Xosrov və Şirin, fəsil 45
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
چنین در دفتر آورد آن سخنسنجکه برد از اوستادی در سخن رنج
که چون شیرین ز خسرو باز پس مانددلش دربند و جانش در هوس ماند
ز بادام تَر، آب گل برانگیختگلابی بر گُلِ بادام میریخت
بسان گوسپند کشته بر جایفروافتاد و میزد دست بر پای
تن از بیطاقتی پرداخته زوردل از تنگی شده چون دیدهٔ مور
هوا بر باد داده خرمنش راگرفته خون دیده دامنش را
چو زلف خویش بیآرام گشتهچو مرغی پایبند دام گشته
شده ز اندیشهٔ هجران یارشز بحر دیده پر گوهر کنارش
گَهی از پای میافتاد چون مستگَه از بیداد میزد دست بر دست
دلش حُراقه آتشزنی داشتبدان آتش سر دودافکنی داشت
مگر دودش رود زان سو که دل بودکه افتد بر سر پوشیدهها دود
گشاده رشتهٔ گوهر ز دیدهمژه چون رشته در گوهر کشیده
ز خواب ایمن هوسهای دماغشز بیخوابی شده چشم و چراغش
دهن خشک و لب از گفتار بستهز دیده بر سر گوهر نشسته
سهی سَروش چو برگ بید لرزانشده زو نافه کاسد، نیفه ارزان
زمانی بر زمین غلطید غمناکز مشگین جعد مشگ افشاند بر خاک
چو نسرین بر گشاده ناخنی چندبه نسرین برگ گل از لاله میکند
گَهی بر شکر از بادام زد آبگَهی خایید فندق را به عناب
گَهی چون گوی هر سو میدویدیگَهی بر جای چون چوگان خمیدی
نمک در دیده بیخواب میکردز نرگس لاله را سیرآب میکرد
درختی بر شده چون گنبد نورگدازان گشت چون در آب کافور
بهاری تازه چون رخشنده مهتابز هم بگسست چون بر خاک سیمآب
شبیخون غم آمد بر ره دلشکست افتاد بر لشگرگه دل
کمینسازان محنت بر نشستندیزکداران طاقت را شکستند
ز بنگاه جگر تا قلب سینهبه غارت شد خزینه بر خزینه
به صد جهد از میان سلطان جان رستولیک آن گه که خدمت را میان بست
گَهی دل را به نفرین یاد کردیز دل چون بیدلان فریاد کردی
گَهی با بخت گفتی کاِی ستمکارنکردی تا تویی زین زشتتر کار
مرادی را که دل بر وی نهادیبه دست آوردی و از دست دادی
فرو شد ناگهان پایت به گنجیز دست افشاندیش بیپایرنجی
بهاری را که در بر وی گشادیربودی گل به دل خارش نهادی
چراغی کز جهانش برگزیدیتو را دادند و بادش دردمیدی
به آب زندگانی دست کردینهان شد لاجرم کز وی نخوردی
ز مطبخ بهره جز آتش نبودتوز آن آتش نشاط خوش نبودت
از آن آتش برآمد دودت اکنونپشیمانی ندارد سودت اکنون
گَهی فرخ سروش آسمانیدلش دادی که یابی کامرانی
گَهی دیو هوس میبردش از راهکه میبایست رفتن بر پی شاه
چو بسیاری درین محنت به سر بردهم آخر زان میان کشتی به در برد
به صد زاری ز خاک راه برخاستز بس خواری شده با خاک ره راست
به درگاه مهینبانو گذر کردز کار شاه بانو را خبر کرد
دل بانو موافق شد درین کارنصیحت کرد و پندش داد بسیار
که صابر شو درین غم روزکی چندنماند هیچ کس جاوید در بند
نباید تیزدولت بود چون گلکه آب تیزرو زود افکند پل
چو گوی افتان و خیزان به بود کارکه هر کس که اوفتد خیزد دگر بار
