İkinci pərdə
Səhifə 3 / 3 · 67%
Mirzə Əhməd — (təəccüblə) Nə olub axı? Sənə kim sui-qəsd edir?
Mirzə Teymur — Hələ indicə gəlib, bütün gəldiyi yarım saat deyil.
Mirzə Əhməd — Kimin haqqında danışırsan? Açıq danışa bilməzmisən?
Mirzə Teymur — Mən heç də ümid etməzdim ki, Amerika mədəniyyəti daşıyan bir adamın evində mənə, bir fransız tərbiyəsi daşıyan Mirzə Teymura qarşı sui-qəsd düzəltsinlər.
Mirzə Əhməd — (acıqlanır və ayağa qalxıb, Mirzə Teymurun çiyinlərindən tutur.) Nə axmaq-axmaq danışırsan? Mənim evimi nə hesab edirsən? Bura quldur yuvasıdır, nədir? Nə sui-qəsd, nə intihar?
Mirzə Teymur — Mən buna dözə bilmərəm, yarım saat bundan qabaq gələn gədənin birisi qolunu Durnanın qoluna keçirib getsin, xalq da görüb mənim üstümə gülsün.
Mirzə Əhməd — Onların ikisi də gəncdir, burada nə kimi bir sui-qəsd ola bilər?
Mirzə Teymur — Bir halda ki, mən Durna ilə evlənmək istəyirəm, gərək sənin qızın Dilbər mənim həyat yoldaşımı Bəhlul ilə tanış etməyəydi. (Özündən çıxır). O, Bəhluldur, nədir? Ona deyin bundan sonra ehtiyatlı dolansın. (Özünü göstərir). Mənə yaxşı baxın, bir fransızla zarafat etmək olmaz!
Mirzə Əhməd — Mən qulaqlarıma inanmıram, necə yəni Durna ilə evlənirsən? Otur yerində, xalqı özünə güldürmə! Sən lap xəyalpərəstmişsən ki.
Mirzə Teymur — Demək ki, bu işdə sənin də iştirakın vardır. Olsun, mən də öz işimi bilərəm.
Mirzə Əhməd — Ağlını başına yığ, getdiyin yol mədəni adam yolu deyildir.
Dilbər — Ata, sənə and içirəm, mən bu barədə nə Bəhlul, nə də Durna ilə bir kəlmə də olsa danışmamışam. Qız sənə şikayət etmək üçün gəlmişdi, çünki, qıza məktub göndərib zor ilə ZAQS-a aparmaq istəyirdi. Qızın buna rizası yoxdur. Bu nə məqsəddir?
Mirzə Teymur — Əlbəttə, Bəhlul kimi adamlarla qol-qola salandan sonra Mirzə Teymura getməyə razı olmayacaqdır.
Bəhlul — (daxil olub eşidir) Nə olub? Nə söhbətdir?
Mirzə Teymur — (irəli atılır) Özünü tülküyə vurma, sənin qolun o qızın qolunda nə qayırırdı? Məndə avropalı qüruru vardı ha, mənə yaxşı diqqət ver! (Öz qiyafəsini göstərir).
Bəhlul — Bir qədər ədəbli danış. Madamki mədəni bir qız qolunu mənim qoluma keçirir, heç bir zaman mən o qolu rədd edə bilməzdim. Libasını bizə göstərmə, iş libasda deyil, qiymət həman libası geyən adamın varlığındadır.
Qəhrəman — Mirzə, məni bağışlayın, siz bir sovet vətəndaşı qürurunu daşımış olsaydınız, bu qədər gülünc bir vəziyyətə düşməzdiniz.
Mirzə Teymur — (Mirzə Əhmədə) Mən əvvəl gündən sənə nə dedim? Demədim ki, mənim, sənin kimi mədəni bir adam bu oğul-uşağın içərisində işləyə bilməz?
Mirzə Əhməd — Bunlar çox xırda məsələlərdir. Bizi bu məsələlər üçün buraya çağırmamışlar. Ağıllı ol, şəxsi işi vəzifə ilə əlaqələndirmə.
Bəhlul — (öz-özünə) Xataya düşmədik?!
Mirzə Teymur — (gedərkən) Hələ xataya düşəcəksən, harasıdır! (Gedir).
Dilbər — (onun dalınca) Pozğun!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-boyuk-qurulusda-ikinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bakı qubernatoru Peterburqa getməzdən bir gün əvvəl, Bakı varlıları və Bakı qoluzorluları ilə görüşmək və vidalaşmaq qərarına gəlmişdi. Bu görüş həmişəki kimi Bakıda müsəlmanlara başçı kəsilmiş olan Hacı Zeynalabdın Tağıyevin evində olacaqdı.Hacı təntənəli bir vida ziyafəti düzəltmişdi. Ziyafətdə Hacının özünə və Bakı qubernatoruna lazım olanların hamısı iştirak edirdi.
Hacı Harunərrəşid, xanımı isə Zübeydə xatundurXanımın sifariş verdiyi tabloları gözdən keçirmək üçün Hacı küzkülü otağa gəlmişdi. Şərq salonu düzəltmək üçün məşhur rəssam Benonun rəhbərliyi ilə düzəlmiş komisyon salona aid layihələri və çəkəcəkləri mənzərənin eskizlərini gətirmişdi. Küzkülü otaqda, nəgşəsi «Bağdad dünyası» adlı kitabdan götürülən ipək pərdələr, əlvan qəndillər asılmışdı. Bir tərəfdə şəhvət oyandırıcı Yusif-Züleyxa şəkilləri, bir tərəfdə Bağdad saraylarının fəvvarəli hovuzlarında çimən çılpaq qadınlar və onlara sərv ağacı dalından baxanların şəkli, bir tərəfdə «Əlif-Leyla»dan alınmış «Hamamçının arvadı» hekayəsinin tabloları (arvadın Bağdad şahzadəsi ilə qucaqlaşıb yatması və hamamçının qucağında uşaq qapının açar yerindən həyəcanlı bir surətdə bu vəziyyətə tamaşa eləməsi) asılmışdı.Hacı tabloların hamısına baxa bilmədi; onu telefona çağırdılar. Küzkülü otaqdan getdi, bir az sonra yenə qayıdıb gəldi, Bakı polis müdirinə məktub yazmaq üçün xanıma yanaşdı:
İki direktor arasındaXanımın qulluqçuları elanı qapıda oxuyurkən azad nəfəs almağa başladılar. Jenya da bu vəziyyətdən istifadə elədi; günorta yeməyindən sonra Mixaylovski və Kutilevskinin görüşünə getdi. O, bu gün bir neçə tələbə ilə görüşəcək və təşkilat məsələlərini müzakirə edəcək idi. Əvvəl Kutilevskinin evinə getdi. Onu iş otağında görmək istəyirdi.Kutilevskinin icazəsi ilə Jenyanın imtahana hazırlıq işinə kömək edən tələbələr də Kutilevskinin iş otağına toplandılar. Bunlar hamısı orada təşkil olunmuş sosial-demokrat dərnəyinin üzvləri idi. Kutilevski özü orada deyildi.
Nakaşidze Peterburqdan gəldiHacı yuxusundan duran kimi, Bakı qubernatoru Nakaşidzenin Peterburqdan göndərdiyi məktubu ona verdilər.Məktubu oxumaq üçün adam lazım idi. Lakin çox tez idi. Buna görə də Hacı məktubu xanıma oxutdurmaq istəyirdi, xanım isə ondan küsmüşdü. Hacı onun otağına adam göndərib görüşmək istədiyini bildirdi.
Başqa şairlərin şeirləri
Qadir Allah, budur səndən diləkim,Sən mərdi-namərdə möhtac eləmə,
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Qəzəl: Dutar ahəngi-mütrib çün dili-pür-iztirab oynarDutar ahəngi-mütrib çün dili-pür-iztirab oynarMəgər bilməzmi kim dəfsiz bu sər-məsti-xarab oynar
پوستینی بخواستم از توتا زمستان به سر بریم در آن