Ramazan
I
Ramazan sözü müsəlmanlarda oruc ayının adıdır. Amma bir adət də vardır ki, müsəlmanlar müqəddəs ayların adını adamlara da qoyurlar. Məsələn: məşədi Ramazan, kəblə Məhərrəm, Namazəli, Orucəli və qeyrə.
Hər nə isə, keçmişdə Ramazan ayı müsəlmanlar arasında çox müqəddəs sayılırdı. Bunun üçün də ramazan ayına bir ay qalmış hər kəs öz tədarükünü görürdü. Hətta bizim qonşumuz Hüseyn kişi bir kasıb bağban olduğu halda orucluq tədarükünü hamıdan əvvəl görürdü. Amma bir il Hüseyn kişi ramazan ayı üçün hazırladığı şeyləri yeyə bilmədi.
Ramazan ayına bir ay qalmış Hüseyn kişi əlində olan paralarını götürüb şey almaq üçün bazara getdi. Yağından yağ, düyüsündən düyü, qənd, çay, lampa yağı, kömür alıb evə gətirdi. Hüseyn kişi arvadına tapşırdı ki, hərkah uşaqlar və özün acından ölsən də bu şeylərə əl vurmayasan, çünki bu şeyləri ramazan üçün əmanət saxlamalıdır.
II
Hüseyn kişinin qonşuluğundakı Nüyədi kəndində Ağalar adlı bir kişi var idi. Adına «oğru Ağalar» deyərdilər.
Bir gün Ağalar evdə oturmuşdu. Arvadı ona çox dərd edib yoxsulluqlarından şikayət edərək deyirdi:
– Budur, ramazan ayı yaxınlaşdı. Evdə heç bir tədarük yoxdur.
Ağalar arvada təsəlli verib deyirdi ki:
– Arvad, heç qüssə eləmə, bu ay xeyir və bərəkət ayıdır. Bu ayın ruzusunu allah bir ay əvvəl yetirər. Mənim buna e’tiqadım vardır. Bu işi neçə dəfə təcrübədən çıxarmışam. Heç fikir etməyə gəlməz. Bu ay allah-təalanın ayıdır, borcudur ki, ruzusunu da yetirsin.
Hava qaranlıqlaşmağa başladı. Ağalar yavaşca dolaqlarını, çarıqlarını hazırlayıb, xəncərini çuxasının altına bağlayıb qonşu kəndə üz çevirdi.
Qəzadan yolu Hüseyn kişinin qapısından düşdü. Oğru Ağalar Hüseyn kişinin hazırlıqlı və tədarüklü adam olduğunu bilirdi. Ona görə də pəncərənin dalısında durub Hüseyn kişinin yatmağını gözləməyə başladı.
Hüseyn kişi isə çörək yeyə-yeyə yenə arvadına tapşırırdı ki, məbada o gətirdiyim şeylərə əl vurasan, çünki ramazanın əmanətidir.
Oğru Ağalar məsələni çox gözəl anlamışdı. O əvvəlcə şeyləri oğurlamaq fikrinə düşmüşdüsə də sonra bu fikrindən daşınaraq hiylə yolu aradı. Onun üçün də gündüz Hüseyn kişi evdə olmadığı vaxt onun arvadı Küləndamdan haman Hüseyn kişi bazardan alıb gətirdiyi şeyləri Ağalar alıb getmişdi.
Əlbəttə, burada Hüseyn kişinin arvadı müqəssir deyildi. Çünki oğru Ağalar gəlib demişdi ki, mən Ramazan kişiyəm. Ərin məndən ötrü əmanət qoyduğu şeyləri verməlisən.
Hərçənd Hüseyn kişi arvadını döydü və acıqlandı, amma burada təqsir arvadda deyil idi. Bu işlər bütün allahın işidir, çünki o borclu olubdur ki, Ağalar kişinin orucluq ruzusunu bir ay əvvəl yetirsin.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-ramazan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çar hökuməti həmrəylik yaratmış olan Bakı fəhlələrini zəhərləmək, ümumi tətillərin kökünü kəsmək istədiyi və ikinci erməni-müsəlman qırğını hazırladığı zaman, Bakı bolşevikləri də buna cavab olaraq, avqust tətillərini hazırlayır, öz qüvvələrini bu sahədə səfərbərliyə alırdılar.İyul ayının iyirmisindən hökumət işə başladı. Tətil işlərində fəaliyyət göstərənlər tutuldular, başqa şəhərlərdə olan dustaqxanalara göndərildilər.
Çarizm öz işini gördüÇar hökumətinin hazırladığı ikinci erməni-müsəlman qırğını 1905-ci il avqust ayının iyirmisində başlandı.Çar hökuməti bu xəyanəti həyata keçirmək üçün Labinski və 82-ci Dağıstan alayının komandiri Dubravinə müəyyən direktiva vermişdi. Bu direktiva yalnız erməni-müsəlman qırğını düzəltmək haqqında olmayıb, habelə bolşeviklərə qarşı bir sui-qəsd düzəltmək haqqında idi.
I. QonaqlarCənub küləkləri Xəzər dənizinin həyəçanlı qəlbini bir daha coşdururdu; dalğalar suya enmiş təyyarənin qanadları kimi sahilə hücum edirdi.Küləklər, sahil bağındakı söyüd ağaclarının sükutunu pozur və qızıl Bakının yaxın gələcəyindən dastanlar oxuyurdu.
II. «Metropol»Bolşevik düşmənlərinin ərkani-hərbi və əyyaşlarının yurdu sayılan «Metropol» otelində bu gecə fövqəladəlik vardı. «Metropol»da toplananlar sırasında daşnaq, eser və menşeviklər birinci yeri tuturdu. Böyük və kiçik salonların qapısında vərəqələr asılmışdı:«Buraxılış vərəqəsi göstərilmədən salona daxil olmaq qadağandır».
Başqa şairlərin şeirləri
İki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Təcnis: Ov bərəsin gözləməyən ovçununOv bərəsin gözləməyən ovçunun,Ovunu görcəkin nə tur sinə,
GörmədimAşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
Mən oldumEy ağalar, rəvamıdır bu gündəYar üzünə həsrət qalan mən oldum,