Şərəfnamə, fəsil 8
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
بیا ساقی آن ارغوانی شراببه من ده که تا مست گردم خراب
مگر زان خرابی نوایی زنمخراباتیان را صلایی زنم
مرا خضر تعلیمگر بود دوشبه رازی که نامد پذیرای گوش
که ای جامگیخوار تدبیر منز جامِ سخن چاشنیگیرِ من
چو سوسن سر از بندگی تافتهنم از چشمهٔ زندگی یافته
شنیدم که در نامهٔ خسروانسخن راند خواهی چو آب روان
مشو ناپسندیده را پیشبازکه در پردهٔ کژ نسازند ساز
پسندیدگی کن که باشی عزیزپسندیدگانت پسندیده نیز
فرو بردن اژدها بیدرنگبیَنباشتن در دهان نهنگ
از آن خوشتر آید جهاندیده راکه بیند همی ناپسندیده را
مگوی آنچه دانای پیشینه گفتکه در دُر نشاید دو سوراخ سفت
مگر در گذرهای اندیشهگیرکه از باز گفتن بود ناگزیر
درین پیشه چون پیشوای نویکهن پیشگان را مکن پیروی
چو نیروی بکر آزماییت هستبه هر بیوه خود را میالای دست
مخور غم به صیدی که ناکردهایکه یخنی بود هر چه ناخوردهای
به دشواری آید گهر سوی سنگز سنگش تو آسان کی آری به چنگ؟
همه چیز ار بنگری لخت لختبه سختی برون آید از جای سخت
گهر جُست نتوان به آسودگیبوَد نقره محتاج پالودگی
کسی کاو بَرَد بر تر و خشک رنجز ماهی درم یابد از گاو گنج
خُم نقره خواهی و زرینه تشتز خاک عراقت نباید گذشت
ز ری تا دهستان و خوارزم و جَندنوندی نبینی به جز لور کند
بخاری و خزری و گیلی و کردبه نانپاره هر چار هستند خرد
نخیزد ز مازندران جز دو چیزیکی دیو مردم یکی دیو نیز
نروید گیاهی ز مازندرانکه صد نوک زوبین نبینی در آن
عراقِ دلافروز باد ارجمندکه آوازهٔ فضل ازو شد بلند
از آن گل که او تازه دارد نفسعرقریزهای در عراق است و بس
تو نیز آن به ای پیک علوینژادکه گِرد جهان بر نگردی چو باد
به گوهرکنی تیشه را تیز کنعروس سخن را شکرریز کن
تو گوهر کن از کانِ اسکندریسکندر خود آید به گوهر خری
جهانداری آید خریدار توبه زودی شود بر فلک کار تو
خریدار چون بر دُر آرد بهانشاید ره بیع کردن رها
چو دریا خَرَد گوهر از کان تنگدهد کشتی دُر به یک پارهسنگ
ز دریای او گنج گوهر مپوشدُری میسِتان گوهری میفروش
میانجی چنان کن برای صوابکه هم سیخ برجا بود هم کباب
چو دلداری خضرم آمد به گوشدماغ مرا تازه گردید هوش
پذیرا سخن بود شد جایگیرسخن کز دل آید بود دلپذیر
چو در من گرفت آن نصیحت گریزبان برگشادم به دُر دری
نهادم ز هر شیوه هنگامهایمگر در سخن نو کنم نامهای
در آن حیرتآباد بییاورانزدم قرعه بر نام نامآوران
هر آیینه کز خاطرش تافتمخیال سکندر درو یافتم
مبین سرسری سوی آن شهریارکه هم تیغزن بود و هم تاجدار
گروهیش خوانند صاحب سریرولایت سِتان بلکه آفاقگیر
گروهی ز دیوان دستور اوبه حکمت نبشتند منشور او
گروهی ز پاکی و دینپروریپذیرا شدندش به پیغمبری
من از هر سه دانه که دانا فشانددرختی برومند خواهم نشاند
نخستین در پادشایی زنمدم از کار کشورگشایی زنم
ز حکمت برآرایم آنگه سخنکنم تازه با رنجهای کهن
به پیغمبری کوبم آنگه درشکه خواند خدا نیز پیغمبرش
سه دُر ساختم هر دُری کانِ گنججداگانه بر هر دری برده رنج
بدان هر سه دریا بدان هر سه دُرکنم دامن عالم از گنج پر
طرازی نوانگیزم اندر جهانکه خواهد ز هر کشوری نورهان
دریغ آیدم کاین نگارین نوردبود در سفینه گرفتار گرد
در دولتی کو؟ کزین دستکاربه دیوار او بر نشانم نگار
پرندی چنین زندهدارش کنمز گرد زمین رستگارش کنم
بدین نامه نامور دیر بازبمانم بر او نام او را دراز
نشستنگهی سازمش زین سریرکه باشد برو جاودان جایگیر
به حرفی مسجل کنم نام اوکه ماند درین جنبش آرام او
نه حرفی که عالم ز یادش بَرَدنه باران بشوید نه بادش برد
به شرطی که چون من در این دستگاهرسانم سرش را به خورشید و ماه
مرا نیز ازو پایگاهی رسدبه اندازهٔ سر کلاهی رسد
ز خورشید روشن توان جست نورکه شد راه سایه ازین کار دور
غلیواژ را با کبوتر چهکار؟به باز مَلِک در خور است این شکار
نظامی که نظم دری کار اوستدری نظم کردن سزاوار اوست
چنان گوید این نامهٔ نغز راکه روشن کند خواندنش مغز را
دل دوستان را بدو نور بادوزو دیدهٔ دشمنان دور باد
نواگر نوای چکاوک بوَدچو دشمن زند، تیز ناوک بود
در آن دایره کاین سخن راندهامدرونپرور خویش را خواندهام
که این نامه را نغز و نامی کندگرامی کُنَش را گرامی کند
چنان برگشاید پر و بال اوکه نیکاختری خیزد از فال او
نشاط اندر آرد به خوانندگانمفرّح رساند به دانندگان
فسردهدلان را درآرد به کارغمآلودگان را شود غمگسار
نوازش کند سینهٔ خسته راگشایش دهد کار در بسته را
گرش ناتوانی تمنا کندخدایش به خواندن توانا کند
وگر ناامیدیش گیرد به دستبه دست آورَد هر امیدی که هست
هر آنچ از خدا خواستم زین قیاسخدا داد و بر داده کردم سپاس
همایونتر آن شد که این بزمگاههمایون بود خاصه در بزم شاه
Ey saqi, amandır, ver gülgün şərab,Eylə mən sərxoşu o meylə xərab!
O xərabəlikdə qoparım fəğan,Xərabat əhlini səsləyim burdan.
Cismani qulaqla duya bilməyənBir sirri mənə Xızr öyrətdi dünən.
Ey tədbirlərimə xas bəndə olan,Söz qədəhlərimdən dadımlıq alan.
Süsəntək bəndəlik işini atan,Dirilik suyundan rütubət tutan.
Eşitdim şahları nəzmə çəkərəkSözlər yaradırsan axıcı sutək.
Dəyərsiz sözlərdən uzaq ol bir az,Əyri pərdələrdə çalğı çalınmaz.
Ən incə sözlər tap, olasan dilbər,Görüncə bəyənsin söz bəyənənlər.
Şübhəsiz, xoşdur hər sınaqlı şəxsə;Ən çirkin bir üzü görməkdən isə
Əjdəhalar hücum etsinlər ona,Ya müdhiş bir nəhəng çəksin kamına.
Keçmişlər deyəni eləmə təkrar,İnciyə, bax, iki dəlik açmazlar.
Ancaq sözü sözə bağlamaq üçünBəzən, nə eybi var, təkrar da mümkün.
Ən yeni ustasan sən bu sənətdə,Köhnələr izində getmə, əlbəttə.
Səndə ki bakir söz xəzinəsi var,Dul sözə əl atmaq nəyinə yarar?
Darılma: “Bu ovu vurmadım” - deyə,Vaxtında ona da tək sənsən yiyə.
Asan yaradılmaz daşda cəvahir,Onu daşdan almaq asan deyildir.
Hər şey parça-parça olunca belə,Bərk yerdən çıxar çox çətinlik ilə.
Cəvahir asudə tapılmaz, bişəkk,Hər gümüş butada saflansın gərək.
Quruda, dənizdə kim çəksə zəhmət,Balıqdan dürr alar, öküzdən sərvət.
Gümüş küp, ya qızıl bir teşt istəsən,İraq torpağından uzaq getmə sən.
Reydən Cənd, Dehistan, Xarəzmə qədərYoxdur sel izindən başqa bir əsər.
Buxaralı, gilək, kürd və xəzərli?Bir parça çörəyi tutmuş dördəlli.
Başqa ot göyərməz Mazandaranda,Tikanlı qanqallar göyərir onda.
Tək iki şey çıxar Mazandarandan:Biri div, o biri divqılıq insan.
Yaşasın qəlb açan sevimli İraq,Ondan şeirin səsi ucalmış, ancaq.
Ətirli çiçəklər atınca hicab,O güldən İraqda çəkilir gülab.
Ey sənət qasidi, məsləhət budur,Dünyanı yel kimi dolaşma, otur.
Cavahir yonmağa al kəskin kəsər,Söz gəlinlərinə saç noğul, şəkər.
Gövhər qaz İskəndər mədənlərindən,Gövhəri İskəndər alacaq səndən.
Gövhərə müştəri çıxar cahandar,Dünyada tezliklə diləyin parlar.
Qapına qiymətlə gəlsə müştəri,Buraxma, sat ona, qaytarma geri.
Dənizlər soltanı alsa bir gövhər,Hər daşa bir gəmi cavahir verər.
Xəzinə gizlətmə belə dənizdən,Ondan dürr alaraq cəvahir ver sən.
Ol doğru miyançı, düzəlsin hər iş,Ortada nə kabab yansın, nə də şiş”.
Xızrın sözlərini eşitdikcə mən,Beynimdə bir xəyal doğdu yenidən.
Qəlbimdə yer tutdu, qəbuldur - deyə,Ürəkdən doğan söz yatar ürəyə.
Mənə bu saf öyüd əsər edincə,İnciyə dil açdım incədən incə.
Yaratmaq fikriylə yeni “Şahnamə”,Açdım hər şivədən böyük həngamə.
O heyrət verici əfsanələrdənŞahların adına qitə çəkirkən
Zehnimdə hər güzgü parlatdımsa mənİskəndər xəyalı keçdi önümdən.
Boş baxma sən buna, uca şəhriyarHəm qılınc vurandır, həm də tacidar.
Xalq ona taxt-tac sahibi deyir,Ölkələr fəth edən böyük cahangir.
Vəziri həkim bir şəxs olduğundan,Ona da hikmətdən yazıldı fərman.
Baxanlar görüncə onu dinpərvər,Ona da peyğəmbər adı verdilər.
Bilənlər əkdiyi üç toxumdan mən,Bir ağac əkərəm həm uca, həm şən.
Öncə söz açaram padşahlığından,Cahangirliyini edərəm elan.
Hikmətlə bəzəkli söz yazaram mən,Köhnə tarixləri tazalaram mən.
Döyərəm qapını peyğəmbərliyə,Tanrı da bəyənmiş “peyğəmbər” - deyə.
Üç qapı tikdim, üç xəzinə demək,Çəkdim hər qapıda ayrıca əmək.
