Mərd olmaq istəsən, əlini qısma,Daldan deyilənə çox qulaq asma,Yatmış bir ilanın quyruğun basma,Qəfildən qayıdıb çalacaq səni.

Ahıla, qocaya çox hörmət elə,Zəlilə, yetimə inaət elə,Qəribə, mehmana sən xidmət elə,Nə əməl eyləsən, bulacaq səni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri