Bir yaxşı məclisə yaxşı varanda,Yaxşı söhbət eylər, yaxşı danışar.Yamanlar yığılıb, yaman yozmasa,Yaxşılar guş versə, yaxşı danışar.

Hər zaman olasan yaxşı yanında,Yaxşı məclisində, yaxşı yanında.Yaxşı xidmət etsə yaxşı yanında,Yaman da öyrənər, yaxşı danışar.

Novrəs İman deyər, bir halal olsa,Halaldan törəyən bir halal olsa.Bir kəsin nütfəsi bir halal olsa,Musa peyğəmbər tək yaxşı danışar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri