Səhifə 2 / 2 · 50%

Mirzə Teymur — Mənim də dediyim həman kollektiv iş şəraitidir. Onu kimlərlə yaratmaq?

Mirzə Əhməd — Diplomunun mürəkkəbi qurumayan dünənki tələbələrlə.

Mirzə Teymur — Qələbəni qazandıran şərtlərdən biri də əxlaqdır, mədəniyyətdir. Burada mədəniyyətsiz və əxlaqı pozğun adamlar da vardır. Bir halda ki, xalqın şəxsi işlərinə müdaxilə edənlər vardır, o zaman nə kimi kollektiv şərait ola bilər?

Bəhlul — Köhnə və şəxsi fikirləri təzə təşəbbüslərə qarışdırmaqla qələbə qazanılmaz. Azərbaycan gəncliyi bu quruluşda yalqız deyildir. Uraldan, Çelyabinskidən, Leninqrad, Moskva və Ukraynadan da yoldaşlar bizim köməyimizə gəlmişdir.

Durna — Qoy Mirzə Teymur əxlaqsız və mədəniyyətsiz dediyi adamların adlarını çəksin. O zaman əxlaq və şüur yoxsulları meydana çıxmış olar.

Mirzə Əhməd — Mən Mirzə Teymurun bir çox fikirlərilə razı deyiləm. Burada əxlaqsızlıq adına heç bir şey yoxdur. Burada kustarçılıq vardır. Mən ona tərəfdar deyiləm.

Mirzə Teymur — Biz gərək elə bir iş yaradaq ki, hər kəs gəlib baxanda desin ki, buraya Amerika və Avropa mütəxəssisinin əli dəymişdir.

Durna — Biz gənc sovet mütəxəssisləri bunun əksini düşünürük. Biz burada elə bir möcüzə yaratmalıyıq ki, hər kəs baxanda desin ki, sovet mütəxəssisləri çoxdan bəri Avropa və Amerika mütəxəssislərini geridə buraxmışlar.

Baş mühəndis — Soverşenno pravilno.

Bəhlul — Amerika və Avropa mədəniyyətinin üstünlüyünü kor-koranə təbliğ edənlər bilməlidirlər ki, Amerika və Avropa kapitalistləri millətlərin azadlığını məhv etdikləri kimi onların elmi nailiyyətlərini oğurlayıb və mənimsəmişlər.

Direktor — Təmamilə doğrudur!

Bəhlul — Rus alimlərinin elektrik şuasına dair ixtirasını, buxar makinəsi, radio aparatı ixtirasını və sairələri özlərinə çıxan amerikalılar və avropalılar deyildirmi?

Qəhrəman — (direktora) Zənn edirəm ki, bu mövzular üzərində danışmaq artıqdır. Amerika, Avropa mədəniyyəti artıq öz-özünü ifşa etmiş. Əsas məsələmizə keçsək yaxşı olar.

Raykom katibi — (gəlir) Salam yoldaşlar! Məsələ nə yerdədir? Mən Mirzə Teymur və Mirzə Əhməd mühəndislərin fikirləri ilə razılaşmıram. Eşitdiyimə görə onlar yenə də Amerika və Avropa mədəniyyətinin üstünlüyü məsələsini aralığa atıblar.

Mirzə Teymur — Pardon! Sizə doğru mə’lumat verməyiblər. Mən deyirəm ki, Amerika və Avropada bu cür böyük tikintilərə gənc və təcrübəsiz mütəxəssisləri buraxmazlar.

Katib — Möhtərəm mühəndis, hazırda amerikalılar öz üstünlüklərini xalqlara inandırmaq üçün milyonlarca dollar sərf edirlər. Bizim yoldaşlarımız isə kor-koranə onların məqsədlərinə kömək edirlər.

Mirzə Əhməd — Aralığa atdığımız fikirlər işin xatirəsinədir. Çünki bizim qarşımızda duranlar bu böyük işin öhdəsindən gələ bilməyəcəklər.

Katib — Bu da zərərli fikirdir. Doğrudur, bir zaman bir layihəni düzəltdirmək üçün Amerika və Avropaya çamadan dolusu dollar göndərirdik. İndi isə sovet alimləri və sovet mütəxəssisləri hər şeyi yarada bilir. Hətta Amerika və Avropadan daha keyfiyyətli yaradırlar.

Direktor — Mirzə Teymur və Mirzə Əhməd təcrübəli mütəxəssislər olduğu üçün bura çağırılıblar. Qoy öz təcrübələri ilə gənc mütəxəssislərə kömək etsinlər.

Mirzə Əhməd — Dedikləriniz bir həqiqətdir. Lakin vəzifə ağır vəzifədir. Mən şəxsən hökumətin yanında başı aşağı olmaq və utanmaq istəmirəm.

Mirzə Teymur — Məsuliyyət daşımamaq şərtilə bir mühəndis kimi işləməyə sözüm yoxdur. Çünki bu ağır işi təşkil etmək mənim üçün mümkün deyildir.

Baş mühəndis — Burada bir qorxu yoxdur, işin təşkilini öz rəhbərliyim altında gənc mühəndislərə tapşırıram. Onların içərisində bacarıqlı adamlar az deyildir.

Direktor — Kimləri özünə köməkçi götürürsən?

Baş mühəndis — Qəhrəman başda olmaq üzrə Bəhlul, Durna və Dilbəri təklif edirəm.

Direktor — (Qəhrəmana və sairlərinə) sözünüz nədir? Bu vəzifə sizin üçün ağır deyildir ki?

Qəhrəman — Biz partiya və hökumətin bir soldatıyıq. Vəzifə ağır olsa da, çətin olsa da ifa etməyə hazıram. Rus yoldaşlardan Pavliçev, Tafilov və Fedoroviç yoldaşları da təklif edirəm.

Direktor — Namizədlər olduqca dəyərli namizədlərdir.

Baş mühəndis — İclas bununla bitir. Qəhrəman yoldaş vəzifə tapşırılmış yoldaşların cədvəlini sabah tezdən direktorluğa təqdim etməlidir.

Hamı qalxıb, mühəndislərin əlini sıxıb gedirlər.

Durna — (sevinə-sevinə Qəhrəmanın əlini sıxır) Sənə müvəffəqiyyətlər diləyirəm. Nə qədər qüvvətim və biliyim varsa sənə kömək etməyə hazıram.

Bəhlul — (Dilbərə) Get Qəhrəmanın əlini sıx.

Dilbər — (gülümsəyir) Bu əlin ondan ötrü nə əhəmiyyəti var?

Bəhlul — Dilbər, bilirəm nəyə işarə edirsən, Qəhrəmanın iş barəsində sükut etməsi ümumi işə zərərdir. Sən Qəhrəmanla atan arasında baş verən ixtilafa əhəmiyyət vermə!

Qəhrəman — Dilbər, yaxşı fikirləş, atanın və ya başqalarının yanlış fikirlərinə qarşı sükut etmək biz kommunist və komsomolçulara yaraşarmı? Özün düşün, sonra partiya və hökumət bizə nə deyər?

Dilbər — Mən bunları anlamırammı? Nə edim, atadır. Sənin nəsihətlərin onun acığına gəlir, əsəbiləşir, sən bir qədər dilini saxla.

Qəhrəman — Dilbər, sənə yalvarıram, şəxsi işləri bir yerli burax, qoy özümüzə göstərilən e’timadı doğruldaq. Bu quruluşdan üzü qara qayıtmaq bizim üçün mənəvi ölümdür. Sözün nədir?

Dilbər — Nə qədər bacarığım vardırsa səninlə işləyəcəyəm, ancaq sən inadkarsan, atamı mənim acığıma tənqid edirsən, çünki məni görmək istəmirsən.

Qəhrəman — Dilbər, xəyalın nədir? Mən buradan çıxıb gedimmi?! (Qəhrəman gedərkən)

Dilbər — (onun dalınca) Yox, getmə! (Ağlayıb başını Durnanın çiyninə qoyur).

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Menşeviklərin yeni xəyanəti

Bu günkü iclasda menşeviklər çıxışda bulunacaq idilər. Bolşevik fəhlələr bir-birinə xəbər vermiş, iclasda müvəffəqiyyət qazanmaq üçün vaxtında hazırlıq aparmışdılar.Pavluşa ilə Vasya iclasa çox gec gəldilər. Çox hissəsi menşeviklər tərəfində duran Bibiheybət fəhlələri sevinir və iclasda müvəffəqiyyət qazanacaqlarını düşünürdülər. Menşeviklər tərəfindən İlya Şendrikov çıxış etdi.

7 dəq
Menşeviklər burjuaziya xidmətində

Hacı Zeynalabdın Tağıyevin özü də «1904-cü ilin axırları qorxulu və qarışıqdır» deyirdi.Bu gün həmin qorxulu günlərdən birisi idi.

14 dəq
Texniklər məktəbində gizli iş

Jenyanın gimnaziya imtahanlarına hazırlıq işi texniklər məktəbi direktorunun iş otağında aparılırdı. Mixaylovski hər gün saat dördün yarısında öz kabinetində oturub Jenyanı gözləyirdi.Jenya gimnaziyaya hazırlaşmağa başladığı gündən Mixaylovski də ona öz sevgisini elan etməyə başlamışdı. O, Jenyanı cəmiyyət arasına çıxa biləcək ziyalı və mədəni bir qız edəcəyini, onun təhsil və tərbiyəsini gözəlliyi qədər yüksək dərəcələrə qaldıracağını vəd edirdi. O, hər gün öz kabinetində gül dəstələri, konfet, şokolad hazır etdirirdi, imtahana hazırlanmağa verilmiş iki saat vaxtın mühüm bir hissəsi sevgi fəlsəfələrinə, dostluq cümlələrinə sərf olunurdu.

26 dəq
Silahlı üsyan hazırlığı

«Rus inqilabı labüddür. O, günəşin çıxması qədər labüddür!...Bu inqilabın başlıca qüvvələri şəhər və kənd proletariatı olacaqdır. Onların bayraqdarı isə siz cənab liberallar deyil, sosial-demokrat partiyası olacaqdır. Çar mütləqiyyəti tərəddüd etdiyi zaman bizim vəzifəmiz qəti hücuma hazırlaşmaqdır».

9 dəq

Başqa şairlərin şeirləri