Bayqot
Allah heç bir kəsi müsəlmanların bayqotuna giriftar eləməsin. Özgə yerlərin bayqotu hələ ötüşər, amma bu İrəvan, Naxçıvan və xüsusən Ordubadın bayqotu lap adamın evini yıxır.
Bu hamıya mə’lumdur ki, cəmi qəzetləri saxlayan şəhərlər içində ancaq İrəvan, Naxçıvan və Ordubaddır. Bu üç şəhərə o qədər qəzet və jurnal gəlir ki, hələ poçtdan savayı dəmir yol ilə qəzetlər tay-tay ilə göndərilir.
İndi gəl ki, xudanəkərdə bu üç şəhərin biri, məsələn bir qəzet ya jurnalı bayqot elədi!..
Dəxi o qəzetin evi yıxıldı. Gərək dinməz-söyləməz qəzetini bağlasın.
Məsələn, bir neçə il bundan irəli ordubadlılar «Molla Nəsrəddin»i bayqot elədilər. Bayqotdan qabaq Ordubada üç nəfər adama jurnal gedirdi. Amma di gəl ki, Ordubaddan səkkiz yüz nəfər adam xəbər verdilər ki, dəxi «Molla Nəsrəddin»i almayacaqlar.
İndi gör bizə nə qədər zərər dəydi. Ordubadda bayqotdan qabaq üç abunəmiz var idi. Amma bayqotdan sonra dörd abunəmiz qaldı.
İndi də eşidirik ki, irəvanlılar bir qəzetdən küsüb bayqot eləyirlər. Söz yox ki, haman qəzetin evi dağıldı. Hərçənd o qəzetdən İrəvana qabaqca dörd dənə gəlirdi, amma indi dörd yüz nəfər adam bayqotnamə qayırıb e’lan ediblər ki, «dəxi biz o qəzeti almayacağıq».
Vallah kişinin evi yıxıldı. Söz yox gərək idarəni bağlaya.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-bayqot
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir qəm sarayı möhnət imiş taxtkahi-Cəm.Həp əski uyqusunda durur kişvəri-Əcəm.
Bahar çiçəkləriSəd şükr bahar oldu, ötüb fəsli zimistan,Şuralar ilə ziynət alır səhni-gülüstan.
Şe’r və məhəbbətŞadam səri-kuyində nikahban ola bilsəm,Bir dəm hərəmi vəslinə mehman ola bilsəm.
AprelAprel günəşi məndə bir düşüncə yaratdı,O düşüncə fikrimi işıq aləmə atdı.
Başqa şairlərin şeirləri · Satira
Haradan başıma düşdüsə sövdayi-Buxara,Yandırdı mənİ vezi-qemefzayı-Buxara.
Qızlardan kişilərə protestoAy Baba, bu evdə oturmaq nədir?Bizlərə zindan çətindir, çətin!
“Kəlniyət”ə məxsus ədəbiyyat“Kəlniyət” az çək daha zəhmət, dadaş,Xəlqi nahaq etmə məzəmmət, dadaş,
Knyaz Xasay Usmiyev haqqında həcvRəhim bəy Uğurlubəyova*Rəhima, cövr edir hər dəm mənə bir naqolay knyaz,