نروید هیچ تخمی تا نگنددنه کاری برگشاید تا نبندد
مراد آن به که دیر آید فرادستکه هر کس زودخور شد زود شد مست
نباید راهرو کو زود راندکه هر کو زود راند زود ماند
خری کو شست من برگیرد آسانز شست و پنج من نبود هراسان
نبینی ابر کو تندی نمایدبگرید سخت و آن گَه برگشاید
بباید ساختن با سختی اکنونکه داند کار فردا چون بود چون
بسی در کار خسرو رنج دیدیبسی خواری و دشواری کشیدی
اگر سودی نخوردی زو زیان نیستبود ناخورده یخنی باک از آن نیست
کنون وقت شکیبایی است، مَشتابکه بر بالا به دشواری رود آب
چو وقت آید که آب آید فرازیرنماند دولتت در کارها دیر
بد از نیک آن گَهی آید پدیدتکه قفل از کار بگشاید کلیدت
بسا دیبا که یابی سرخ و زردشکبود و ازرق آید در نوردش
بسا درجا که بینی گَردفَرسایبود یاقوت یا پیروزه را جای
چو بانو زین سخن لَختی فرو گفتبت بیصبر شد با صابری جفت
وزین در نیز شاپور خردمندبه کار آورد با او نکتهای چند
دلش را در صبوری بند کردندبه یاد خسروش خرسند کردند
شکیبا شد در این غم روزگارینه در تن دل نه در دولت قراری
Söz ustadlığında o zəhmət çəkənDəftərində belə yazıb eşqdən:
Xosrovdan aralı düşəndə ŞirinDərdi sonsuz oldu, həsrəti dərin.
Badam gözlərindən gül suyu axdı,Badam çiçəyinə gülab buraxdı.
Başı kəsilmiş bir qoyuntək yerdəƏl-ayaq çalırdı dözməyib dərdə.
Canında taqətin alovu söndü,Ürəyi qarışqa gözünə döndü.
Yuyub ətəyini göz yaşı ilə,Sevgi xırmanını vermişdi yelə.
Gah sərxoşlar kimi gedirdi yolu,Gah heyran qalırdı gözləri dolu.
Gözündən aramsız inci süzürdü,Kirpiyi incini sapa düzürdü.
Beyninin arzusu yuxudan uzaq,Yuxusuz gözü də olmuşdu çıraq.
Söyüdtək əsirdi o sərvqamətƏnbəri solduran o nazlı afət.
Qəmlənib bir zaman yıxıldı yerə,Saçları bürüdü yeri ənbərə.
O nəsrin dırnaqlı tez əl apardı,Nəsrinlə lalədən yarpaq qopardı,
Gah badamdan qəndə su çiləyirdi,Gah fındığı innabla dişləyirdi...
Top kimi qaçırdı hər yana bəzən,Bəzən də çövkantək donurdu birdən.
Nur sütunu kimi bir ağac bitdi,Suda kafur kimi əridi getdi.
Yuxusuz gözünə səpirdi duzu,Nərgizdən laləyə axıdırdı su.
Parlaq mehtab kimi bir təzə bahar,Dağılmış civətək qırıldı zinhar!
Könül yollarında qəm şəbxun etdi,Qəlb ordugahına şikəstlik yetdi.
Pusqudan çıxaraq atlandı möhnət,Hədsiz itki verdi döyüşdə taqət.
Ciyərdəki dövlət, qəlbdəki sərvətXəzinə-xəzinə edildi qarət.
Xidmətə başını əydiyi zamanCan sultanı çıxa bildi aradan.
Bəzən ürəyinə qarğış edirdi,Bəzən ürəyindən dada gedirdi.
"Ey zalım! - deyirdi bəxtinə bəzən, -Bir kərə yaxşı iş sən görməmisən.
Qəlbinin istəyi gəlmişdi, neçinBuraxdın əlindən onu, itirdin?
Birdən ayağını basdın xəznəyə,Əldən verdin onu nahaqdan, niyə?
Verilmişdi sənə sevdiyin çıraq,Aldın o çırağı söndürdün ancaq.
Dirilik suyunu gətirdin ələ,Gizləndi, bir udum içmədin belə.
Mətbəxdən od oldu sənə pay ancaq,O oddan olmadı bircə günün ağ.
O od səbəbinə indi yanırsan,Nə faydası indi olsan da peşman!"
Göylərin uğurlu mələyi hərdən,Deyirdi: "Qəm yemə, vəslə yetərsən!"
Bəzən həvəs ona edirdi təlqinKi, durmadan şahın dalınca getsin.
Bir xeyli incitdi onu bu möhnət,İşinin yolunu tapdı, nəhayət.
Zarıya-zarıya qalxdı ayağa,Xar olub düşmüşdü çünki torpağa.
Banunun yanına eylədi güzər.Xosrovdan Banuya yetirdi xəbər.
Banunun qəlbində oynadı riqqət,Verdi Şirinə çox öyüd-nəsihət.
Dedi: "Bir neçə gün səbr elə, çalış!Heç kəs həmişəlik darda qalmamış.
Gül kimi tez açıb görünmə aşkar,İti axan sular tez körpü yıxar.
Top kimi yıxılıb qalxsan yaxşıdır,Hər yıxılan bir gün qalxacaq axır.
Toxum çürüməsə bitməz heç zaman,Bir iş bağlanmasa, açılmaz, inan!
Arzu gec doğrulsa xoşdur, ey nigar!Tez-tez içən adam tez sərxoş olar.
Şimşəklər çıxardan bulud, görürsən,Bərk ağlayıb, sonra açılır birdən.
Tələsik yol getmək bir fayda verməz,Yorular tələsik yol getsə hər kəs.
Altmış batman yükü götürən eşşəkAltmış beş batmandan çəkinməz, bişəkk.
Bugünkü sərtliyə dözəsən gərək,Kim bilir ki, sabah nə göstərəcək!
Xosrovun yolunda çəkmisən əzab,Bir çox çətinliyə gətirmisən tab.
Ziyanın yox, fayda almasan da sən,Dadmayıb ki, hələ sənin Yəxnindən.
Su daim aşağı axıb tökülər,Çox çəkməz səadət üzünə gülər.
Səbr etmək vaxtıdır, tələsmə barıSular çətin axar üzü yuxarı."
Banu bu sözlərlə onu ovutdu,Şirin də səbr edib qəmi unutdu.
Hünərli Şapur da girdi araya,Təsəlli verdilər birlikdə aya.
Çox söz danışdılar, öyüd verdilər,Xosrovun adıyla sevindirdilər.
Səbr etdi bir qədər o kədərli qız,Əhvalı pərişan, qəlbi qərarsız.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-xosrov-ve-sirin-45
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Fərhad ki, Şirinə ürək bağladı.Könlünü məhəbbət odu dağladı.
Xosrov və Şirin, fəsil 55Sarayın əhlindən, mərhəm bir nəfərŞaha əhvalatı tez verdi xəbər.
Xosrov və Şirin, fəsil 56Şah dinlədi bir-bir hər danışanı,Əmr etdi: "Gətirin o dağ çapanı!"
Xosrov və Şirin, fəsil 57Xosrov əvvəl sordu: "Hardansan, cavan?"Fərhad cavab verdi: "Dost diyarından."
Başqa şairlərin şeirləri
Yar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
Yol üstündə duran gözəlYol üstündə duran gözəl,Söylə görüm, haralısan?
Könül, cahanda qəmi-hicri-yarə səbr eyləKönül, cahanda qəmi-hicri-yarə səbr eylə,Nə qədr vursa sənə yar yarə, səbr eylə.
MəsləhətMəşədi Sijimquluya cavab**Sijimqulu, eyləmisən məsləhət,