Balaca felyeton
Vilson Amerika tərəfindən Türkiyəyə səfir tə’yin edilmişdir.
Türklər əlhəq ki, minnətdardır siz həzrətə
Çəkmisiz zəhmət, yetişmişiz biz azadiyyətə.
Himməti-mərdanədən məşhurdur osmanlılar
Siz verən hürriyyəti almış bütün balkanlılar
Cümləmiz xoşbəxtiz ancaq bir qalıb iranlılar
Az qalıb onlar da çatsın neftdən hürriyyətə
Şərqlilər bəs ki, minnətdardır siz həzrətə
Olmasaydı əmriniz girməzdilər İstanbula
Türklərin yurdunda at çapmazdı yunan sağ-sola
Bağlamazdı milləti antanta qultək qol-qola
Verdin on dörd maddədən hürriyyət hər bir millətə
Şərqlilər bəs ki, minnətdardır siz həzrətə.
Məsələ mə’lum idi bizlərcə Çesterdən sora
Gözlənirdi bir qonaq o şanlı misterdən sora
İmtiyaz aldı beş-altı yağlı qır-qırdan sora
Sən də bir cür inkilissən düşmüsən bu surətə
Şərqlilər xeyli minnətdardır siz həzrətə
Bir zaman bu ölkələr Vilhelmə çövlankah idi
Bir zaman da ingilislər burda bir allah idi
Məmləkət işğal olunmuş hər gələn bir şah idi
İndi heç kəs qalmamışdır sən giribsən xəlvətə
İndi də növbət yetişmişdir siz «ali» həzrətə.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-balaca-felyeton-5
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Afağı ağladırsa da tə’siri-matəmin,Asudə yat, bu mövt ilə sarsılmaz aləmin.
GürcüstanMübarizə tarixində üstün bir ad daşıyan,Üsyan doğan bir məmləkət, inqilabçı Gürcüstan!
BorjomÖzümün əski xatıratımdan,Yeni bir şən səhifə açdım mən.
BaharGünəş sallanaraq qardan öpəndə,Bağlar gül açanda, bülbül güləndə,
Başqa şairlərin şeirləri · Satira
Tövbə... ey mollanümalər, sizə ağ olmağıma,Çox təəssüf edirəm sizdən uzaq olmağıma.
Çox da Rusiyyədə nəşr oldu ədalət, bizə nə?Çox da Rusiyyədə nəşr oldu ədalət, bizə nə?Qoymuruq biz ki, ona zərrəcə qiymət, bızə nə?
“Üxüvvət” məktəbiNə oldu, Şirvan əhli bəs –Mədrəseyi – “Üxüvvət”in?
O kimdir?O kimdir: Dəndəli dəndəlani – Küçələri dolaniAxırda alim olar, amma bilməz Qurani?