Üç qapı, ya bu üç inciylə yenəTökərəm dünyaya ağır xəzinə.
Vuraram elə rəng, elə bir zivər,Bütün ölkələrdən işığı gələr.
Dəftərlər topladım incidən parlaq,Hayıfdır üstünə çöksün toz-torpaq.
Bir dövlət sarayı göstərin, barı,Vurum divarına bu naxışları.
Bu naxışlarımla durduqca dövran,Qurtarın onu bu dünya tozundan.
Şeirimlə yaradım elə bir dastan,Əbədi həyata yaratsın imkan.
Adını naməmlə edərəm uca,Adıyla yaşayım dünya durunca.
Bu taxtdan sazlayım elə oturaq,Onunçun olsun bir əbədi otaq.
Adına bağlayım elə naxışlar,Dövran dövr etdikcə qalsın bərqərar.
Zehnindən silməsin onu bu fələk,Yumasın, pozmasın yağış və külək.
Bu şərtlə dünyada tutunca aram,Başını Günəşə, Aya ucaltsam,
Mənə də qurulsun elə bir dəsgah,Başım ölçüsündə verilsin külah.
İşığı Günəşdən mümkündür almaq,Bu işdən kölgənin yolu çox uzaq.
Qarğaya göyərçin olarmı şikar?Bu ovu padşahın al quşu ovlar.
Nizami işidir incə söz düzmək,İncilər yaratmaq ona yarar tək.
Vurar bu naməyə elə naxışlar,Bu naxış hər qəlbə işıq bağışlar.
Dostların qəlbinə nur damar ondan,Düşmənin gözündən qaçsın hər zaman.
Bülbültək ötsə də düşmənin səsi,Qəlbimi dələn bir oxdur tənəsi.
Mən bu dastanıma vurarkən bəzəkÖz ulu Tanrımdan istədim kömək.
Versin dastanıma əzizlik, şöhrət,Əziz tutanlara göstərim şəfqət.
Açsın bu naməmə elə qol-qanad,O faldan doğsun ən uğurlu həyat.
Ürəkdən sevinsin hər bir oxuyan,Zövq alsın fikrimi dərindən duyan.
Hər qəlbi qırığa yeni can olsun,Hər ağır dərdliyə əltutan olsun.
Hər xəstə ürəyə göstərsin şəfqət,Hər bağlı qapını açsın bu sənət.
Oxumaq istərsə aciz bir nəfər,Haqq olsun ona bu diləkdə rəhbər.
Əlinə alsa hər ümidsiz kimsə,Hər dilək, hər ümid gülsün o şəxsə.
Hər dilək istədim, verdi, çox şükür,Öz uca Tanrıma etdim təşəkkür.
Bu namə mübarək olacaq, bişəkk,Şahın məclisində olsa mübarək.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-serefname-8
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Müğənni, çəngini yenə saz elə,Xoş sözçün səsini xoşavaz elə.
İqbalnamə, fəsil 17Müğənni, o könül açan saz iləMənim də könlümü bir aç, saz elə!
İqbalnamə, fəsil 18Müğənni, çal, oxu, dilə gəlsin saz!Bülbüllər bağlarda sakit dayanmaz.
İqbalnamə, fəsil 19Müğənni, çal yenə qədim havanı,Kömək et, bitirim mən bu dastanı!
Başqa şairlərin şeirləri
Mən dedim: “Rəng!” Yenə rəngi-mükərrər, deyirəm,Rəngidir ərzü səma, bərzəxü məhşər, deyirəm.
Xaricilər“Daşkənd” mehmanxanası...gəlir növbətçi rəis:
Müxəmməs: Eşitdin etdiyini Şahsevən Əhməd xanınEşitdin etdiyini Şahsevən Əhməd xanın,Xahişi-zülmünü ol zalimi-biimanın,
OluramUzaq yoldan gələn yarım,Yoluna qurban oluram,