Olmaz
Hamı xəlq olunub bir qətrə sudan,Hər yetən gədaya xan demək olmaz.Yatıb, qəflətdədi, qalxmaz yuxudan,Nalayiq insana can demək olmaz.
Gün xoş keçsə, ömür başın tacıdı,Taleyim kəc gəldi, baxt qiyqacıdı.Bir tənə söz zəhrimardan acıdı,Qanmayan nadana qan demək olmaz.
Düz çıxar həmişə mərdin ilqarı,Müxənnətin olmaz heç etibarı.Yığar qaynağına şah mardan arı,Çəkməsə nizama, şan demək olmaz.
Əyri olan bilməz yolu, ərkanı,Saxlayar könlündə şəri, böhtanı.Bədəsil tanımaz yaxşı, yamanı,Namərd süfrəsinə nan demək olmaz.
İman yad ellərdə candan usanı,Hərcayı sözlərdən hər dəm utanı.Hər gündə cəsədi bir qədər yanı,Ləlzədə alışıb yan demək olmaz.
Kitabxana.az · https://kitabxana.az/works/novres-iman-demek-olmaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Əlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
هر کجا صبر از دلی آن زلف کافرکیش بردچون تهیدستان مرا فکر محالاندیش برد