Sünnü və şiə ittihadı tərəfdarlarına müjdə:

Bu axır vaxtlarda qəzetlərdə ha oxuyurdum ki, gərək biz gecə və gündüz çalışaq sünnü-şiə təfriqəsini aralıqdan götürək.

Amma mənim fikrimə bir belə şey gəlirdi ki, doğrudur sünnü və şiəliyi aralıqdan götürüb ancaq müsəlman olmaq lazımdır, bununla belə, nə lazım ki, bu yolda həmi gecə çalışmaq, həmi gündüz çalışmaq? Gecəni allah qaranlıq yaradıb ki, məxluq yatıb dincini alsın, məyər kifayət eyləməzmi ki, bircə gündüzlər çalışıb gecələri rahət olmaq?

Mənim sözümə baxan olmadı və genə qəzetlərdə oxuyurdum ki, «Müsəlmanlara lazımdır gecə-gündüz ittihad yolunda çalışıb biri-birlərinə arxa olmaq və nifaqı aradan götürmək».

Amma mən bilirdim ki, bədnəzərin bəd nəzərindən qurtarmayacayıq, bilirdim ki, axırda bizə göz dəyəcək.

Elə belə də oldu.

Məsələn, bu günlər Qazax şəhərində şiələrin mədrəsəsindən üç sünnü uşağını çıxarıb qovublar, məhz o səbəbə ki, bu uşaqların üçünün də adı Ömərmiş.

Əgər bu xəbər yalandır, Qazax şiələrinin vəbalı olsun bu sözü yalandan icad edənin boynuna, əgər doğrudursa, şiələri tapşırdım yeri, göyü çox yerdən yaradan bir allaha.

İkinci müjdə də budur ki, Tiflis şəriətmədarlarımız qərar qoydular ki, açılmağı nəzərdə olan təzə ruhaniyyə mədrəsəsinin adını qoysunlar şiə məktəbxanası və oraya sünnü tələbələrini qəbul eləməsinlər.

Mən bu sözləri burada ondan ötrü yazıram ki, bir də bir işə çalışanda gecə və gündüz çalışmamaq, çünki adama göz dəyər, bircə gündüzləri çalışmaq kifayətdir. Yoxsa bu neçə ilin müddətində qəzetlərdə və məclislərdə həmişə çığır-bağır salmışıq ki, «Ay müsəlman qardaşlar, gecə də və gündüz də gərək sə’y edək müttəfiq olaq».

Gecələr sizə peşkəş olsun.

Bircə gündüz çalışsaq bəsdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XXVI. «Üçüncü Bahadır şah»

Şahzadə Bahadır xanın şərəfinə verilən ziyafətdə Bakı ziyalısından başlayaraq, Bakı milyonçusuna qədər hamı iştirak etdi. Türklərin şəhərə yaxınlaşmasını görüb Bakı kəndlərinə, xüsusən Mərdəkana yığılmış «müsavat» partiyası rəhbərləri də bu ziyafətdə iştirak edirdilər.Ziyafətdən üç mühüm məqsəd vardı. Onlardan biri ziyafəti təşkil edən Hacı Zeynalabdin Tağıyevin daşıdığı məqsəd idi.

5 dəq
XXVII. «General Denster-Vil gəlir»

İngilislərin Bakıdakı müvəffəqiyyətsizliyi onları Bakıya dəvət edən Mərkəzi Kaspi Diktaturasının fəaliyyətsizliyi, türklərin Bakını işğal etmək fikrindən vaz keçmələri, Londonda olduqca pis təsir bağışladı.Ənzəlidə oturub Bakının vəziyyəti ilə məşğul olan və Bakıdakı ingilislərə rəhbərlik edən Denster-Vil, Bakı məsələsinin bir neçə günə həll olunacağını bilməmiş deyildi. Çünki ingilislər Bakıya gəldikləri gündən bəri vəziyyəti dəyişə bilməmişdilər. Onlar hələ yerli qoşunu təşkil etməmiş, türklərin Bakıya hücum üçün başladıqları hazırlıq bitmişdi.

6 dəq
XXVIII. Cəbhədə

Ayın 15-də gecə saat birdən başlayaraq Palçıq vulkanı ətrafında sakitlik bərpa edilmişdi. Türk səngərlərindən bir dənə də güllə atılmırdı. Bu sükut, birinci mövqedə yerləşmiş ingilislərə geniş nəfəs almaq imkanı verirdi.Bahadır xan gecə rahat yatmışdı. O, səhər saat səkkiz tamamda yuxudan qalxıb çayını içmədən Leyla xanıma məktub yazmağa başladı:

10 dəq
XXIX. Məğlubiyyətdən sonra

Leyla xanımın müharibənin nəticəsindən xəbəri yox idi. O, məğlubiyyəti hiss edirdi. Fəqət verilən qurbanlar haqqında bir şey eşitməmişdi.Şimali-qərbdən gələn və şəhəri titrətməkdə olan top gurultuları sakit olmuşdu.

4 dəq

Başqa şairlərin şeirləri · Satira