Deməsin
Hədyan söz danışan, hədyan eşidər,İnsan olan mana hədyan deməsin.Eybim olsa, qoy söyləsin üzümə,Sonradan dalımca böhtan deməsin.
Əyri sözlə işim yoxdu, yəqin bil,Doğru yola çalışıram müttəsil.Çarxı-gərdiş bəd dolanır ilbəil,Tapılmayır məndə nöqsan, - deməsin.
İman deyər, eşq odunda yanıram,Özümdən böyükdən çox utanıram.İşarədən mətləbini qanıram,Heç kim öz dastuna düşman deməsin.
Kitabxana.az · https://kitabxana.az/works/novres-iman-demesin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qayna! Qayalardan tökül, ey bulaq!
Qayna! Qayalardan tökül, ey bulaq!Atam da, babam da içib suyunu.
Qoymadi rahət olum bir dəm dili-şeyda məniQoymadi rahət olum bir dəm dili-şeyda məni,Eytədi axir fəzayä-eşqdə rüsva məni.
Bala xanımYazdım sənə bu naməni, dilbərim,Oxu məzmununu qan, Bala xanım.
Məşşatə gözünə sürmə çəkəndəMəşşatə gözünə sürmə çəkəndəSanasan, gözümə bıçağı çəkər,