Mürəkkəb
(Əz ehkami-nəcasat)
Üləmamızdan rica edirəm ki, bu nöqtəyə diqqət edib bəndeyi-həqirin bu məsələsinə cavab iltifat buyursunlar.
Məsələ
Necə ki, mə’lumdur bu axır vaxtlarda cənabani qazilərimiz başlayıblar qur’anı türk dilinə tərcümə etməyə.
Hələ tərcümə etməyi onlara güzəşt olsun, hərçənd ki, etməsəydilər dəxi də yaxşı olardı.
Amma sözümüz çap barəsindədir.
Dünya və aləm buna şahiddir ki, haman qazi cənabları hələ tərcüməyə iktifa eləməyib, başlayıblar tərcümə etdikləri quranı rus və gürcü mətbəələrində çap eləməyə. Mə’lum şeydir ki, mətbəənin mürəkkəbi nəcsi-məhzdir, hər bir kəsin mətbəəyə yolu düşüb, öz gözü ilə görüb ki, rus və gürcü əmələləri öz əlləri ilə mürəkkəbi götürüb sürtublər maşının dəstələrinə və bu minval ilə aylar və illər uzunu qur’anın səhifələrini çap eləməyə məşğul olublar. Bundan əlavə haman mürəkkəbi əcnəbilər nə bilim nə yağlardan, nə bilim nə zəhrimardan qayırıblar ki, hələ üfünətindən adamın başı çatlayır.
Halbuki mürəkkəb barəsində ağayi Şirazi öz kitabının 25-ci səhifəsində belə buyurubdur:
«Ba mürəkkəbi-nəcs əmdən qur’an nəviştən həram əst». Yə’ni nəcs mürəkkəb ilə qur’anı yazmaq haramdır.
Dəxi bundan aşkar mətləb olmaz. Üləmayi-kiramdan bu məsələyə cavab gözləyirəm.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-murekkeb
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Avropanın gözüaçıq çoğrafiyun və riyaziyunları Zöhrə ulduzunu mülahizə edib bilmişlər ki, hənuz kəşf olunmamış genə yer üzündə bir qit’ə qalıbdır. Buna görə qütbün hər tərəfinə gözüaçıq adamları göndərib qütbü dolandırırlar. Bu günlərdə Qütbi-cənubidən çox qəribə xəbərlər gəlir. Səyyahlar Asiyanın qərbi-cənubisində bir qit’ə tapıb «Supalar çölü» adlandırmışlar. Məzkur qit’ənin əhvali-coğrafisi böyük əhəmiyyəti haizdir: şimalən Rusiyə, Bəhri-xəzər, şərqən Əfqanıstan, Bəluçustan. Cənubən Ümman dənizi, Bəsrə körfəzi. Qərbən Osmanlı ilə həmhududdur. Bu qit’ə müxtəlif ölkələrdən ibarət olub, qalın meşələr, qorxulu çənkəllər, uçurumlu dərə-təpələrdir. İçində müxtəlifülcins heyvanlar vardır. Cənab allah bu yerləri xəlq edən gündən insan ayağı dəyməyib. Meşələrin heyvanları heç bir iş görməyib, ancaq, ot, ələf və ağacların meyvələri ilə güzəran edirlər. Bu qit’ənin supaları və qeyri heyvanları movqe’ və havasına görə doğrudan da müxtəlifülcinsdir. Astarabad, həmçinin Bəmnən, Nərməşizdən uzanıb Sistana qədər rəngləri boz və surətləri qıllı supalar vardır. Ançaq Türbət və Tus çöllərində ağbaşlı və sarıdırnaqlı, qulaqları qayət tüklü ulaxlar həddən ziyadədir. Xorasandan başlayaraq Məsqət hududuna qədər Kirman həvalisində elə ulaxlar vardır ki, üstlərində qalın və uzun çulları var. Kirman məsqətindən başlamış Bəluçustan, Küləhr, Kirmanşahdan, Bilubur, Sərdəşt, Sinən, Dəclədən Van gölü sahillərinə qədər çul-çapuqları dağılmış, palanı qarnı altına düşmüş, örkəni qırılmış, qarınaltısı yerdən sürünmüş supalar həddən ziyadədir. Bu tərəfdə Umru adlı qayət cəsim və qalın bir meşə tapılmışdır ki, içində olan canavarların cinsini bilmək əbədən mümkün deyil. Bu meşənin Van gölü sahilindən başlamış Maku xərabələrinə, oradan da Ararat dağlarının ətəklərinə qədər dağ-daş bütün-bütünə başları müdəvvər, qarınları yoğun, umuzları iri canavarlar doludur. Maku çənkəlliyindən başlayıb Aras çayını başaşağı Zənkilan, Muğan, Beləsuvar namında bir çox supa çöllərini dolaşıb, Kür çayı ilə Aras çayı Bəhri-Xəzərə tökülənə qədər elə uzunqulaqlar var ki, qulaqlarının kölgəsində on beş xırda heyvanlar daldalanar. Səyyahın verdiyi mə’lumata görə bu tərəflərdə, yə’ni sərhəddin içərisində elə bir meşə kəşf etmişlər ki, supa çöllərinin ən əhəmiyyətlisidir. Bu qit’əni də çox fikirdən sonra Azərbaycan adlandırmışlar. Çünki buranın supaları özgə çöllərin supaları kimi başlı-başına buraxılmayıb, qonşuluqda olan şimal ovçuları onları bir-bir tutub gətirib məxsusu töylələrə doldurmuşlardır. O ki, supalara layıq tərbiyədir bunlara edirmişlər. Lakin burada tərbiyəli supalar getdikcə çoxaldığından meşələrin əlafiyyatı daha kifayət verməyib şimal tərəflərdən buralara məxsus azuqə də gəlirmiş.Tazə tapılan qit’ənin Əstərabad adlı meşəsindən bu günlərdə bir heyvan peyda olmuş ki, bütün qit’ənin heyvanları onun zühurundan təşvişə düşüb qulaqlarını sallamışlardır. Bu heyvanın adına «Supaqıran» deyildiyindən bütün supalar qorxuya düşmüşlər. Səyyahın dediyinə görə, bu heyvan neçə il bundan qabaq bir də zühur etdiyindən supalar şıllaqlayıb qovmuşdular. İndi genə zühur etmişdir. Amma bu canavar Türkmənə mənsub olduğu üçün Türkmən və Mazandaran supaları bunun səsini eşidən kimi qulaqlarını şişləyib yanında quyruqlarını buluyurlar. Qərəz yer üzündə qəribə çöllər, əcayib biyabanlar və əntiqə supalar varmış.
AçığnanTöhfətül-məcalis kitabında yazılıb ki, ziyarətə getmək insanın özü ilə deyil, qismət ilədir. Yə’ni kimə qismətdir, imam onu çağıracaq, kimə qismət deyil, canı çıxsa da ziyarətə çata bilməyəcəkdir.Kitab sahibindən təvəqqe edirik ki, bizi bağışlasın, bir az səhvi var. Ziyarətə getməyin bir üsulu vardır ki, ibarət olsun «açığnan» getməkdən.
Gözüm aydın!20-ci ildə İran parlamanının açılması.*İranda güşad oldu parlaman, gözüm aydın!
EdərəmSeçki vaxtı bütün təyyarələr mitinglərə intibahnamə tökmək və natiqlər göndərmək üçün Lloyd Corcun ixtiyarına verilmişdi.*Qoca kərkəs kimi təyyarədə pərvaz edərəm,
Başqa şairlərin şeirləri · Satira
"Osmanlıcadan tərcümə türkə" – bunu bilməm,Gerçək yazıyor gəncəli, yainki hənəkdir;
DolaşmaEy Molla dayı, gəl bu müsəlmanə dolaşma,İnsaf elo, hər sahibi-iymanə dolaşma.
Deyim, deməyim?!Yenə dərdim təzələndi, “Kəlniyət!”Gözlərimə kül ələndi, “Kəlniyət!”
XəstəlikLovğalara*Ey qələm dostum, inan, pis xəstəlikdir lovğalıq,