Vasya menşeviklər təsirində
Səhifə 3 / 3 · 67%
Sergey Vasiliç yorğanı çiyninə salıb, yerinin içində oturmuşdu. Pavluşa onunla menşeviklərin dövlət duması tərəfdarı olması haqqında söhbət edirdi.
Jenyanın başını tərpədərək gülməsinə Sergey Vasiliçdən başqa heç kəs diqqət verməmişdi. Sergey Vasiliç qızın bu istehzalı gülüşünə tamamilə başqa məna vermişdi.
– Dünya belədir, — dedi. — İnsan yeni bir həyata daxil olduğu zaman, köhnə həyat ona yad görünər. İndi bizim də həyatımız sənə gülünc görünür, çünki sən bu həyatdan çoxdan ayrılmışsan. İndi bizim evin quruluşu sənə olduqca ölçüsüz-biçimsiz, əndazəsiz görünür. Bizim evimizdə intizam və ölçü altına girə biləcək heç bir şey yoxdur. Bununla belə həyat olduqca rənkarənkdir. Yoxsul həyatında insana təcrübə verəcək çox yeniliklər vardır.
Jenya gülüşünün başqa cür anlaşıldığını görüb izah etdi:
– Mənim güldüyüm bunun üçün deyil, başqa bir məsələ üçün güldüm. Siz onu bilməlisiniz ki, bu həyat mənə heç də gülünc gəlmir. Gülmək lazım gəlirsə, hər şeydən əvvəl burjuaziya ailəsinin həyatına gülməlidir, çünki bu insanın qəlbini sıxan bir həyatdır. Yemək, içmək, yatmaq, soyunmaq, geyinmək, oturmaq, gəzmək, danışmaq və saire — hamısı gülüncdür. Orada hər şeyin bir rəsmiyyəti və ölçüsü vardır, həyat müəyyən çərçivə içərisində qurulmuşdur. Burjuaziya həyatının azadlıq pərdəsi altında müdhiş və əzici bir əsirlik gizlənmişdir. Həyatda olan bu rəsmiyyət, burjuaziya ailəsinin özündə bir əsirlik doğurmuşdur; orada insan yalnız yeyəcəyi, geyəcəyi, bəzənəcəyi haqqında düşünür. Burjuaziya qadınları öz həyatlarında yenilik yaratmaq üçün tənbəllik və qeyri-adiliyin daha dərin tərəflərinə çumurlar. Onlar ictimai vəzifələr üzərində həyat keçirməyi bacarmadıqlarından, vaxtlarını sərf etmək və bir-birinə oxşayan günləri başa vermək üçün dəlilik dərəcəsinə qədər varıb çıxırlar. Bizim xanımı bu dediklərimə sübut olaraq göstərə bilərəm. O, bu saat baş verən hadisələrin heç birisini eşitmir; o, bütün yaşayış qanunlarını orta əsrlərə məxsus sarayların yaşayış qanunlarından öyrənir. O, milyonçunun tükənməz pullarını sərf etmək üçün müxtəlif vasitələr düşünür. O, bir milyonçunun iyirminci əsr kübarlarına məxsus düzəltdiyi zənkin sarayı görməkdən yorulmuşdur. O, təzəlik yaratmaq və yekrənk həyatdan qurtulmaq üçün irəliyə doğru gedəcək yolları da görə bilmir; çünki burjuaziya qadınında düşüncə korluğu vardır. Buna görə də o, yeniliyi orta əsrlərə qayıtmağda arayır və Harunərrəşid dövrünün həyatını düzəltməyə çalışır, milyonçu Hacını da öz təsiri altına alır. Sarayda küzkülü salonlar düzəldir. Minlərcə manat sərf olunaraq Hacı üçün Harunərrəşidin, xanım üçün isə Zübeydə Xatunun geydiyi paltarlar hazırlanır. Sarı saçlı və ağ rus qızlarının üzünə kömür qarası sürtülür, qara zənçilər şəklinə salınır. Üzü almazlı, dabanları qızıl nallı ayaqqabılar tikilir. Burjuaziya qadını özünü oyunçaq şəklinə salır, bir aktrisa kimi cürbəcür rollara girir. Lakin, yenə də saray həyatının yekrənkliyinin təsirindən çıxa bilmir.
Mənim gülməyimin və başımı tərpətməyimin başqa bir səbəbi vardır. Mən vaqondan düşüb bura gəlmək istədikdə Vasyanın zənkin bir qızın qolundan tutub vaqona mindirdiyini gördüm. Mən onu xatırlayıb gülürdüm. Vasya qıza xoş gəlmək üçün üst-başını da bir az düzəltmişdir. Lakin qızın yaxşı geyimi məndə şübhə oyandırdı. Vasya kimi yoxsul, çirkin adamla onun nə haqq-hesabı?
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-vasya-mensevikler-tesirinde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir quyunun kənarında sıra ilə düzülmüş xurma ağaçları görünür. Yüklər biri-birinin üzərinə yığılmışdır. Qafilə camaatı xurma ağaçlarının altında rahatlanır. Karvanın dəvələri uzaqda otlayır. Zəng səsləri gəlir.*Yusif qolları bağlı bir halda qardaşlarının qarşısına gətirilir.*
Üçüncü pərdəVaqe olur Misrin kölə satılan bazarında. Tacirlər öz kölələrinə təmiz libas geyindirib saxlamışlar. Yusifin ağası Malik isə öz arxadaşları ilə bərabər, Yusifə bahalı paltar geyindirib satmaq üçün saxlamışdır.*Malik** — *(Yusifə)*
Dördüncü pərdəVaqe olur Züleyxanın sarayında. Saray Misrin kübar ailələrinə məxsus bir ziynətlə bəzənmişdir. Böyük salonda gözəl qadınlar bədənləri açıq bir surətdə rəqs edirlər. Divarlarda gözəl gənclər və qızlar biri digərinin qucağında olaraq təsvir edilmişdir. Züleyxa salonun yuxarısında yüksək bir səndəldə oturmuşdur. Yusif salona daxil olduqda heyrətlənir.*Yusif** — *(Züleyxaya)*
Beşinci pərdəVaqe olur Misir Fir’onunun sarayında. Möhtəşəm bir salondur, böyük pəncərələrdən Nil çayı görünür. Çayın uzaq kənarında ehramlar gözə çarpır. Salondan baxanda Misrin Əbülhovllları görünməkdədir.*Salonda Fir’on və onun qadını Asnat üçün bəzəkli və yan-yana iki qoltuqlu səndəl qoyulmuşdur. Yüksək səndəllərin sağ və solunda kiçik səndəllər mövcuddur. Salonda iki sıra qadın və kişilər durmuşdur. Aralıq qiymətli xalçalar ilə döşənmiş bir yoldur. Asnat Fir’on ilə salona daxil olur. Ətraflarında gənc oğlanlar və qızlar vardır. Yusif Fir’onun sağ tərəfində olduğu halda oxumaqda olan iki sıranın arasından keçirlər.*
Başqa şairlərin şeirləri
Yarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
BayatılarMən aşıq, ləngə bizi,Qəşədi, Ləngəbizi.
Səadətnamə, 45خود جز او نیست عارف و معروفاوست وصف، اوست واصف و موصوف
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.