Səhifə 1 / 2

İclasımız Mirzə Mahmud müctəhidin evində idi. İclasda üç məsələ qoyulmuşdu: onlardan birisi Mirzə Mahmud müctəhidin nəzmiyyə barəsindəki məlumatı, ikincisi Xoydan gələn məktubun oxunması, üçüncüsü Təbrizdəki silahlar haqqında görülən tədbirlərin müzakirəsindən ibarət idi.

Son məsələ haqqında mən danışacaqdım, iclası mən açdığım üçün bu məsələni də qabağa saldım.

Mən əvvəlcə amerikalıların Payan kəndində təşkil etdikləri xeyriyyə cəmiyyəti üçün məndən adam istədikləri haqqında məlumat verib, Həsənağanın və Tütünçüoğlunun ora işə təyin edilməsini və eyni zamanda Təbrizdə olan bütün silahların sağ-salamat Payan kəndinə daşıdılıb Amerika koloniyasında yerləşdirilməsini təklif etdim. Bu təklifi hamı qəbul etdi.

Bu iş amerikalı qızla başladığım tanışlığın ilk nəticəsi idi.

İkinci məsələ Xoydan gəlmiş məktubun oxunması və müzakirəsi idi. Məktubu mən oxudum:

€Xoy konsulxanası ətrafında indiyə qədər Xoyda görünməyən bir çox adamlar zühur etmişdir. Kürd ağalarından Səid bəy, Şeyx Barzan və İsmayıl ağa Səmitkov, rus konsulu Çerkovun evinə gedibgəlməkdədirlər.

Rus konsulunun təklifinə görə, konsulun himayəsində olan məşhur rus tərəfdarı Hacı Həsənağa dəxi tacirbaşılığa təyin olunmuşdur.

Qaladan kənarda, məşhur Dağ bağı ilə qabaq-qabağa olan bir məhəllədə yeni rus konsulxanasının təməli qoyuldu. Xoy tacirləri konsulu təbrik üçün getdilərsə də, konsul xəstə olduğu üçün onları ancaq katibi qəbul etdi.

İnqilabçılardan şəhərdə qalan çox azdır. Hər kəs bir tərəfə getmişdir. Şəhərdə olanlar da dışarı çıxa bilmir. Əmir Tumanın adamları inqilabçıların siyahısını tutub rus konsuluna vermişdir.

Bunların hamısından sonra silahların qeydinə qalmalıdır.

Onların haqqında ciddi danışıqlar aparılır. Maku sərdarı İqbalüssəltənə bu barədə Xoy hökumətinə məktub göndərmişdir. Məktubda Xoyda olan silahların Makuya qaytarılmasını tələb edir. Onun iddiasına görə, o silahların hamısı Maku ordusundan alınmışdır.

Vəziyyət ağırdır. Rus konsulxanası yanındakı rus soldatlarının sayı artır, cürbəcür zabitlər və müxtəlif rütbəli rus sahib-mənsəbləri gözə çarpır.

Sirusə.

Xoy inqilabçılarından Məşədi Tağının (Sirus onun ləqəbi idi) yazdığı məktubu oxuduqdan sonra silah məsələsi məni çox düşündürdü:

– Xoy şəhərində silah çoxdur, – dedim, – özüm görmüşəm, bunları Maku sərdarının və ya çar konsulunun əlinə vermək olmaz.

İclas bir səslə Əbülqasım xanın Xoy şəhərinə getməsini və silahların şəhərdən çıxarılıb bir tərəfdə gizlədilməsini qərara aldı.

Əbülqasım xanın özü də razı oldu. Onun Xoy ilə Səlmas arasındakı Kotçi kəndində tanışları və qohumları vardı, silahları onlara tapşıracaqdı.

Bundan sonra Mirzə Mahmud müctəhid üçüncü məsələ haqqında məlumat verərək:

– Rəfiqləriml – dedi. Müctəhidin səsində bir ümid və etimad hiss olunurdu. – İclalülmülk ilə görüşdüm. O, bəndəni böyük bir hörmətlə qəbul etdi. Bəndə məhz əhval pürsan olmaq və cənabın səhhət-məzacını bilmək üçün hüzurlarına müşərrəf olduğumu izhar etdim. Bəndə söz arasında Təbrizin övzaindən danışdım, şəhərdə nizam və qayda olmadığını ərz etdim, nəzmiyyənin zəifliyindən danışdım, bu təşkilatı gücləndirmək lazım gəldiyini ərz etdim. Onun özü də bunu təsdiq etdi. Bəndə Əmir Heşmətin nəzmiyyə rəisliyinə daha layiq bir zat olduğunu söylədim. İclalülmülk isə:

– Hərgah cənab Əmir Heşmət bu mənsəbi qəbul etsə idi, mən özüm də razı qalardım, – dedi. Bundan sonra mən də Əmir Heşməti İclalülmülkün yanına göndərməyi və onu bu vəzifəyə razı salacağımı da cənab İclalülmülkə vədə verib xudahafizləşdim. Sabah saat birdə rəfiqimiz Əmir Heşmət İclalülmülkün hüzuruna təşrif aparmalıdır.

Müctəhidin bu məlumatı hamımızı məmnun etdi. Bundan sonra biz sabah İclalülmülkün yanına gedəcək Əmir Heşmətə bəzi tapşırıqlar verdik. Onun İclalülmülkün təklifinə cavab olaraq nə kimi tələbləri irəli sürməsini qərarlaşdırdıq.

Başlıca tələbimiz nəzmiyyənin hazırkı tərkibini dəyişməkdən ibarət idi.

Bu təşəbbüsdə əsas məqsədimiz oraya Təbriz müdafiəsində iştirak edən inanılmış adamlarımızı keçirmək idi.

Axşam saat altıda iclasdan çıxdım, yolda öz-özümə düşünür və rusların bütün İran Azərbaycanını işğal edəcəyini fikirləşirdim. Neçə gündən bəri konsulxanadan da mühüm bir məlumat alınmamışdı. Lakin Ninanın şifrə müdiri müavini təyin olunması məni sevindirir və ümidlər verirdi.

Ninanın evinə girərkən Təhminə xanımın oğlu Həsənağa oradan çıxırdı. O, təzə meyvə alıb gətirdiyini və yenə də Payan kəndinə gedəcəyini söylədi.

– İşləriniz necə gedir? – deyə Həsənağadan soruşdum, – amerikalılar sizdən razı qalırlarmı?

– Olduqca razıdırlar. Onların böyükləri (miss Hannanı demək istəyirdi) tapşırmışdır ki, hər bir işlərini bizim əlimizlə görsünlər.

– Silahların yeri qorxulu deyil ki?

– Min il də orada qalsa, tapa bilməzlər. Onu bir Tütünçüoğlu, bir də mən bilirəm, yer quru və təmizdir.

Mən ondan razılıq edərək Tütünçüoğluna salam söyləməsini, eyni zamanda mənim amerikalı qız ilə tanışlığım haqqında nə anasına, nə də arvadı Nazənin xanıma və bacılarına bir söz deməməsini bir daha tapşırdım. O güldü və:

– O barədə əmin olun, mən inqilab içində böyümüşəm, – deyə getdi.

Mən balkona çıxdıqda Məcid ilə Təhminə xanımın məşğul olduğunu və Ninanın nahar süfrəsini düzəltdiyini gördüm. Bu gün Məcid mənimlə ilk dəfə olaraq rusca danışaraq dedi:

– Səni iki saatdır ki, gözləyirik, nə üçün hər gün gec gəlirsən?

Nina güldü, işini buraxaraq Məcidi qucağına alıb öpdü.

Nahardan sonra Təhminə xanım Məcidi yatırmaq üçün öz yataq otağına apardı. Nina isə adəti üzrə öz üst paltarını dəyişmək üçün paltar otağına keçdi, mən də masa üzərindəki rusca qəzetləri araşdırmağa başladım.

Əlimə 4Novoye vremyaə qəzeti keçdi, orada İran Azərbaycanı haqqında yazılmış uzun bir məqaləyə təsadüf etdim.

Məqalə açıq rus millətçiliyi nöqteyi-nəzərindən yazılmışdı. Hər sətrində mədəni avropalılar və ruslar vəhşi iranlılara qarşı qoyulurdu.

Nina başdan-ayağa qədər ağ ipəyə bürünmüş bir halda otaqdan çıxdı.

Divan üzərində oturdu, əlimi əlinə aldı və o biri əli ilə əlimin üzərinə vuraraq:

– Çox fikirlisən, – dedi. – Sevgidə təcrübəsiz və gəncliyə yeni qədəm qoymuş bir uşaq kimi baxırsan, gözlərindən məhrumiyyət və ümidsizlik yağır.

– Doğrudur, – deyə zahirən gülümsünərək cavab verdim, – belə olmağa haqqımız vardır. Nina, biz bir ordu idik, bir hökumətə qarşı durmuşduq, indi isə bir masanın başını dolduracaq qədər qalmışıq, vəziyyəti idarə etmək mümkün deyildir. İnqilab qəhrəmanları isə bunu düşünmürlər, – deyə Səttar xana məktub yazdığımı və cavab aldığımı Ninaya söylədim.

– Sənə inanıram, möhkəmsən, işində yanılmamışsan, yenə də ehtiyatlı olmalısan. Lakin bir şeyi də unutma ki, Səttar xan Osmanlı konsulxanası ilə əlaqədə olduqca onunla əlaqəni kəsməlisən. Çünki o bədbəxt konsulxananın katibliyindən başlamış şifrə müdirlərinə, kuryerlərinə qədər çar casuslarıdır. İstanbul və Tehrandan verilən bütün teleqrafların şifrələri rus konsulxanasında oxunur. Osmanlı şifrələrinin tez-tez dəyişilməsinə baxmayaraq, yenə hər kəsdən əvvəl bu əlamətlər rus konsulxanasının əlinə düşür. Nümunə üçün dünən Tehrandan Təbrizdəki Osmanlı konsulxanasına göndərilən şifrəli teleqramlardan birisini oxuyum, qulaq as, – deyə Nina bir kağız çıxarıb oxumağa başladı:

€Tehranda Almaniya nüfuzu qalib gəlməkdədir. Azərbaycana hökumət təyini məsələsində Rusiya və İngiltərənin qoyduğu namizədlər keçmədi. Təbriz hökumətinə məşhur alman tərəfdarı Müxbirüssəltənə təyin olundu. Onun Azərbaycanda nüfuz qazanması üçün zəmin hazırlamalısınız. Səttar xana əhəmiyyət verməli, onu ələ almalısınız. Azərbaycan istiqlalı məsələsi tədrici məsələdir, onu Səttar xana anladınız. Hələlik o, Müxbirüssəltənəyə və Tehran hökumətinə tabe olmalıdırə.

– Bu teleqramın tərcüməsi həm Tehrandakı rus səfiri və həm də Peterburqda Orta Şərq işləri müdiri Klemmə göndərilmişdir, buna görə də Rusiyanın buralarda ciddi işlərə başlayacağı şübhəsizdir.

– Məsələ aydındır, – dedim, - biz rəhbərlərin Osmanlı konsulxanasında oturmaları nəticəsində Azərbaycanın bir fəlakət qarşısında duracağını bilirdik, lakin biz onları başa sala bilmədik ki, alman dostu olmaq başqa, alman aləti olmaq isə başqadır.

– Nəticə meydandadır, – deyə Nina əsəbiləşdi. – Bu günlərdə Şirvan alayının Ərkan hərb zabitlərindən iki nəfər, 21-ci topçu briqadasının alay komandanı və başqaları Xoy şəhərinə gedəcək və orada yerləşdiriləcək rus ordusunun mövqeyini təyin edəcəklər.

Bundan başqa, Maku xanlığı müstəqil bir xanlıq hesab olunduğundan orada rus konsulxanasının təşkili üçün Peterburq və Tehrandan əmrlər alınmışdır. Hətta Alferovun Maku konsulluğuna təyini də gözlənilir. Urmuda və Savucbulaq tərəflərində də konsulluq təşkili məsələsini düşünürlər. Bu barədə Təbriz, Tehran və Peterburq arasında müzakirə davam edir. Almanların intriqası da rusların əlinə bəhanə verir ki, bu da osmanlıları təhdid edən gələcək fəlakətin başlanğıcıdır.

– Doğrudur, – dedim, – Almaniya-Rusiya imperializminin toqquşacağı şübhəsizdir. Rusiya Bağdad dəmiryolunu təhdid etmək, Türkiyənin Anadolu ölkələrini işğal etmək üçün bir bəhanə axtarmaqdadır. Buna ingilislər də tərəfdardır, çünki Bağdad dəmiryolu Rusiyanı deyil, İngiltərəni daha çox təhdid edir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Rəhim xan

Rəhim xan Çələbiyanlı gəlib sahibi-divan bağında yerləşmişdi. İstibdad qüvvələri gündən-günə canlanırdı. Rəhim xanı istibdadın birinci nəcat verəni bilənlər dəstələrlə onun görüşünə gedirdilər. Sahibi-divan bağının ətrafında Rəhim xanı görmək üçün bütün gününü başa aparanlar da vardı. Sahibi-divan bağı böyük ziyarətgah şəklinə girmişdi. «Qarabağ qəhrəmanının» yaxın günlərdə Təbrizi alacağına heç kəs şübhə etmirdi. Öz damında vurmaq və özünü sadiq nəzərə vermək üçün ağ bayraq hazırlayan həddindən artıq idi. Ağ bayraq hazırlayanlar içərisində məşrutəçilərdən də az deyildi. Bunların bir çoxu əncümənə gəlmirdi. Hacı Mehdi ağa yenə də evinə qapanmışdı.Vaxt ikən hazırlıq görüldüyünə baxmayaraq, Qaradağ atlıları Göyməscid və Maralan tərəflərini dağıtmışdılar.

3 dəq
Təbriz qadınları

Nina son zamanlarda tənqidi çox sevirdi. Gah kütlə arasında iş aparılmamasından, gah qadınların inqilab hərəkatına cəlb edilməməsindən, ara-sıra inqilabın din təsiri altında olmasından danışıb bizi tənqid edirdi.İndi də inqilabçılarda cəza qanununun olmamasını, inqilabi qanunların həyata keçirilməməsini tənqidə başlamışdı.

19 dəq
Ziyafət

Bu gün bizi Abdulla xan qonaq çağırmışdı. Abdulla xan, xüsusən qafqazlılara çox hörmət bəsləyirdi. O, keçmişdə böyük mülkədar idi. O, inqilabın qələbəsindən nicat gözləyirdi. Böyük və varlı düşmənlərinə inqilabın qələbəsi ilə qələbə çalacağını düşünürdü. Əlindən alınan kəndləri geri qaytaracağına ümid bəsləyirdi. Məni neçə kərə qonaq çağırmışdı. Neçə kərə mənzilimə də gəlmişdi. Bu dəfə başqa qonağı olmadığını söylədiyindən Ninanı da özümlə bərabər aparmağı qərara aldım.Bizi evinə aparmaq üçün Abdulla xanın özü gəlmişdi.

11 dəq
Nina və Səttar xanın qadınları

Nina çoxdan bəri Səttar xanın ailə həyatı ilə tanış olmaq istəyirdi. Lakin buna imkan yox idi, çünki onun konsul Millerin evində xidmət etməsi Səttar xanın evinə getməsinə müsaidə vermirdi. O bu ziyarətin konsul ailəsində şübhə oyadacağından qorxurdu. Bu kimi maneələr olmasaydı, Nina hər gün Səttar xanın evinə gedib tanış ola bilərdi. Aprel ayının əvvəllərindən «Russkoye slovo» qəzeti müxbiri Tardovun öz qadını ilə Təbrizə gəlməsi və onların Səttar xanın ziyarətinə getmək istəməsi, Ninanın çoxdan bəri daşıdığı məqsədin həyata keçməsinə imkan yaratdı.Səttar xan rus qəzetləri müxbirlərini Təbrizə buraxmırdı. Bir neçə gün bundan əvvəl Təbrizə gəlmiş «Novoye vremya» qəzetinin müxbirini şəhərə girməyə belə qoymadı. Konsulxana üzvləri bunu Səttar xana təqdim etmək istədisə də biz onun «Xuliqan» qəzetinin müxbiri olduğunu Səttar xana isbat edib Acı körpüsündən geri qayıtmasına səbəb olduq.

9 dəq

Başqa şairlərin şeirləri