Doyurubsan məni cana Qeysəri,Mərdin namus, qeyrət, arı nədəndi?Nə lazım biz üçün o kirdigara?Qurulan nizamı, karı nədəndi?

Şəmsi-vəzzühadan, zülfü tiladan,Ayeyi-əfnadan, bəhri-bəladan,Xatəmül övradan, rəbbi-əladanBiz üçün qənimət varı nədəndi?

Novrəstə İmanın bu müəmması,Şikəstə könlünün bürci-qalası,İşləyir sərində zənbur nalası,Nə istəyir, ahü zarı nədəndi?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri