Oktyabr inqilabı qaçqınlıqda və gizlində yaşayan firqə üzvlərinin Təbrizə qayıtmasına səbəb oldu. Oktyabrın axırlarında çağirilan firqə iclasının gündəlik müzakirəsində Oktyabr inqilabından sonra firqənin xətt-hərəkəti müzakirə olunurdu. Hazırkı vəziyyət barəsində firqə üzvlərindən bir çoxları danışdı. Hamıdan sonra mən söz alıb danışdım:

– Əziz yoldaşlar, – dedim. - Hazırda Rusiyada nə çar hökuməti, nə də Kerenski hökuməti yoxdur. Rusiyada hakimiyyət Sovetlərin əlinə keçmişdir. Artıq Azərbaycan kəndlisi Rusiyadan gələn istilaçı və rus kəndlisinin qardaşlıq köməyini gözləməlidir. Biz son günlər rus soldatının azadlıq uğrunda uzun illər çarpışan Azərbaycan xalqına göstərdiyi qardaşlıq məhəbbətini öz gözümüzlə gördük. Bir az əvvəl çar generallarının komandası ilə Azərbaycan xalqını qorxu altında saxlayan soldatlar bu gün öz silahını həmin qəsbkarlara və istilaçılara qarşı çevirmişdir. Əziz yoldaşlar! İran torpağı İran kəndlisinindir. Kəndlini torpağa, fəhləni fabrik və zavodlara sahib etmək üçün firqəmiz özünə təzə iş və təzə mübarizə planı düzəltməlidir. Firqə şah hökumətinə qarşı qəti mübarizə tədbirləri görməlidir, çünki şah hökuməti və üsuliidarəsi davam etdikcə, torpağı onun feodallarının və mülkədarlarının əlindən alıb kəndlilərə vermək mümkün olmayacaqdır, çünki şahın özü də və onun soyğunçu vəzirləri də böyük mülkədardır. Biz işçi və kəndlilərimizin möhkəm ittifaqını düzəltməli, firqəmizin silahlarını möhkəmlətməliyik. Biz bir məsələni də qeyd etməliyik: bu məsələ mövhumat məsələsindən ibarətdir. Mövhumat şah hökumətinin və əcnəbi kapitalistlərin əlində güclü bir silahdır. Onlar bəzən top-tüfəng ilə edə bilmədiklərini mövhumat vasitəsilə edirlər. Biz bunu Səttar xan hərəkatı zamanında da, indi də təcrübədən keçirmişik. Onlar bir çox mövhumatçı ruhaniləri öz əllərində silah kimi saxlamaqdadırlar. Biz xalqın gözünü açmalı, mövhumat, avamlıq, savadsızlığa qarşı amansız mübarizə etməliyik! Azərbaycan kəndlisi və fəhləsi demokrat firqəsinin rəhbərliyi sayəsində gec-tez şah üsuli-idarəsinin boyunduruğunu öz üzərindən atacaqdır. İngiltərə, Amerika, Almaniya və Türkiyə dövlətlərinin istilaçı siyasətinə qarşı aparılan mübarizəni şah hökumətinə qarşı aparılan mübarizədən ayırmaq lazım deyil, çünki bütün əcnəbi müstəmləkəçilər şah hökumətinə və onun rüşvətxor məmurlarına arxalanırlar. Mübarizəni ciddiləşdirmək və onu kəskin bir hala gətirmək üçün firqənin sağlamlığina diqqət vermək lazımdır. Çünki şəxsi mənafe üçün firqə sırasına daxil olmuş tacirlərin varlığı ilə şah hökumətinə və onun feodallarına qarşı mübarizə təşkil etmək çətindir. Bunu da qeyd etmək lazımdır ki, kəndlilər arasında apardığımız iş kifayət dərə- «ədə deyildir. Səttar xan hərəkatı zamanında bu işin bünövrəsi qoyulmuşsa da 11-ci illərdən sonra çox zəifləməyə başlamışdır və bizim başımız xalqın daxili və xarici düşmənləri ilə mübarizəyə qarışdığından biz son zamanlar kəndlilərin siyasi və ictimai tərbiyəsi ilə çox az məşğul oluruq, bu bizim öz işimizdə buraxdığımız böyük nöqsandır.

Mən sözümü bitirəndən sonra yenə də müzakirə başlandı, gələcək xətt-hərəkat barəsində danışdılar. Sonra da firqənin sərəncamında olan pullar haqqında danışıldı. Bu pulların bir qısmini firqənin təşkilat işlərinin güclənməsinə xərcləmək, bir qısmini də ölmüş və yoxsul düşmüş inqilabçıların ailələrinə paylamaq, aclıq çəkən kəndlilərə vermək, xəstəliklərlə mübarizə aparılması işlərinə sərf etmək qərarı çıxarıldı.

kok

Mən çox qiymətli və zəngin olan bu xatirat dəftərini oxuyub müəllim Məcid Cavadoğluna qartardığım zaman ona sual verdim:

– Bu qəhrəman sənin atan idimi?

– Xeyr, o mənim atam deyil idi. Mən həmin xatirat dəftərində göstərilən Məcid Cavadoğluyam.

– Bəs bu xatiratı yazan Əbülhəsənbəy kimdir?

– O, əslində təbrizli olub, vaxtilə Bakıda Ramana mədənlərində işləmiş mexanik Nüsrət Hüseynovdur.

– Nüsrət Hüseynov? – deyə heyrətlə soruşdum. – Mən onunla harada görüşə bilərəm? Onun özü, yəqin ki, zəngin həyatından bu dəftərdə yazılanlardan on qat artıq nağıl edə bilər.

Müəllim bir ah çəkərək:

– Təəssüf ki, o sağ deyil, – dedi. – Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Azərbaycanda qalxan inqilabi hərəkatda yaxından iştirak etdiyi üçün onu 1921-ci ildə şahənşah hökuməti Təbrizdə edam etdirdi.

– Bəs onun sevgili arvadı Nina xanım haradadır?

– O mənim anamdır. Hazırda Arşak Surenyansın saxladığı yetimlər evində mürəbbiyəlik edir.

Müəllim bu sözləri dedikdən sonra xatirat dəftərini portfelinə qoyub uzaqlaşdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri