Avropanın gözüaçıq çoğrafiyun və riyaziyunları Zöhrə ulduzunu mülahizə edib bilmişlər ki, hənuz kəşf olunmamış genə yer üzündə bir qit’ə qalıbdır. Buna görə qütbün hər tərəfinə gözüaçıq adamları göndərib qütbü dolandırırlar. Bu günlərdə Qütbi-cənubidən çox qəribə xəbərlər gəlir. Səyyahlar Asiyanın qərbi-cənubisində bir qit’ə tapıb «Supalar çölü» adlandırmışlar. Məzkur qit’ənin əhvali-coğrafisi böyük əhəmiyyəti haizdir: şimalən Rusiyə, Bəhri-xəzər, şərqən Əfqanıstan, Bəluçustan. Cənubən Ümman dənizi, Bəsrə körfəzi. Qərbən Osmanlı ilə həmhududdur. Bu qit’ə müxtəlif ölkələrdən ibarət olub, qalın meşələr, qorxulu çənkəllər, uçurumlu dərə-təpələrdir. İçində müxtəlifülcins heyvanlar vardır. Cənab allah bu yerləri xəlq edən gündən insan ayağı dəyməyib. Meşələrin heyvanları heç bir iş görməyib, ancaq, ot, ələf və ağacların meyvələri ilə güzəran edirlər. Bu qit’ənin supaları və qeyri heyvanları movqe’ və havasına görə doğrudan da müxtəlifülcinsdir. Astarabad, həmçinin Bəmnən, Nərməşizdən uzanıb Sistana qədər rəngləri boz və surətləri qıllı supalar vardır. Ançaq Türbət və Tus çöllərində ağbaşlı və sarıdırnaqlı, qulaqları qayət tüklü ulaxlar həddən ziyadədir. Xorasandan başlayaraq Məsqət hududuna qədər Kirman həvalisində elə ulaxlar vardır ki, üstlərində qalın və uzun çulları var. Kirman məsqətindən başlamış Bəluçustan, Küləhr, Kirmanşahdan, Bilubur, Sərdəşt, Sinən, Dəclədən Van gölü sahillərinə qədər çul-çapuqları dağılmış, palanı qarnı altına düşmüş, örkəni qırılmış, qarınaltısı yerdən sürünmüş supalar həddən ziyadədir. Bu tərəfdə Umru adlı qayət cəsim və qalın bir meşə tapılmışdır ki, içində olan canavarların cinsini bilmək əbədən mümkün deyil. Bu meşənin Van gölü sahilindən başlamış Maku xərabələrinə, oradan da Ararat dağlarının ətəklərinə qədər dağ-daş bütün-bütünə başları müdəvvər, qarınları yoğun, umuzları iri canavarlar doludur. Maku çənkəlliyindən başlayıb Aras çayını başaşağı Zənkilan, Muğan, Beləsuvar namında bir çox supa çöllərini dolaşıb, Kür çayı ilə Aras çayı Bəhri-Xəzərə tökülənə qədər elə uzunqulaqlar var ki, qulaqlarının kölgəsində on beş xırda heyvanlar daldalanar. Səyyahın verdiyi mə’lumata görə bu tərəflərdə, yə’ni sərhəddin içərisində elə bir meşə kəşf etmişlər ki, supa çöllərinin ən əhəmiyyətlisidir. Bu qit’əni də çox fikirdən sonra Azərbaycan adlandırmışlar. Çünki buranın supaları özgə çöllərin supaları kimi başlı-başına buraxılmayıb, qonşuluqda olan şimal ovçuları onları bir-bir tutub gətirib məxsusu töylələrə doldurmuşlardır. O ki, supalara layıq tərbiyədir bunlara edirmişlər. Lakin burada tərbiyəli supalar getdikcə çoxaldığından meşələrin əlafiyyatı daha kifayət verməyib şimal tərəflərdən buralara məxsus azuqə də gəlirmiş.

Tazə tapılan qit’ənin Əstərabad adlı meşəsindən bu günlərdə bir heyvan peyda olmuş ki, bütün qit’ənin heyvanları onun zühurundan təşvişə düşüb qulaqlarını sallamışlardır. Bu heyvanın adına «Supaqıran» deyildiyindən bütün supalar qorxuya düşmüşlər. Səyyahın dediyinə görə, bu heyvan neçə il bundan qabaq bir də zühur etdiyindən supalar şıllaqlayıb qovmuşdular. İndi genə zühur etmişdir. Amma bu canavar Türkmənə mənsub olduğu üçün Türkmən və Mazandaran supaları bunun səsini eşidən kimi qulaqlarını şişləyib yanında quyruqlarını buluyurlar. Qərəz yer üzündə qəribə çöllər, əcayib biyabanlar və əntiqə supalar varmış.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Şəbnamə №3

Mən hələ nahar etməmişdim. Rus-İran məktəbindən yenicə gəlmişdim. Təbrizdə hökm sürən həyəcanlı şayiələri müzakirə etmək üçün oraya yığılmışdıq.Ruslar, ingilislər Məhəmmədəlinin taxta sahib olması qalibiyyəti haqqında cürbəcür şayiələr buraxırdı. Sabiq şahın hərəkətlərinə dair xəbərləri olduqca gizlin saxlayırdılar, konsulxanalarda belə lazımi xəbərlər yox idi.

4 dəq
Çar konsulunun yeni xəyanəti

Bu gün miss Hannanın Payan kəndinə gedəcəyini bilirdim, o bunu bir gün əvvəl mənə xəbər vermişdi; qız mənimlə bərabər getməyi arzu edərək məktubunda təkid göstərmişdi.Mən özüm də bu səfərdən maraqlanırdım, bu son günlərdə İngiltərə və Rusiya dövlətləri İranda yeni hadisələr yaratmaqda və Morqan Şosterin qovulması üçün ciddi surətdə çalışmaqda idi.

5 dəq
Çarın ultimatumu

Bu gün Təbriz böyük həyəcan içərisində idi. Çar hökumətinin İrana ultimatum verməsi, maliyyə müşavirə Morqanın İrandan çıxarılmasını tələb etməsi, əks təqdirdə Şimali İranı işğal etmək təhdidində bulunması böyük söhbət mövzusu olmuşdu. Xiyabanlar, meydançalar, ziyarətgahlar və məscidlər camaatla dolu idi, Məhərrəm günləri olduğundan camaat onsuz da ayaq üstündə idi.Mən bu gün səhərdən saat birə qədər şəhəri dolaşdım, vəziyyətin ağır və çıxılmaz olduğunu hiss edirdim. Rusların uyğunsuz və həyasız çıxışları nəticəsində qanlı bir hadisə zühur edəcəyini yəqin etmişdim. Saat ikiyə çağırdığımız iclas nəzmiyyə rəisi Əmir Heşmətin evində idi. İclasa gələnlər də çox təxirlə gəlirdi, küçələr çox qorxulu idi.

6 dəq
Miss Hannanın ad günü

İclasda müsəlləh üsyan məsələsi həll edilmişdi. Üsyan olmalı idi. İndi məsələ üsyanın necə aparılması üzərində idi. Mən müsəlləh üsyanın planını tərtib etmişdim.1-ci – üsyanın qüvvəsini 2 min nəfərə qədər artırmaq, Payan kəndindəki silahları şəhərə gətirib, səkkizinci il inqilabında iştirak edən inanılmış mücahidləri səfərbərliyə almaq.

6 dəq

Başqa şairlərin şeirləri · Satira