hekayələr çəkməsin səni.
درین روزه چو هستی پای بر جایبه مردارْ استخوانی روزه مگشای
Sən ki, bu orucu tutursan belə,İftarını açma murdar sümüklə.
نکرده آرزو هرگز تو را بندکه دنیا را نبودی آرزومند
Arzu heç vaxt səni salmadı bəndə,Dünyayçün düşmədin əsla kəməndə.
چو داری در سنانِ نوکِ خامهکلیدِ قفلِ چندین گنجنامه
Qələminin ucu nizəyə bənzər,Əlindədir saysız, zəngin xəznələr.
مسی را زر بر اندودن غرض چیست؟زر اندر سیم تر زین میتوان زیست
Qızıla mis qatsan, nə faydası var?Qızılı gümüşlə əritmək olar.
چرا چون گنجِ قارون خاکبهری؟نه استادِ سخنگویانِ دهری؟
Qarun xəznəsitək torpaqda qalma,Ustadsan, özünü ayağa salma.
درِ توحید زن، کآوازه داریچرا رسم مغان را تازه داری؟
Tohid qapısını çal, yüksəlt səsi,Nədir işlətdiyin muğlar nəğməsi?..
سخندانان دلت را مرده داننداگر چه زندخوانان زنده خوانند»
Zənd oxuyan səni bilsə də diri,Ölü deyər dünya söz bilənləri".
ز شورش کردنِ آن تلخگفتارترشرویی نکردم هیچ در کار
Bu acı sözlərin can yanğısındanTurşutmadım belə üzümü bir an.
ز شیرینکاریِ شیرینِ دلبندفروخواندم به گوشش نکتهای چند
O gözəl Şirinin əfsanəsindənQulağına bir az pıçıldadım mən.
وزان دیبا که میبستم طرازشنمودم نقشهایِ دلنوازش
Naxışlar saldığım ipəyi onaGöstərib, dedim: "Bax naxışlarına!
چو صاحبسنگ دید آن نقشِ ارژنگفروماند از سخن چون نقش بر سنگ
Naxışları görcək o gözəl insanDaşda naxış kimi dayandı heyran,
بدو گفتم «ز خاموشی چه جویی؟زبانت کو که احسنتی بگویی؟»
Ona dedim: "Dinməz durmusan neçin?Dilin hardadır ki, desin "Afərin?"
به صد تسلیم گفت «ای من غلامتزبانم وقف بر تسبیحِ نامت
İtaətlə dedi: "Qulun olum mən!Adın bircə an da düşməz dilimdən.
چو بشنیدم ز شیرین داستان راز شیرینی فرو بردم زبان را
Şirin dastanını eşidən kimiŞirin olduğundan uddum dilimi.
چنین سِحری تو دانی یاد کردنبتی را کعبهای بنیاد کردن
Belə sehrkarlıq bacarırkən sən,Bir bütçün Kəbə də bina edərsən.
مگر شیرین بدان کردی دهانمکه در حلقم شکر گردد زبانم
Onunçün elədim ağzımı şirinKi, ağzımda dilim qənd dadı versin.
اگر خوردم زبان را من شکروارزبانِ چون تویی بادا شکربار
Dilimi şəkərtək yedimsə əgər,Sənin dilin səpsin qoy xalis şəkər.
به پایان بر چو این ره برگشادیتمامش کن چو بنیادش نهادی
İndi ki, yol açdın, çalış, vur sona,Özülünü qoydun, bitsin qoy bina.
در این گفتن ز دولت یاریات بادبرومندی و برخورداریات باد
Yazanda bəxt sənə köməkçi olsun,Cavanlıq həvəsi könlünə dolsun.
چرا گشتی درین بیغوله پابست؟چنین نقدِ عراقی بر کفِ دست
Bu İraq sikkəsi əlində vardır;Ayaqlarındakı o nə çidardır?
رکاب از شهربندِ گنجه بگشایعنانِ شیر داری؛ پنجه بگشای
Gəncə şəhərindən atını çıxar!Sən şir pəncəlisən, səndədir vüqar.
فرس بیرون فکن میدان فراخ استتو سرسبزی و دولت سبز شاخ است
Atını çölə çək, genişdir meydan,Sən cavan, bəxtinin budağı cavan.
زمانه نغزگفتاری نداردو گر دارد چو تو باری ندارد
Zəmanədə yoxdur şirin söz deyən,Olsa da, onlardan sən qüdrətlisən.
همایی کن برافکن سایه بر کارولایت را به جغدی چند مسپار
Hüma kimi işə özün kölgə sal,Bayquşlar əlindən bu ölkəni al.
چراغند این دو سه پروانه خویشپدیدار آمده در خانه خویش
İndi bu gördüyün iki-üç nəfərÖz çıraqlarına pərvanədirlər.
دو منزل گر شوند از شهر خود دورنبینی هیچ کس را رونق و نور
Öz şəhərlərindən aralansalar,Onlarda nə rövnəq, nə də nur qalar.
تو آن خورشید نورانی قیاسیز مشرق تا به مغرب روشناسی
Sən bir günəş kimi ta gün doğandanGün batana qədər şəfəq salmısan.
چو تو حالی نهادی پای در پیشبه کنجی هر کسی گیرد سر خویش
Sən irəli durub desən sözünü,Çəkəcək bir küncə hər kəs özünü.
هم آفاق هنر یابد حصاریهم اقلیم سخن بیند سواری»
Hünər üfüqləri hasarlanacaq,Söz yurdu görəcək nadir bir qoçaq".
به تندی گفتم ای بخت بلندمنه تو قصابی و من گوسپندم
Mən hirslə səsləndim: "Ey alicənab!Nə mən bir qoyunam, nə də sən qəssab.
مدم دم تا چراغ من نمیردکه در موسی دم عیسی نگیرد
Üfləmə, amandır, çırağım sönər,İsa ki, Musaya eləməz əsər.
به حشوی چندم آتش برمیفروزکه من خود چون چراغم خویشتن سوز
Kükrətmə boş sözlə alovumu sən,Özünü yandıran bir çırağam mən.
من آن شیشهم که گر بر من زنی سنگز نام و کنیتم گیرد جهان ننگ
Elə bir şüşəyəm, daşlara çalsan,Utanar adımdan bu geniş cahan.
مسی بینی زری بر وی کشیدهبه مرداری، گلابی بر دمیده
Mən bir misəm, üstüm zərlə örtülü,Üstünə tər gülab səpilmiş ölü.
نبینی جز هوای خویش قوتمبه جز بادی نیابی در بروتم
Azuqəm bir xəyal, bir də istəkdir,Dağarcığımdakı ancaq küləkdir.
فلک در طالعم شیری نمودهاستولیکن شیر پشمینم، چه سود است؟
Fələk yaradırkən deyib mənə "şir",Lakin bu vücudum bir yun heykəldir,
نه آن شیرم که با دشمن برآیممرا آن بس که من با من برآیم
Deyiləm düşmənlə vuruşan şirdən,Yetər ki, özümlə döyüşürəm mən.
نشاطی پیش ازین بود آن قدم رفتغروری کز جوانی بود هم رفت
Əvvəl kefim kökdü, o günlər bitdi,Gəncliyin qüruru məhv oldu getdi.
حدیث کودکی و خودپرستیرها کن کان خیالی بود و مستی
Lovğalıq, uşaqlıq söhbəti etmə.Bu, qəflət yoludur onunla getmə.
چو عمر از ده گذشتت یا خود از بیستنمیشاید دگر چون غافلان زیست
Ömür otuz ildən keçdimi bir az,Qəflətdə yaşayıb dolanmaq olmaz.
نشاط عمر باشد تا چهل سالچهلساله فرو ریزد پر و بال
Qırx yaşa qədərdir həyat nəş əsi,Qırxda bitib gedir könlün həvəsi.
پس از پنجه نباشد تندرستیبصر کندی پذیرد، پای سستی
Əllidən aşdınmı, canın sağ olmaz,Ayaqlarda taqət, gözdə nur qalmaz.
چو شصت آمد نشست آمد پدیدارچو هفتاد آمد افتاد آلت از کار
Altmışa çatınca yerə çökərsən,Yetmişdə hər üzvün düşər taqətdən.
به هشتاد و نود چون در رسیدیبسا سختی که از گیتی کشیدی
Dünyada əziyyət çəkib boy atdın,Elə ki, səksənə, doxsana çatdın,
وز آنجا گر به صد، منزل رسانیبود مرگی به صورت زندگانی
Ordan da yetirdin özünü yüzə,Ölüsən, diri də görünsən gözə.
اگر صد سال مانی ور یکی روزبباید رفت ازین کاخِ دلافروز
İstər bir gün yaşa, istərsə yüz il,Bu nurlu eyvandan köçəcəksən, bil.
پس آن بهتر که خود را شاد داریدر آن شادی خدا را یاد داری
Yaxşısı budur ki, könlünü şad et,O böyük allahı şadlıqla yad et!
به وقت خوشدلی چون شمعِ پُرتابدهن پُر خنده داری دیده پر آب
Könül sevincindən yanan şam olsun,Dodaqların gülsün, gözlərin dolsun.
چو صبح آن روشنان از گریه رستندکه برقِ خنده را بر لب ببستند
Səhərtək parlayıb yananlar hamanGülüb ağlamaqdan qurtarırlar can.
چو بی گریه نشاید بود خندانوزین خنده نشاید بست دندان
Göz yaşı olmasa, gülmək də olmaz,Bu gülüşü üzdən silmək də olmaz.
بیاموزم تو را گر کار بندیکه بیگریه زمانی خوش بخندی
Bir şey öyrədərəm, dinləsən əgər,Könlün heç ağlamaz, hər zaman gülər.
چو خندان گردی از فرخندهفالیبخندان تنگدستی را به مالی
Xoşbəxtlikdən üzün gülən zaman, birYoxsula şey verib, onu sevindir.
نبینی آفتاب آسمان را؟کز آن خندد که خنداند جهان را
Günəş qızıl kimi yerə tökülür,Dünyanı güldürür, özü də gülür".
Kitabxana.az · https://kitabxana.az/works/nizami-xosrov-ve-sirin-13
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Günəş elə ki, enib əlinə qalxan aldı,Yer də mavi səmayə öz kölgəsini saldı.
Sirlər xəzinəsi, fəsil 16Tərbiyə verənimsə ədəb nurini saçdı,Mənə doqquz fələkin düyünlərini açdı.
Sirlər xəzinəsi, fəsil 17Bir tərəfə atınca gülək öz niqabını,Xacəsə işə saldı eşqinin rübabını.
Sirlər xəzinəsi, fəsil 18Bir dəfə öz tayının dalınca gəzdirib gözİki-üç munisilə danışdı iki-üç söz,
Başqa şairlərin şeirləri
وز چشم تو پای دل فرو رفت به گل
Ey fələk, netdim həmişə gözləyib azanmıEy fələk, netdim həmişə gözləyib azanmı,Dil evin ğarət qılıb pozdun rüxi-bazanmı.
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
BismillahQaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah