Balaca felyeton
Vrankel Parisdə demişdir ki, əski zabitləri toplayıb, Parisə gələcək Şura nümayəndəsinə su’i-qəsd etdirəcəyəm.
Hiyləvü hürmələr, hənkamələr, həp şə’bədələr
Atılıb-düşmələrim vermədi axırda səmər.
Bir səmər vermədi son üç sənəlik aldanışım
Çıxmadı doğrusu dünyada həqiqi tanışım
Aldanıb hürməyə məxsus ikən hər yaz-qışım
Yemədim bir zibil axır əməyim getdi hədər
Atılıb-düşmələrim vermədi bir günə səmər.
Aldanırkən özümü vurmuş idim sadəliyə
Qaçıb hər gündə soxardım başımı bir dəliyə
İndi də hürmədəyəm burda nümayəndəliyə
Qorxuram Qərbdə son hürməyim olsun bu səfər
Atılıb-düşmələrim vermədi bir yaxşı səmər.
O səfarət ki, verərdi mənə dusturüləməl
Onu Şuraya verib bilmirəm hansı əli şəl
Bunu kim işçi nümayəndəsinə qıldı məhəl
Əlli min müftəxora vurdu bir imzası zərər
Atılıb-düşmələrim vermədi bir günə səmər.
Mən də axır yığaram başıma zabitlərimi
Bu damın üstünə quşqurram hürən itlərimi
Soyacaq işçi yəqindir ki, köpəktək dərimi
Heç inanmazdım utanmaz fələkin çərxi dönər
Atılıb-düşmələrim vermədi bir günə səmər.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-balaca-felyeton-7
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dilşadın həbsə alınması xəbəri hər kəsdən artıq Səba xanımı şadlandırdı. Fəxrəddin Dilşadın tərəfindən və Səba xanımın əli ilə yazılmış saxta məktubu neçə gündü ki, almışdı. Məktubda “Səba xanımla görüşüb təfsilatı ondan soruş” yazılması Fəxrəddini heyrətə gətirmişdi. O, Dilşadın ətrafında bədbəxt bir hadisə oynanıldığını yəqin etdiyindən, Səba xanımla çox tez görüşməyə tələsirdi. Səba xanım bunu hiss etdiyi üçün Fəxrəddinin gözünə görünmür və onun görüş üçün maraq və həyəcanının artmasına çalışırdı. Lakin Dilşad həbsə alınandan sonra Fəxrəddinlə görüşmək üçün əlverişli bir fürsət ələ keçdiyini anladı və bu məqsədlə axşam çağı bütün zinətlərini üstünə taxaraq saraydan çıxdı. Fəxrəddinin çinarların kölgəsilə keçərək, saray qapısına baxdığını gördü və etina etmədən keçib getdi.Neçə günlərdən bəri Səba xanımı görmək üçün bütün vaxtını sərf edən Fəxrəddin Səba xanımı dərhal tanıdı. O, Səba xanımı bir neçə kərə görmüş, hətta onun sevgiyə dair tələblərini də eşitmişdi. Buna görə də Səba xanımı izləməyə başladı. Çox uzun-uzadı və dolaşıq küçələrdən keçib getdilər. Fəxrəddin cümə axşamı olduğunu bilmirdi, buna görə də Səbanın bu qədər uzun yolları getməsinə heç bir məna verə bilmirdi. Nəhayət, onlar qəbiristana gəldilər. Səba xanım Şeyx Salehin məqbərəsinə girib, ziyarətnamə oxumağa başladı. Fəxrəddin də onunla yan-yana durmuşdu.
Sevgi fəlsəfəsi yerinə həyat fəlsəfəsiNizami Fəxrəddinlə bir yerdə çağırdığı müşavirəni bitirib küçəyə çıxmışdı. O, yenə Fəxrəddinin ehtiyatsız qədəmlər atacağından qorxur və ona qəti göstərişlər verirdi.– Xəlifəyə göndərilən məktubun barəsində məsələ qaldırmaq lazım deyil. Biz əvvəldən də Əmirin oynadığı bu oyunlardan xəbərdarıq. Atabəy hökumətinin siması bəlli olana qədər Əmir İnancın məsələsini təxirə salmaq lazımdır.
QısqanclıqƏmir İnanc süpəhsalar Hüsaməddini yanına çağırıb danışır və deyirdi:– Mən məmləkəti sizin əlinizə tapşırdığım zaman işlərin inanılmış adamlar əlində olduğuna inanırdım. Lakin mənim ümidlərim tamamilə boşa çıxdı. İndi iki həftədən artıqdır ki, xəlifəyə göndərilən qasid qarət olunmuşdur. Lakin siz heç bir təşəbbüs etməmişsiniz. Hacibdən alınan məktubun kimin əlində olmasını təyin edə bilməmişsiniz. Mənim hazırda sizi fəaliyyətsizlikdə təqsirləndirməyə haqqım vardır. Mən özüm qapanıb saray içərisində qalmışam, adamlarım isə eşikdə öz kefindədir. Məmləkətin tamamilə üsyançı xalq əlində qalmasının qeydinə qalan yoxdur. Sizin fəaliyyətsizliyiniz nəticəsində Gəncənin bir neçə addımlığında xəlifənin qasidini tutub soyundururlar. Xəlifənin məktubu düşmən əlinə keçəndən bəri yenə də hər tərəfdə mənim və xəlifənin əleyhinə olan dedi-qodular artmışdır. Bu cür məmləkət idarə etmək olmaz, gedib yaxşı bir düşün. Aran şəhərlərinin hamısında özbaşınalıq hökm sürür, hazırda Kəştasifi, Mahmudabad, Bacərəvan, Bərzənd şəhərləri tamamilə özünü sərbəst hesab edir. Əcəba, siz şəhərlərdən, kəndlərdən döyülüb qovulan məmurların dağılmış başlarını, qaralmış və qançır olmuş üzlərini, ağac və kötəklə sındırılan qabırğalarını gördüyünüz zaman utanmırsınızmı?
HəyəcanXəlifəyə göndərilərkən Fəxrəddin tərəfindən əldə edilən məktubun surəti çıxarılıb divarlara yapışdırıldıqdan sonra kəndlərdə, şəhərlərdə Əmirə qarşı təzə çıxışların xəbəri gəlirdi.Əmir başını itirdi, öz vəziri Toxtamışı hüzuruna çağırıb soruşdu:
Başqa şairlərin şeirləri · Satira
Kəlniyət! Gəl yığalım Qafqazın ər-övrətini,Sayalım sevgili millətçilərin himmətini,
Məsləhət ("Ağrın alım, ay Məşədi Sijimqulu")Ağrın alım, ay Məşəd Sijimqulu,Altmışa yetdin, demə oldun ölü,
Görməmişəm, eşitmişəmXalq oturubdu bağçada badi-baharı gözləyir,Görməmişəm, eşitmişəm rahi-nigarı gözləyir.
Cibişdan ayıGəldi çün-mahi-məhərrəm, bu müsəlman ayıdır,Müftəxor mollaların hər gecə ehsan ayıdır.