Xosrov və Şirin, fəsil 54
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
چو دل در مهر شیرین بست فرهادبرآورد از وجودش عشق فریاد
به سختی میگذشتش روزگارینمیآمد ز دستش هیچ کاری
نه صبر آن که دارد برگ دورینه برگ آن که سازد با صبوری
فرورفته دلش را پای در گلز دست دل نهاده دست بر دل
زبان از کار و کار از آب رفتهز تن نیرو ز دیده خواب رفته
چو دیو از زحمت مردم گریزانفتان خیزانتر از بیمار خیزان
گرفته کوه و دشت از بیقراریوزو در کوه و دشت افتاده زاری
سهی سروَش چو شاخ گل خمیدهچو گل صد جای پیراهن دریده
ز گریه بلبله وز ناله بلبلگره بر دل زده چون غنچهٔ گل
غمش را در جهان غمخوارهای نهز یارش هیچگونه چارهای نه
دوتا زان شد که از ره خار میکندچو خار از پای خود مسمار میکند
نه از خارش غم دامن دریدننه از تیغش هراس سر بریدن
ز دوری گشته سودایی به یک بارشده دور از شکیبایی به یک بار
ز خون هر ساعت افشاندی نثاریپدید آوردی از رخ لالهزاری
ز ناله بر هوا چون کله بستیفلکها را طَبَق در هم شکستی
چو طفلی تشنه کآبش باید از جامنداند آب را و دایه را نام
ز گرمی برده عشقْ آرام او رابه جوش آورده هفت اندام او را
رسیده آتش دل در دماغشز گرمی سوخته همچون چراغش
ز مجروحی دلش صد جای سوراخروانش بر هلاک خویش گستاخ
بلا و رنج را آماج گشتهبلا ز اندازه، رنج از حد گذشته
چنان از عشق شیرین تلخ بگریستکه شد آواز گریهش بیست در بیست
دلش رفته قرار و بخت مردهپی دل میدوید آن رختبرده
چنان درمیرمید از دوست و دشمنکه جادو از سپند و دیو از آهن
غمش دامن گرفته و او به غم شادچو گنجی کز خرابی گردد آباد
ز غم ترسان به هشیاری و مستیچو مار از سنگ و گرگ از چوبدستی
دلش نالان و چشمش زار و گریانجگر از آتش غم گشته بریان
علاج درد بیدرمان ندانستغم خود را سر و سامان ندانست
فرومانده چنین تنها و رنجورز یاران منقطع وز دوستان دور
گرفته عشق شیرینش در آغوششده پیوند فرهادش فراموش
نه رخصت کز غمش جامی فرستدنه کس محرم که پیغامی فرستد
گر از درگاه او گَردی رسیدیبه جای سرمه در چشمش کشیدی
و گر در راه او دیدی گیاییببوسیدی و برخواندی ثنایی
به صد تلخی رخ از مردم نهفتیسخن شیرین جز از شیرین نگفتی
چنان پنداشت آن دلدادهٔ مستکه سوزد هر که را چون او دلی هست
کسی کش آتشی در دل فروزدجهان یکسر چنان داند که سوزد
چو بردی نام آن معشوق چالاکزدی بر یاد او صد بوسه بر خاک
چو سوی قصر او نظاره کردیبه جای جامه، جان را پاره کردی
چو وحشیتوسن از هر سو شتابانگرفته انس با وحش بیابان
ز معروفان این دام زبونگیربر او گرد آمده یک دشت نخجیر
یکی بالین گَهش رفتی یکی جاییکی دامنش بوسیدی، یکی پای
گَهی با آهوان خلوت گزیدیگَهی در موکب گوران دویدی
گَهی اشک گوزنان دانه کردیگَهی دنبال شیران شانه کردی
به روزش آهوان دمساز بودندگوزنانش به شب همراز بودند
نمودی روز و شب چون چرخ نآوردنخوردی و نیآشامیدی از درد
بِدآن هنجار که اول راه رفتیاگر ره یافتی یک ماه رفتی
اگر بودیش صد دیوار در پیشندیدی تا نکردی روی او ریش
و گر تیری به چشمش درنشستیز مدهوشی مژه بر هم نبستی
و گر پیش آمدی چاهیش در راهز بیپرهیزی افتادی در آن چاه
دل از جان برگرفته وز جهان سیربلا همراه در بالا و در زیر
شبی و صد دریغ و ناله تا روزدلی و صد هزاران حسرت و سوز
ره اَر در کوی و گر در کاخ کردینفیرش سنگ را سوراخ کردی
نشاطی کز غم یارش جدا کردبه صد قهر آن نشاط از دل رها کرد
غمی کآن با دلش دمساز میشددو اسبه پیش آن غم باز میشد
اَدیم رخ به خون دیده میشستسهیل خویش را در دیده میجست
نخفت ار چند خوابش میببایستکه در بر دوستان بستن نشایست
دل از رخت خودی بیگانه بودشکه رخت دیگری در خانه بودش
از آن بد نقش او شوریدهپیوستکه نقش دیگری بر خویشتن بست
نیآسود از دویدن صبح تا شاممگر کز خویشتن بیرون نهد گام
ز تن میخواست تا دوری گزیندمگر با دوست در یک تن نشیند
نبود آگه که مرغش در قفس نیستبه میدان شد ملک در خانه کس نیست
چنان با اختیار یار درساختکه از خود یار خود را بازنشناخت
اگر در نور و گر در نار دیدینشان هجر و وصل یار دیدی
ز هر نقشی که او را آمدی پیشبه نیک اختر زدی فال دل خویش
کسی در عشق فال بد نگیردو گر گیرد برای خود نگیرد
هر آن نقشی که آید زشت یا خوبکند بر کام خویش آن نقش منسوب
به هر هفته شدی مهمان آن حوربه دیداری قناعت کردی از دور
دگر ره راه صحرا برگرفتیغم آن دلسِتان از سر گرفتی
شبانگاه آمدی مانند نخجیروز آن حوضه بخوردی شربتی شیر
جز آن شیر از جهان خوردی نبودشبرون زآن حوض ناوردی نبودش
به شب زآن حوضپایه هیچ نگذشتهمه شب گرد پای حوض میگشت
در آفاق این سخن شد داستانیفتاد این داستان در هر زبانی
Fərhad ki, Şirinə ürək bağladı.Könlünü məhəbbət odu dağladı.
Çox çətin keçirdi onun ruzgarı.Qalmamışdı əldə heç ixtiyarı.
Nə taqəti vardı hicran dəminə,Nə dözə bilirdi eşqin qəminə.
Qəlbinin telləri hey sızlayırdı.Sanki ürəyində ney sızlayırdı.
İşində rövnəq yox, bitmişdi sözü,Taqətsiz - bədəni yuxusuz - gözü..
Divtək insanlardan qaçaq gəzirdi.Xəstə adam kimi naçaq gəzirdi.
Üz tutdu çöllərə, qaçdı dağlara,Gəlmişdi əlindən dağlar da zara.
Bir gül budağıtək boynu qırıqdı,Köynəyi gül kimi cırıq-cırıqdı.
Nalədən dönmüşdü şeyda bülbülə,Qəlbindəki düyün bir qönçə gülə.
Nə vardı qəminə dünyada qəmxar,Nə dərdinə vardı yaxın havadar.
Tikan yığmaq üçün o ikiqatdı,Ayaqdan tikantək mıxlar çıxartdı.
Onu qorxutmurdu nə tikan, nə daş.Nə də qılıncından qaçırırdı baş.
Ağlını əlindən almışdı hicran,Uzaqdı səbr edib, rahat olmaqdan.
Laləzar etmişdi üzünü qan-yaş,Qanlı göz yaşından verirdi şabaş.
Kəsilmirdi bir an onun naləsi,Göyü titrədirdi yanıqlı səsi.
Bütün aramını sevgi almışdı,Bütün varlığını oda salmışdı.
Nə su, nə dayənin adını bilənSusuz körpə kimi edirdi şivən.
Qəlbinin odunda beyni yanırdı,Bir gur çıraq kimi alovlanırdı.
Yüz yerdən almışdı qəlbi yaranı,Ölümün ardınca gəzirdi canı.
Bəlaya, möhnətə olmuşdu nişan,Saysız işgəncədən könlü pərişan.
İlan daşdan qorxar, qurd dəyənəkdən,O qəmdən qorxurdu huşa gəlirkən.
Div dəmirdən qorxar, cadu südabdan,Fərhada qorxuncdu həm dost, həm düşman.
Gözləri yaşlıydı, ürəyi nalan,Ciyəri yanmışdı kədər odundan.
Hər gecə sübhədək qalırdı oyaq,Dilində min nalə, ürəyində dağ.
Ürək getmiş əldən, könül qərarsız,Qəlbinin ardınca gedirdi yalnız.
Şirinin eşqindən elə ağladı,Səsi ağac-ağac axdı, çağladı.
Qəm ona munisdi, o da qəmlə şad,Bir xərabədəki xəznətək abad.
Əlacsız dərdinin dərmanı yoxdu,Bu qəmlər içində həyanı yoxdu.
Belə xəstəlikdə yalnız qalaraq,Tanışdan, yoldaşdan düşmüşdü uzaq.
Elə bürümüşdü eşq onu, heyhat,Unutmuşdu tamam özünü Fərhad.
Nə verə bilirdi qəmindən xəbər,Nə də sifarişçün vardı bir nəfər.
Şirin kandarından toz gəlsə, bişəkk,Gözünə çəkərdi onu sürmətək.
Şirinin yolunda görsə bir tikan,Öpərək bağrına basardı haman.
Hər dəfə dilinə gələndə o ad,Torpağı yüz dəfə öpərdi Fərhad.
Gendən baxan zaman qəsri-ŞirinəCanını didərdi paltar yerinə.
Vəhşi atlar kimi çöldə qaçaraq,Vəhşilərlə munis olmuşdu ancaq.
Dünyanın toruna düşən heyvanlarOnun dörd yanında qurmuşdu hasar.
Yerini süpürüb təmizlərdilər,Ayağını öpüb əzizlərdilər.
Bəzən ceyranlarla edərdi xəlvət,Bəzən marallarla bağlardı ülfət.
Gah silər maralın saf göz yaşını.Gah da sığallardı şirin başını.
Gündüz ceyranlara mehriban yoldaş,Gecə marallarla bir yaxın sirdaş.
Çərxtək gecə-gündüz hey fırlanardı,Ac-susuz qalaraq qəmdən yanardı.
Baş alıb o yola çıxdığı zaman,Bir ay yol gedirdi bir an durmadan.
Qabağına əgər çıxsa yüz divar,Başı dəyməyincə görməzdi nə var.
Bir ox şığısaydı gözünə sarı,Yenə yumulmazdı göz qapaqları.
Yolda qabağına çıxsaydı quyu,Yıxılar, görməzdi qarşıda suyu.
Hansı kef ayırsa yarın qəmindən,Qəlbindən o kefi atardı həmən.
Ürəyinə dolmuş o sonsuz qəmiDörd gözlə gəzərdi olsun həmdəmi.
Göz yaşıyla yuyub daim üzünü,Gözündə gəzirdi öz ulduzunu.
Yatmaq istəyəndə yatmazdı yenəKi, bağlanar qapı dostun üzünə.
Könlündə qalmamış özündən nişan,Çünki salmış orda başqası məkan.
Özgənin nəqşini tuturdu müdam,Odur ki, öz nəqşi dönmüşdü tamam.
Özlüyündən çıxıb zavallı, bədbəxtSəhər-axşam qaçar, olmazdı rahət.
Dostla bir bədəndə tutmaqçün qərarİstərdi tənindən tez olsun kənar.
Bilmirdi quş uçmuş, boşalmış qəfəs.Can canana yetmiş, evdə yox bir kəs.
O şirin xəyala bağlıydı hər an,Ayıra bilmirdi özünü ondan.
Nur görsə, od görsə o pərişanhalYa hicran bilərdi, ya bir xoş vüsal.
Kimsə məhəbbətdən pislik gözləməz,Görsə də özünə götürməz heç kəs.
Nə çıxsa qarşıya ona inanar,"Olaram, - deyirdi, - bir gün bəxtiyar."
Yaxşı, ya pis olsa hər bir hadisə,Ona ümid bağlar, gələr həvəsə.
Hər vaxt ki, o nura gələrdi qonaqQənaət edərdi gendən baxaraq.
Yenə üz tutardı çöllərə sarı,Ağlardı təzədən anaraq yarı.
Hürkək ceyran kimi gələrdi axşam,Bir az süd içərdi, olardı aram.
Bir yeməyi yoxdu o süddən qeyri,O hovuz başıydı gəzinti yeri.
Hovuzun yanında qalıb gecələr,Gəzərdi ətrafı səhərə qədər.
Bu söz dastan oldu, dillərə düşdü,Dastanın söhbəti ellərə düşdü.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-xosrov-ve-sirin-54
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
O gülgün şərabdan, saqi, ver nişan,Ver mənə sərxoşlar içən dərmandan.
Şərəfnamə, fəsil 7Ey saqi, yuxumu başımdan uçur,Aşiqəm, camı saf mey ilə doldur.
Şərəfnamə, fəsil 8Ey saqi, amandır, ver gülgün şərab,Eylə mən sərxoşu o meylə xərab!
Şərəfnamə, fəsil 9Yaquta bənzəyən suyu, saqi, dur,Bu yaqut yağdıran qədəhə doldur.
Başqa şairlərin şeirləri
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
لبت تا در شکفتن لاله سیراب را مانددلم در بیقراری چشمه مهتاب را ماند
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Dilim yansın əgər dildən deyənı gəl tərki-naz eyləDilim yansın əgər dildən deyəm gəl tərki-naz eylə,Vəli, dildə təhəmmül qalmayıb, bir qədri az eylə!