Bürümüşdü dörd yanı onun qolu-budağı,Boy-buxunda ucaydı şəhərin evlərindən.Külək əsdi, kökündən qopdu o səhər çağı,Yanındakı ağaclar nəfəs aldı dərindən.

Adamlar səs eşidib axışdılar o yerə,Düşündülər, görəsən onun dərdi nə imiş.Gördülər ki, baş alıb ucalsa da göylərə,Özü nəhəng olsa da, kökü lap üzdə imiş!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri