Bakı proletariatı fəaliyyətini dayandırmamışdı. İşçilər yenə də düşmənlərə qarşı mübarizə üçün həbsə alınan rəhbərlərdən təlimat alırdılar. Bu günkü iclasda rəhbərlərin həbsxanadan göndərdiyi məktub oxundu və gələcək xətti-hərəkət barəsində lazımi qərar çıxarıldı. İclas yenicə qurtarmışdı. Vahan ilə Raya evə gəldikdə nə Heydəri, nə də Əminəni gördülər. Əminənin anası isə müəyyən bir söz deyə bilmədi.

Yarım saat keçmişdi. Vahan Əminə və Heydərin hara getdiyini bilmək üçün Rayanı evdə qoyub çıxdı. Qaranlıq idi. Boynunu zürafələr kimi mədənlər üzərindəki qara dumanlara uzadan buruqlardan başqa heç yer görünmürdü.

Vahan onlara bir hadisə üz verdiyini xəyal etdi, tükləri biz-biz oldu.

– Şəhərdə hərc-mərclik artdığı bir zamanda gecə evdən çıxmaq və saat on ikiyə qədər qayıtmamaq... Hər halda bir hadisə olmamış deyil,—deyə Vahan Əminə və Heydər haqqında düşünürdü. Uzaqdan iki qaraltı gördü. Vahan onlara görünməmək üçün bir buruğun dalında gizləndi. Qaraltı yaxınlaşdı. Onlar Vahan durduğu buruğun önündən keçərkən Əminə Heydərə müraciətlə dedi:

– Mən bilirəm Vahan bu məktublardan nə qədər sevinəcəkdir.

Vahan bu sözdə onların Heydər və Əminə olduğunu bilib şadlıqla:

– Sevinərəm! Sevinərəm! Vahan buradadır. Vahan buradadır!—deyə onların qarşısına atıldı. Onlar yolda heç nə danışmadılar.

Evə gəldilər. Raya və Əminənin anası beşlik lampa işığında oturub düşünürdü. Heydər əlini qoynuna uzadıb:

– Vahan, məktub gətirmişəm,—dedi və məktubu çıxartdı. Məktub Həştərxandan yazılmışdı:

«Əziz yoldaşım Heydər. Unudulmaz dostum Vahan, Əminəyə və anama salam söyləyin. Ölməmişəm, sağam. Hazırda Həştərxandayam. Bakıdan gəlmiş bolşevik yoldaşlarla birlikdə çalışıram.

On birinci orduda xidmətdəyəm. Bakıda bolşevik hökumətinin yıxıldığını qəzetlərdən müfəssəl öyrənmək mümkün deyil. Lakin Bakıdan Həştərxana keçən yoldaşlar orada baş verən hadisələrdən bizə müfəssəl danışdılar.

Burada Bakıdan gələn yoldaşlarla görüşürəm. Əlicabbar İsmayılov da buradadır. Bizə məktəbdə dərs deyir. Bu günlərdə Zaqafqaziyadan Həştərxana gələn bolşevikləri lazımınca təşkil etmək üçün «Zaqafqaziya Komissarlığı» təşkil olunur. Komissarlıq üçün yeni bina müəyyən edilmişdir.

Mən də bu gün «Hümmət» təşkilatına yazıldım. Qafqazlılardan yazılan çoxdur.

Bu günlər «Hümmət» təşkilatının Bakıda nəşr olunan qəzeti «Hümmət» Həştərxanda çıxarılacaqdır. Sizə müjdə verirəm. Dünən Balaqardaşdan da məktub almışam. O, bu saat Saritsın şəhərindədir. 10-cu ordunun müsəlman hissəsində qulluq edir. Ondan aldığım məktubu da göndərirəm.

Həştərxan, 18 avqust.

Qüdrət».

Vahan və Əminə çox şad oldular. Raya Qüdrətdən alınan məktub münasibətilə Əminəni təbrik etdi. Sonra da Qüdrətin göndərdiyi və Balaqardaş tərəfindən yazılmış məktubu oxudular:

«Mənim əziz dostum Qüdrət! Mən beş gün bundan qabaq Saritsın şəhərinə gəldim. Məqsədim Bakıya gəlməkdi. Bakıdakı Qafqaz türklərindən biri ilə görüşdüm. O, Bakının Mərkəzi Kaspi hökuməti əlinə keçirdiyini və ingilislərin Bakıya gəldiyini söyləyərək, mənim Bakıya getməyimi məsləhət görmədi.

İki gün sonra haman yoldaş məni özü ilə bir tatarın evinə qonaq apardı. O məni ev sahibi ilə tanış etdikdən sonra məlum oldu ki, ev sahibi yoldaş Murtazin, 10-cu ordunun müsəlman hissəsi siyasi şöbəsinin rəhbəridir.

Haman yoldaşla Murtazinin evinə bir neçə dəfə getdik. Mən yoldaşımın vasitəsilə 10-cu ordunun siyasi şöbəsində xidmətə götürüldüm. Partiyaya daxil olmuşam, sənə də məsləhət görürəm, partiyaya daxil ol!

Sənin Həştərxanda olduğunu, tanış olduğum bir yoldaş mənə dedi. Çünki o, Həştərxandan tez-tez məktub alır.

Balaqardaş».

Bu məktub yenicə oxunub qurtarmışdı. Eşikdən pəncərəni yavaşca döydülər. Heydər qalxıb eşiyə çıxdı, bir az sonra qayıdıb Vahanı çağırdı. Bir azdan sonra Vahan əlində Esterin məktubunu gətirdi. Son günlər Raya Esterdən gələn məktublarla çox maraqlanırdı. Məktubu oxudular.

«Əziz dostlarım Vahan və Raya! Bu məktubum sizi şad etməyəcəkdir. Lakin yenə də vəziyyəti yazmağa məcburam.

Əziz dostlarım, Bakını yeni bir fəlakət gözləyir, görünür ki, ingilislər Bakını başlı-başına buraxıb getmək istəyir. Mən son günlər hər işi öyrənə bilirəm. Çünki miralay Keyvort bütün boş vaxtlarını bizdə keçirir, yeməyi-içməyi də buradadır.

Aldığım məlumata görə, 26 Komissarı Zakaspiyə aparacaqlar. Hökumət üzvləri ilə ingilislər arasında bu barədə saziş əmələ gəlmişdir.

Vahan! Türklər gəlir. Mən bilirəm ki, Leyla səni də, Rayanı da tapdırıb məhv etdirəcəkdir. İndiyə qədər o, ingilislərdən qorxurdu. Çünki ingilislər səni, yaxud Rayanı həbs etsəydi Leylanın özünün gizli siması ifşa oluna bilərdi. Buna görə də o, bu məsələni türklər Bakını işğal etdikdən sonra həll edəcəkdir.

Vahan! Yalnız səni və Rayanı deyil, bəlkə Əminəni və Heydəri də böyük təhlükə gözləyir. Buna görə də ya Bakıdan bir tərəfə qaçmalı, yaxud Leylanın özü haqqında düşünməlisiniz.

Vahan! Atam məni miralay Keyvortla Londona göndərmək və bununla da İngiltərə təbiiyyatşünası olan Banksın (Keyvortun babasıdır) tükənməz var-dövlətinə sahib olmaq xəyalındadır. Lakin mən bilirəm ki, ingilislər məzlum xalqları istismar etdikləri kimi, bu şəhvətpərəst və yalançı miralay da məndən istifadə etmək istəyir.

Yalnız atamın son həmisi olan miralay deyil, Bakıdakı ingilislərin saldatından tutmuş miralayına qədər həmisi özünə müvəqqəti əyləncə üçün «sevgili» tapmışdır. Hərgah o qızları danışdırsaq görərik ki, onların hamısına, mənə deyilən sözlər deyilmişdir. Onlar ərə getmək istədikləri ingilislərin hamısı Keyvort dediyi kimi böyük şərəfə və tükənməz zənginliyə malik olan adamlar imiş.

Çünki İngiltərədə məşhur və zəngin adamlar az deyildir. Bakıda saldatlar isə özünü məşhur adamlara nisbət verməkdən faydalanırlar.

İndi çətin məsələ, mənim öz məsələmdir. Atam və onun həmfikirləri, tamamilə İrana köçməyə hazırlaşırlar. Atam məni də aparacaqdır. Mən miralay Keyvortla əlaqəyə girməsəm də məni Bakıda qoymayacaqlar. Qoysalar da mən özüm qala bilməyəcəyəm. Çünki türklər gəlir, atam daşnaq rəhbəri olduğu üçün mənim də adım ləkəlidir. İkinci tərəfdən də Leyla məni dinc qoymayacaqdır. Bu barədə sizdən cavab gözləyirəm.

Ester».

Bakı, 28 avqust.

Gecə keçmişdi. Esterə müfəssəl məktub göndərməyə vaxt yoxdur. Ancaq Raya bir neçə cümlədə Esterə təsəlliverici bir məktub yazdı:

«Məhəbbətli Ester! Məktubunu aldıq. Yazdığın bütün məsələlər haqqında tədbir görəcəyik. Sən o alçaq ingilis miralayına satılmayacaq və İrana da getməyəcəksən! Sənə səmimi söz verirəm. Leyla türkləri Bakıda görə bilməyəcək və bizə qarşı təşəbbüs etməyə imkan tapa bilməyəcəkdir. Ester, sən əmin ol ki, onun günahları cəzasız qalmayacaqdır. Çünki o bütün əməkçilərin, Azərbaycan xalqının düşmənidir.

Raya və Vahan».

28 avqust, Bakı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Çar kazakları mərsiyəxanlıqda

Təbrizdə din hərəkatının gurultusu bir neçə gün davam etdi. Camaatın yanında mövhumat əleyhinə danışmaq mümkün deyildi. Təbriz ziyalılarından bəziləri bu hərəkatın əleyhinə danışdıqları üçün ölümcül halda döyülmüş və müctəhidlərin yanına aparılmışdı. Buna görə də, biz təcili iclas çağırdıq və bu iclasda din və mövhumat əleyhinə, bir kəlmə də olsa, küçələrdə danışmamağı qərara aldıq.Rus və ingilis konsulxanaları bizim dini hərəkata qarşı apardığımız mübarizəyə qarşı əks-hücuma keçmişdi. Bizim məqbərə və ziyarətgahları, məscid və mərsiyəxanları nüfuzdan salmaq təşəbbüsümüzə qarşı ingilis və rus konsulxanaları çox təsirli bir tədbirlə meydana çıxmışdılar. Təbriz xalqını tanımaq mümkün deyildi, onlar inqilab dövrünü keçirən təbrizlilərə bənzəmirdi: onlar yenə də orta əsrə aid mövhumatın donunu geymişdilər. Söhbətlər axirətdən, behiştdən, cəhənnəmdən, imamdan, peyğəmbərdən, məscidlərdən və moizədən idi.

5 dəq
Şeyx Əbdüləzəlin nümayəndəsi

İngilislərin Təbrizdə düzəltdiyi xəfiyyə və casus təşkilatının üzvlərini öyrəndik, onların sayı 145 nəfər idi. Bu barədə həm sərdar Rəşid, həm də Mirzə Ələkbər xan bizə lazımi məlumatı vermişdi. Bu təşkilatın əsas vəzifəsi inqilabçıları tapmaq və gizli təşkilatı məhv etməkdən ibarət idi.Çar konsulu və çar agentlərinin ciddi köməyinə, Mirzə Həsən və onun oğlu Mizə Məsud ağanın dini himayəsinə baxmayaraq, ingilislərin düzəltdiyi bu təşkilat on gündən artıq yaşaya bilmədi, çünki ingilislər Təbriz xalqının xüsusiyyətini bilmirdi. Onlar təşkil etdikləri adamların əhvali-ruhiyyəsini anlamırdı.

8 dəq
Sərdar Rəşidin son günləri

Tehranda rus və ingilis səfarətləri arasında vəliəhd Məmmədhəsən Mirzənin Təbrizə gəlməsi barəsində müzakirələr gedirdi. Bu xəbər sərdar Rəşidin Təbrizdən getməsi üçün qorxulu bir müqəddimə təşkil edirdi, çünki aralıqda vəliəhdlə bərabər Fərman-1 qRastap – təşkilat adıdır. fərma, yaxud da Süleyman Mirzənin Təbriz hökumətinə gəlməsi şayiələri gəzirdi.

6 dəq
Şeyx Əbdüləzəl gəlir

İran ilə Almaniya, həmçinin İran ilə İngiltərə-Rusiya dövlətləri arasındakı siyasi münasibət gərginləşməyə başlamışdı.Tehranda təzə qoşun dəstələri düzəltmək məsələsi Rusiya və İngiltərə səfirlərinin siyasi mənafeyini qıdıqlamağa başlamışdı.

16 dəq

Başqa şairlərin şeirləri